• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...

Gündəm / Cəmiyyət

Dünən, 12:47

Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...

Bakı Dövlət Universiteti ilə bağlı baş verənlər ölkədə hüququn hansı durumda olduğunu göstərir. Bir alim şantaj edilir, amma o, hüququ çıxış yolu kimi görmür, daha doğrusu, başa düşür ki, Azərbaycanda hüquqdan istifadə etməklə öz ləyaqətini, şərəfini qoruya bilməyəcək və nəticədə intihar edir. Dəhşət olan budur!
Heç kəsə sirr deyil ki, ölkədə hüquq-məhkəmə sisteminin bərbad durumda olması bir qisim insanı kriminala yönləndirib, çünki insanlar ədalət axtarırlar. Anlayırlar ki, həmin ədaləti hüquqla əldə edə bilməyəcəklər, ona görə də problemin daha ədalətli və perpspektivli həllinə nail olan cəbhəyə yön alırlar. Ləyaqətli insanlar da eynilə, ya rədd olub ölkədən gedirlər, ya bir küncə çəkilib ölümünü gözləyirlər, ya da intihar edirlər. Qısası, BDU-da baş verənlər təkcə Elçin Babayev kimi acgöz və mənən zəlil adamların yarıtmaz fəaliyyətinin nəticəsi deyil, bu, ümumən ölkəni ağuşuna alan hüquqi nihilizmin bariz nümunəsidir. Ölkənin ana təhsil ocağı sayılan BDU-dakı rüsvayçı hadisə bir daha göstərdi ki, şərlə, böhtanla, ləyaqətsizliklə mübarizə aparmaq günbəgün çətinləşir.
Sağlam rəqabət mühiti pozulub, tab gətirə bilmirsən. Dəfələrlə demişəm, namussuz adamlarla söz-söhbətdən, dava-dalaşdan, qarşılıqlı atışmadan uzaq olmaq lazımdır, onların böhtanlarına da cavab vermək lazım deyil. Çünki bu adamlar bir kişinin qorumalı olan ən vacib sərvətini - namusunu itiriblər, onlarla mübarizədə uduzacaqsan, onlar üçün sərhəd, limit yoxdur. Ən yaxşısı, cavab verməmək və həlledici məqamda burunlarını yerə sürtməkdir. Təəssüf ki, Nəriman Süleymanov tab gətirə bilmədi. Halbuki, mən məsələnin tam mahiyyətini bilmirəm, N.Süleymanovun hər hansı formada günahkar olub-olmadığını da deyə bilmərəm, onun kimlərin şantajı ilə üz-üzə qaldığından da xəbərsizəm, amma əsl həqiqətləri üzə çıxarmaq isə aidiyyəti orqanların işidir.
Əsas mətləbə keçək...
Elçin Babayev 2019-cu il mart ayının 11-də BDU-ya rektor təyin olunandan sonra elmi şuranın iclası keçirilir və iclasda Ramiz Mehdiyevin həyat yoldaşı, həmin vaxt universitetdə kafedra müdiri vəzifəsində çalışan Qalina Yuriyevna Mehdiyeva hər kəsin içində xüsusi ritorika ilə deyir ki, “bəli, axır ki, biz deyən oldu...”.
E.Babayevin kimin təqdimatı və xeyir-duası ilə rektor vəzifəsində təyin olunması heç kəsə sirr deyil. Ardınca E.Babayev baldızı Ləman Hüseynbəylini universitetə gətirdi və ölkənin ən nüfuzlu universitetlərindən biri olan BDU-nu zərgərlik dükanı kimi idarə etməyə başladı.
2019-cu ildə Mehriban İmanova da Azərbaycan Elm Fondunun rəhbəri təyin olundu. Bu təyinata qədər hamı M.İmanovanı Qalina Mehdiyevanın çayçısı kimi tanıyırdı. Səhərlər çayını, günorta mer-meyvəsini doğrayıb gətirirdi. Bir də gözümüzü açdıq ki, çayçı Mehriban Elm Fonduna rəhbər gətirilib. O, hələ də bu vəzifədədir və heç kəsin ağlına gəlmir ki, belə bir qurum var. Amma lazım olan çevrələr bu qurum vasitəsilə milyonlarla dövlət vəsaitini dağıtmaqla məşğuldur.
Yəqin ki, Nəriman Süleymanovun intiharının səbəbləri və E.Babayevin bu faciədəki rolunu hüquq-mühafizə orqanları araşdıracaq.
E.Babayev təkcə bu iş üzrə dindirilməməlidir, o, 7 il ərzində BDU-nu xaraba qoydu, neçə-neçə insanları şərlədi, I kurs tələbələrini müəllimlərin, oradakı ayrı-ayrı vəzifəli şəxslərin üzünə durmağa məcbur etdi. Rüşvət, korrupsiya əməliyyatlarını, arvadının, baldızının oğurladığı milyonları, şərlədiyi professorları və s. dövlət bütün bunları üzə çıxarmalıdır.
E.Babayev tərəddüdsüz həbs edilməlidir. Bu ölkədə nazirlər, generallar, milli qəhrəmanlar, icra başçıları, hətta R.Mehdiyevin özü də həbs edilibsə, E.Babayev layiq olduğu yerə göndərilməlidir. Mən onun bütün elmi ictimaiyyətə bəlli olan mənəviyyatdan, əxlaqdan uzaq hərəkətlərindən yazmaq istəmirəm. Xahiş edirəm, belələrini qorumayın, göndərin lazım olduğu yerə...
Uzun illərdir E.Babayevin iyrənc fəaliyyəti barədə media orqanlarında yazılar dərc olunurdu. Niyə tədbir görülmürdü, bu adamın qanunları ayaq altına atıb tapdalamasına niyə göz yumurdular!?
Ən dəhətlisi budur ki, Elm və Təhsil naziri Emin Əmrullayev bu gün yeni rektor Məleykə Abbaszadəni kollektivə təqdim edərkən, E.Babayevi də böyründə oturdub. Bu nə rəzalətdir?
Məgər E.Əmrullayev bilmir ki, BDU-da nələr baş verib? Bilməyibsə, niyə nazir vəzifəsindədir, bilibsə, niyə tədbir görməyib? Tədbir görməyibsə və bu gün ölkənin ən ali ocaqlarından birini rüsvayçı duruma salan acgöz E.Babayevi yanında oturdubsa, deməli, ən böyük məsuliyyəti məhz nazir E.Əmrullayevin öz daşıyır.
Elm və təhsil sahəsi özünün ən ağır günlərini yaşayır. Uçuq binalarda, bərbad yollarda, xəstə öldürən dərmanlarla, kefiyyətsiz qidalarla bir təhər yaşayırıq, heç olmasa, elmi, təhsili alın bu adamların əlindən! Yazıqdır bu xalq...
Samir Feyruzov

Oxunub: 592
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

2-02-2026, 18:12

Gəncə Dövlət Universitetində baş verənlər şok edir... Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Gündəm / Cəmiyyət

18-12-2025, 12:33

BDU-nin rektoru Elçin Babayevin gizlin əməlləri ifşa olundu-Faktlar

Gündəm / Cəmiyyət

24-10-2025, 13:18

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Gündəm / Siyasət

13-03-2025, 18:27

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2

Gündəm / Araşdırma

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Araşdırma

29-08-2024, 11:50

ƏƏSMN-nin əməkdaşları 1-ci qrup gözdən əlili “zəlil” edirlər - FOTO/VİDEO

Gündəm / Araşdırma

8-06-2024, 10:00

Ədalət Babayevə 3-cü dərəcəli “Əmək” ordeni hansı xidmətlərinə görə verildi

Gündəm / Siyasət

6-06-2024, 17:39

Küncə sıxışdırılan Makron - Fransa Nigerin uranından məhrum edilir - ŞƏRH

Gündəm / Araşdırma

4-06-2024, 09:26

Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!

Gündəm / Cəmiyyət

5-03-2024, 14:49

Akademik Ramiz Mehdiyevin “kandidat” namizədi və ya…

Gündəm / Cəmiyyət

24-07-2023, 08:32

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Gündəm / Cəmiyyət

15-07-2023, 10:24

Qara bəxtli “Yasmin”, indi də, qara hasarda – ÜZÜNTÜLÜ GÖRÜNTÜLƏR

Gündəm / Araşdırma

14-07-2023, 19:58

Saxta diplomla gedilən kəsə yol – Beyləqanın çökməkdə olan “təhsil”i

Gündəm / Araşdırma

9-06-2023, 17:57

UNEC rektoru ilə bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

7-06-2023, 18:38

TƏHSİLİN ƏDALƏTİ BUDURSA... - İTTİHAM VAR!

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
 9 Milyonluq "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası - İLGİNC İDDİALAR
Hadisə
19-11-2026, 12:33
Nərman Qocatürkün meyiti tapıldı
18-11-2026, 11:07
Qonşusunu öldürərək quyuya atan şəxs: - “Arvadımla münasibətlərindən şübhələnirdim...”
12-11-2026, 12:48
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
7-11-2026, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:10
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Son xəbərlər
  • 25-10-2026, 20:52
    Ömrün onillikləri
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 13:11
    Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
  • Bu gün, 11:56
    Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
  • Bu gün, 11:18
    «Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə