• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Səhiyyə Nazirliyində BÖYÜK TƏMİZLİK ƏMƏLİYYATI başladı - ŞOK ADLAR

Gündəm / Cəmiyyət

Bu gün, 15:46

Səhiyyə Nazirliyində BÖYÜK TƏMİZLİK ƏMƏLİYYATI başladı - ŞOK ADLAR


Azərbaycan səhiyyəsində idarəetmə mexanizmlərinin yenilənməsi və strukturdakı mövcud nöqsanların aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Yeni səhiyyə naziri Anar Bayramovun rəhbərliyi ilə qurumda ciddi kadr dəyişikliklərinə və əsaslı təmizliyə hazırlaşıldığı bildirilir. Əldə edilən məlumatlara görə, səhiyyə nazirinin mövcud dörd müavinindən üçünün vəzifədən azad ediləcəyi gözlənilir.
Bu şəxslər İlqar Qasımov, Rasim İsmayılov və Rüfət Hacıəlibəyovdur. Mövcud komandadan yalnız Nadir Zeynalovun öz vəzifəsində qalacağı nəzərdə tutulur. Vəzifədən ayrılacağı gözlənilən müavinlərdən İlqar Qasımov və Rasim İsmayılov 2022-ci ilin fevralında, sabiq nazir Teymur Musayevin dövründə təyin olunublar, Rüfət Hacıəlibəyov isə bu ilin iyulunda nazir müavini vəzifəsinə gətirilib. Lakin yola salınacağı gözlənilən bu şəxslərin fəaliyyəti son illər ərzində müxtəlif qalmaqallarla və ciddi müzakirələrlə yadda qalıb. Xüsusilə İlqar Qasımovun adı plastik cərrahların sertifikatlaşdırılması ilə bağlı mübahisəli sənədlərdə və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundakı idarəçiliklə bağlı məhkəmə çəkişmələrində hallanıb. Digər müavin Rüfət Hacıəlibəyovun adı isə Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə üzləşdiyi cinayət işi üzrə məhkəmə prosesində çəkilib. Bank-maliyyə sektorundan – əvvəllər "Muğanbank"da, daha sonra isə Dövlət Vergi Xidmətində çalışdıqdan sonra səhiyyə sisteminə gətirilən Rasim İsmayılovun da fəaliyyəti diqqət mərkəzində olub. Bütün bu proseslər fonunda nəzərdə tutulan dəyişikliklərin reallaşması Səhiyyə Nazirliyinin rəhbər korpusunun tamamilə yenilənməsi ilə nəticələnəcək, baxmayaraq ki, nazir müavinləri birbaşa Prezidentin sərəncamı ilə təyin və ya azad olunurlar və hələlik rəsmi qərar açıqlanmayıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tibb elmləri doktoru, professor Razi Salmanzadə qeyd edib ki, səhiyyə sistemində illərdir yığılıb qalan sistemli problemlərin həlli üçün kadr potensialının sağlamlaşdırılması və peşəkar, şəffaf idarəetmə prinsiplərinə keçid həyati əhəmiyyət daşıyır : "Səhiyyə elə həssas sahədir ki, burada hər bir təyinat və idarəetmə qərarı birbaşa insanların sağlamlığına, ömrünə və ümumilikdə cəmiyyətin rifahına təsir göstərir. Son illər nazirlik daxilində və tabe qurumlarda baş verən müxtəlif maliyyə neqativləri, sertifikatlaşdırma ilə bağlı narazılıqlar və kadrların peşəkarlıq səviyyəsindəki boşluqlar sistemə olan etimadı ciddi şəkildə sarsıdıb. Əgər rəhbərlikdə əsaslı struktur dəyişiklikləri və təmizlik aparılmasa, səhiyyədə keyfiyyət dəyişikliyinə nail olmaq qeyri-mümkündür. Yeni nazirin bu istiqamətdə atacağı addımlar xəstəxanalardan tutmuş mərkəzi aparatadək bütün həlqələrdə sağlam mühitin formalaşmasına təkan verməlidir".
Onun sözlərinə görə, səhiyyənin idarə olunmasında təsadüfi şəxslərin deyil, məhz bu sahənin incəliklərini dərindən bilən, dürüst və peşəkar kadrların irəli çəkilməsi qaçılmaz zərurətdir : "Tibb ocaqlarında və idarəetmə strukturlarında şəffaflıq təmin edilmədikcə, vətəndaşların məmnunluğundan danışmaq hədərdir. Maliyyə resurslarının təyinatı üzrə xərclənməməsi, səlahiyyət hədlərinin aşılması və nəzarətsizlik hallarının kökü kəsilməlidir. Ümid edirik ki, gözlənilən bu kadr islahatları sadəcə fasad dəyişikliyi olmayacaq, əksinə, Azərbaycan səhiyyəsini illərdir ləngidən bürokratik əngəllərin və neqativ halların tamamilə aradan qaldırılması ilə nəticələnəcək".
Mövzu ilə bağlı saytımıza danışan hüquqşünas Natiq Ələsgərov isə qeyd edib ki, dövlət qurumlarında, xüsusilə də strateji əhəmiyyət daşıyan Səhiyyə Nazirliyi kimi həssas bir strukturda vəzifə səlahiyyətlərindən sui-istifadə və maliyyə pozuntuları halları birbaşa qanunvericiliyin sərt şəkildə tətbiqini tələb edir : "İstənilən dövlət məmurunun fəaliyyətində şəffaflıq və qanunçuluq prinsipləri əsas olmalıdır. Son dövrlər bəzi nazirlik müavinlərinin və idarə rəislərinin adlarının müxtəlif məhkəmə çəkişmələrində, mənimsəmə və vəzifə saxtakarlığı iddialarında hallanması hüquqi dövlət prinsiplərinə kölgə salır. Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar və məhkəmə prosesləri göstərir ki, idarəetmədə nəzarət mexanizmləri zəiflədikdə korrupsiya riskləri kəskin şəkildə artır".
Onun sözlərinə görə, səhiyyə sistemində hüquqi intizamın bərqərar olunması və yol verilən qanun pozuntularının qarşısının alınması üçün inzibati təmizlərlə yanaşı, sərt hüquqi qiymətləndirmə də verilməlidir : "Konstitusiyaya və qanunvericiliyə uyğun olaraq, nazir müavinləri hər nə qədər ölkə başçısının sərəncamı ilə təyin edilsələr də, onların törətdiyi və ya nəzarət etdikləri sahələrdə baş verən qanunsuzluqlara görə məsuliyyət məsələsi qaçılmazdır. Şəffaflığın təmin olunması və dövlət vəsaitlərinin qorunması məqsədilə bu cür hallara qarşı barışmaz mövqe sərgilənməli, daxili audit və hüquqi nəzarət mexanizmləri maksimum gücləndirilməlidir".

NOCOMMENT.az

Oxunub: 0
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

13-03-2024, 18:29

Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –PREZİDENTƏ MÜRACİƏT / FOTOLAR

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

24-10-2025, 13:18

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Gündəm / Araşdırma

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Araşdırma

30-10-2025, 17:45

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları

Gündəm / Araşdırma

18-08-2023, 21:19

Üç naziri yola salan səhiyyə sistemimizin dəyişilməyən təchizatçısı – “ARAŞ”-ın qüdrətinin sirri – “ARAŞ”-ın qüdrətinin sirri

Gündəm / Araşdırma

9-06-2023, 17:57

UNEC rektoru ilə bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

6-09-2023, 10:52

Şəmkirin icra başçısını bitirəcək ŞOK FAKTLAR... - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

18-04-2024, 13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Araşdırma

1-05-2020, 20:59

Anar Əlizadənin “SOCAR Türkiyə”də oyunları

Cəmiyyət

1-05-2020, 20:59

Anar Əlizadənin “SOCAR Türkiyə”də oyunları

Gündəm / Araşdırma

15-09-2025, 14:42

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub/FOTOLAR

Gündəm / Araşdırma

12-06-2025, 11:22

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Gündəm / Cəmiyyət

9-02-2026, 10:30

Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... FOTO

Gündəm / Araşdırma

25-12-2024, 12:22

Nazirlikdəki əməliyyatda əsas hədəf - İlqar Qasımov həbs olunacaq? - FOTO

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
Bakıdakı Alman aptekləri vergidən yayınır? – Şikayət
Məcnun Məmmədovun üç ili - Biznes təcrübəsi kənd təsərrüfatını xilas edə bildimi?
Rafiq Cəlilovun Cəlilabadı - Onun 5 illik idarəçiliyi rayona nə verib?
Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifədən uzaqlaşdırılır
Naxçıvanda şəkər xəstələrinin CİBİNƏ BELƏ GİRİRLƏR... - BU NƏDİ BELƏ?
Hadisə
Dünən, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
24-10-2026, 17:30
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
24-10-2026, 11:48
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
6-10-2026, 17:39
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
Son xəbərlər
  • 25-10-2026, 20:52
    Ömrün onillikləri
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 16:35
    Elxan Usubov 2024-2025-ci illərdə Şəkidə yolların əsaslı təmirinə ayrılmış vəsaitləri hansı küçələrə səpib - İLGİNC FAKTLAR...
  • Bu gün, 16:09
    Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı
  • Bu gün, 15:46
    Səhiyyə Nazirliyində BÖYÜK TƏMİZLİK ƏMƏLİYYATI başladı - ŞOK ADLAR
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə