Azərbaycanda gənc yaşda ali rütbə alan bir neçə vəzifəli şəxs var. Onlardan biri də general-mayor Fuad Elxan oğlu Məmmədovdur. "
DİA-AZ" olaraq bir neçə gün əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Fuad Məmmədovun özkeçmişində yer alan diqqətçəkən məqamları təqdim etmişdik.
General-mayor F. Məmmədov haqqında məlumatları təkrar xatırladırıq:
Fuad Məmmədov 1992-ci ildə Bakı şəhərində anadan olub. O, 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə həmin universitetdə Gömrük işi ixtisası üzrə magistr təhsili alıb. Bundan əlavə, 2017-2020-ci illərdə Dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsilini alıb.
2012-2013-cü illərdə hərbi xidmətdə olub. Silahlı Qüvvələrin 95-ci ilinə həsr olunmuş paradda iştirakına görə yubiley medalı ilə təltif edilib.
2015-ci ildə gömrük orqanlarına xidmətə qəbul müsabiqəsində yüksək nəticə əldə edərək Xaçmaz Gömrük İdarəsinin inspektoru təyin edilib.
O, 2016-2018-ci illərdə - Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim kimi fəaliyyət göstərib. Həmçinin 2017-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Sabah" qrupları və "Beynəlxalq İqtisad Məktəbi"ndə tədris edib.
Fuad Məmmədov 2018-2021-ci illərdə Komitə aparatının Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru vəzifəsində işləyib. 2022-2023-cü illərdə həmin şöbənin rəisi olub. 2023-2024-cü illərdə Gömrük Siyasəti Baş İdarəsinin Ticarət Siyasəti İdarəsinin rəisi vəzifəsində işləyib.
O, 2024-cü ildə Komitənin Ümumdünya Gömrük Təşkilatındakı (Belçika Krallığında) nümayəndəsi (gömrük attaşesi) təyin edilib. Fuad Məmmədov Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.
"DİA-AZ" qeyd edir ki, Fuad Məmmədov sədr müavini təyin olunanda mayor rütbəsində olub, 2 ay sonra polkovnik rütbəsi alıb. 2026-cı il yanvarın 29-da isə ona gömrük general-mayoru ali xüsusi rütbəsi verilib.
İndi isə gələk Fuad Məmmədovla bağlı araşdırmalarımız nəticəsində əldə etdiyimiz yeni bilgilərə.
Belə kİ, onu sürətli şəkildə gömrük strukturlarında yüksəlişinin təsadüfi olmadığı barədə "DİA-AZ"ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, hətta general-mayor Dövlət Gömrük Komitəsinin sədri postuna da təyin oluna bilər. Mənbə bildirir:
"Belə bir tədarük, planlama var. Yaxın günlərdə baş tutması da gözləniləndir..."
"DİA-AZ"ın əldə etdiyi məlumatlara görə, 34 yaşlı Fuad Məmmədov BP-nin vitse-prezidenti Elxan Məmmədovun oğludur.
Hər halda, elə bu bilgidən yola çıxaraq deyə bilər4ik ki, onun üçün DGK sədri postuna təyinat heç də uzaqda görünmür...