• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Quba Mərkəzi Xəstəxanasında qalmaqal - Saxta arayışa görə onlarla işçi işini itirdi

Gündəm / Cəmiyyət / Video

Bu gün, 10:07

Quba Mərkəzi Xəstəxanasında qalmaqal - Saxta arayışa görə onlarla işçi işini itirdi

Səhiyyə Nazirliyinin Quba Rayon Mərkəzi Xəstəxanasında başladığı araşdırmalar gözlənilməz və mübahisəli bir qərarla nəticələnib. Qanunsuz arayış dövriyyəsi ilə bağlı nazirliyin apardığı audit yoxlamalar nəticəsində onlarla əməkdaşın işinə xitam verilib.
​Quba RMX-də baş verən bu proseslər artıq tamamilə absurd bir məcraya yönəlib.
​Hər hansı bir qurumda qanun pozuntusu aşkarlananda tətbiq edilməli olan məntiq birmənalıdır: məsuliyyət fərdidir. Sənədi saxtalaşdıran, vəzifə səlahiyyətlərindən sui-istifadə edən və ya qanunsuz göstəriş verən şəxs hüquq qarşısında cavab verməlidir. Lakin Quba MRX-də baş verənlər tamamilə fərqli bir mənzərə yaradır. İllərlə öz işini ləyaqətlə yerinə yetirən, heç bir hüquq pozuntusunda əli olmayan tibb personalı, texniki işçilər və digər orta kateqoriyalı əməkdaşlar bir günün içində əsassız olaraq işdən azad ediliblər. Onların əksəriyyətinin işinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Həmin araşdırmadan sonra işdən azad edilən şəxslər aşağıdakılardır:
​Quba RMX-nın İnzibati işlər üzrə müavini Əfqan Paşayev, poliklinika şöbəsinin müdiri Tahir Məmmədov, xəstə xidmətləri şöbəsinin müdir müavini Polad Əsədov, həmin şöbənin bölmə müdiri Gülnar Qurbanova, qeydiyyatçılar Simran Ələmmədov, Namizəd Əhmədov, Ülviyyə Bayramova, Arzu Sadirova, Ayşən Novruzova və xəstə xidmətləri şöbəsinin bölmə müdiri Urfanə Məmmədova. Əlimizdə hər hansı bir rəsmi mənbədən təsdiqlənmiş məlumat olmasa da, bu qədər tibb personalının işinə son verən saxta sağlamlıq arayışlarını başqalarının şifrə və loqinləri ilə sistemə daxil olaraq hazırlayan və təsdiqləyən əsas şəxsin məhz Urfanə Məmmədova adlı bu xanım əməkdaş olduğu bildirilir. Təsdiqlənən tibbi arayışların sayının hətta yüzlərlə olduğu iddia edilir. Məsələn, siyahıda adı çəkilən, yəni işdən azad edilən Ülviyyə Bayramova adlı əməkdaş poliklinika şöbəsinin müdiri Tahir Məmmədovun köməkçisi olub. Həmin şəxsin ümumiyyətlə hər hansı bir arayışın hazırlanması prosedurunda heç bir texniki iştirakçılığı olmayıb. Adamın heç sistemə giriş şifrəsi və loqini olmamasına baxmayaraq bu əməlqdə təqsirli bilinib və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilib. Araşdırma zamanı işdən azad edilən bəzi əməkdaşlar isə işdən azad edilən zaman əmək məzuniyyətində olublar. Yəni nazirlik tərəfindən həyata keçirilən audit yoxlamaların şəffaflığını şübhə altına salan böyük iddialar mövcuddur.
​Xəstə xidmətləri şöbəsinin bölmə müdiri olan Ruziyyə Əlicabarova adlı bu əməkdaş isə öz ərizəsi ilə işdən azad edilib.
​Əldə etdiyimiz məlumata görə, nazirlik tərəfindən aparılan araşdırmalar zamanı saxta tibbi arayış verməkdə iştirakçılığı olan bir neçə əməkdaş araşdırmalar zamanı müəyyən edilib izahatları alınsa da, sonradan onların adı siyahıdan çıxarılaraq məsuliyyətdən azad edilib və işlərindən azad edilməyiblər. Məsələn, tibb müəssisəsinin qeydiyyatçıları olan Zahidə Əskərova, Liza Şıxəliyeva və Gülşad Mirzəyeva adlı şəxslərin məsuliyyətdən yayındırılan əməkdaşlar olduğu iddia edilir. Tibbi arayışların bir neçə əməkdaş tərəfindən hazırlanıb tərtib edilməsinə baxmayaraq, prosesdə heç bir iştirakçılığı və əməl payı olmayan Əfqan Paşayevin, Tahir Məmmədovun, Polad Əsədovun, Arzu Sadirovanın, Ülviyyə Bayramovanın, Simran Ələmmədovun, Namizəd Əhmədovun, Ayşən Novruzovanın və Gülnar Qurbanovanın işlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Onlar artıq bu barədə məhkəmə orqanlarına müraciət ediblər. Qeyd edək ki, faktla əlaqədar olaraq hazırda Quba Rayon Prokurorluğunda da araşdırmalar davam etdirilir.
7times.az

Oxunub: 0
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

13-09-2023, 21:03

Hakimlər Aidə Hüseyn və Raquf Qurbanov Bank of Bakunun vəkili rolunda – İnam Kərimova sensasion müraciət

Gündəm / Araşdırma

9-09-2026, 09:42

Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər- BAKI GƏMİQAYIRMA ZAVODUNDAN ŞİKAYƏTLƏR ARTIR

Gündəm / Cəmiyyət

24-07-2023, 08:32

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Gündəm / Siyasət

21-12-2023, 22:01

Tarixi günün ən yaddaqalan - Fotoları

Cəmiyyət

19-07-2024, 10:51

“Yeni Gəncə Tibb Mərkəzi”ndə KÖHNƏ OVQAT... - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

17-07-2024, 09:51

Məhkəmə iş adamını zərərçəkən kimi tanıdı, amma… - NARAZILIQ VAR...

Gündəm / Araşdırma

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Cəmiyyət

15-07-2023, 10:24

Qara bəxtli “Yasmin”, indi də, qara hasarda – ÜZÜNTÜLÜ GÖRÜNTÜLƏR

Gündəm / Araşdırma

4-06-2024, 09:26

Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!

Gündəm / Araşdırma

20-12-2023, 17:01

Göyçay RMX-da bir neçə həkiminin və tibb personalının səhlənkarlığı nəticəsində vəfat edib. ŞİKAYƏT/FOTO

Gündəm / Cəmiyyət

27-09-2023, 17:30

Məhkəmə də ömürlük şikəst qalan işçinin HAQQINA GİRDİ... - AXI NİYƏ?!

Gündəm / Hadisə

26-02-2024, 09:15

Tarix İnstitutunda NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

28-01-2025, 09:10

Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT

Gündəm / Araşdırma

30-10-2025, 17:45

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları

Gündəm / Cəmiyyət

24-10-2025, 13:18

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
General qızı haqda qərardan protest verildi
Yasamalda TİKİNTİ XAOSU DAVAM EDİR... - NARAZILIQ VAR...
AzəriQaz-ın başbilənləri BURALARI UNUDUB? - 500-dən çox şikayət olunsa da...
Seyidin şərabında erməni izi – 10 milyon vergi borcu var
Deputatın şirkəti DÖVLƏTƏ MƏHƏL QOYMUR - BU DA FAKT...
Hadisə
12-11-2026, 12:48
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
7-11-2026, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:10
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
24-10-2026, 17:30
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
Son xəbərlər
  • 25-10-2026, 20:52
    Ömrün onillikləri
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 10:07
    Quba Mərkəzi Xəstəxanasında qalmaqal - Saxta arayışa görə onlarla işçi işini itirdi
  • Bu gün, 09:43
    Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
  • Bu gün, 09:23
    Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə