• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT

Gündəm / Cəmiyyət

Bu gün, 13:11

Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT

İnzibati işlər üzrə direktor müavini Orxan Ənvərli əlil arabasına ömürlük məhkum olunmuş I dərəcəli əlilliyi olan şəxsi döyməyə cəhd edib!

"Mən, Vüqar Sadıqov, I dərəcəli əlilliyi olan və əlil arabasında hərəkət edən vətəndaşam. 16.11.2026-cı il tarixindən Abşeron Mərkəzi Xəstəxanasının terapiya şöbəsində stasionar müalicə alıram..." "DİA-AZ" xəbər verir ki, bu barədə ölkə rəhbərliyinə ünvanlanmış müraciətdə deyilir.
Müraciətdə daha sonra bildirilir: "Əvvəlcə qeyd etmək istəyirəm ki, xəstəxananın direktoru Hacı həkimdən, baş həkim Rafiq həkimdən, Terapiya şöbəsinin müdiri Rəsmiyyə həkimdən, həmin şöbənin bütün əməkdaşlarından və həkimlərindən, eləcə də müalicə həkimim Elçin həkimdən çox razıyam. Onların xəstələrə münasibətini, diqqət və qayğısını yüksək qiymətləndirirəm.Onlar hər gün səhər saatlarında xəstələrin vəziyyəti və problemləri ilə maraqlanır, öz vəzifə borclarını vicdanla yerinə yetirirlər. Lakin eyni sözləri xəstəxananın İnzibati işlər üzrə müavini Orxan Ənvərli barədə deyə bilmərəm. Məqsədim qanun çərçivəsində haqqın yerini tapması, mövcud çatışmazlıqların aradan qaldırılması və ədalətin bərpa olunmasıdır.
​20.11.2026-cı il tarixində səhər baxışı zamanı mən xəstə çarpayısında uzanmış vəziyyətdə olarkən və qoluma sistem köçürülərkən, xəstəxananın rəhbərliyinə terapiya şöbəsindəki mövcud inzibati və təsərrüfat problemləri ilə bağlı qanuni iradlarımı bildirdim:
​Terapiya şöbəsində yemək stullarının çatışmazlığı səbəbindən xəstələr böyük çətinlik çəkir, məcburiyyətdən bir stulda iki xəstə əyləşərək yemək yeyir;
​Yağış yağarkən xəstəxananın üçüncü mərtəbəsinin dəhlizlərinə su yığılır, dəhlizlər su altında qalır, sanitariya işçiləri əziyyət çəkir və suyu yığmaq üçün yerə mələfələr sərilir.
​Mən bu problemləri qeyd etdikdə İnzibati işlər üzrə müavin Orxan Ənvərli heç bir əsas olmadan məni "şər-böhtan atmaqda" ittiham etdi. Bildirdim ki, haqqı demək və şöbədəki real vəziyyəti söyləmək şər-böhtan deyil; inzibati işlər üzrə müavin öz vəzifə öhdəliklərini icra etmir, xəstələrin təsərrüfat və xidmət problemləri ilə maraqlanmır, əsasən otaqda oturmaqla kifayətlənir.
​Bundan sonra Orxan Ənvərli tamamilə qeyri-adekvat və aqressiv davranış sərgiləyərək, xəstə çarpayısında uzanmış və sistem altında olan I dərəcəli əlil vətəndaşın, mənim üzərimə iki dəfə hücum etməyə (cummağa) cəhd göstərdi. Bu hadisə xəstəxananın direktoru Hacı həkimin, baş həkim Rafiq həkimin, terapiya şöbəsinin müdiri Rəsmiyyə xanımın və müalicə həkimim Elçin həkimin gözü qarşısında baş vermişdir. Onların müdaxiləsi olmasaydı, Orxan Ənvərli mənə fiziki zorakılıq tətbiq edə, hətta məni döyə bilərdi. Adıçəkilən şəxslərin vaxtında müdaxilə edərək Orxan Ənvərlini saxlaması hadisənin daha ağır nəticələrə səbəb olmasının qarşısını aldı. Bu səbəbdən Hacı həkimə, Rafiq həkimə, Rəsmiyyə xanıma və Elçin həkimə vaxtında müdaxilələrinə və göstərdikləri köməyə görə öz təşəkkürümü bildirirəm. Bildirirəm ki, mən I dərəcəli əlilliyi olan, əlil arabasından istifadə edən şəxsəm. Hadisə zamanı səhhətimlə əlaqədar kəskin ağrılar keçirirdim və emosional gərginlik səbəbindən hisslərimi cilovlamaqda çətinlik çəkirdim. Qarşı tərəfin əvvəllər bıçaqlandığını nəzərə alaraq ona: «Yəqin ki, bu hərəkətlərinə görə səni bıçaqlayıblar» ifadəsini işlətmişəm. Bu sözlər hər hansı qərəz, təhdid, qorxutma və ya zorakılıq niyyəti ilə deyil, yalnız fiziki ağrı və emosional gərginliyin təsiri altında səsləndirilib. Heç bir şəxsə qarşı zorakılıq etmək və ya sağlamlığına zərər vurmaq niyyətim olmayıb. İfadəmin təhdid kimi qiymətləndirilməsini qəbul etmirəm. Ona bıçaq vuran şəxsə haqq qazandırmıram, lakin onu bıçaqlayan şəxs sakit təbiətli insan olub, pis insan olmayıb.
I dərəcəli əlilliyim olduğu halda yanımda müşahidəçi olmadığı üçün məndən müşahidəçi ödənişi tələb edilməsi əsassızdır. Orxan Ənvərli palatada mənə “Niyə ödəniş etmirsən, ödəniş et” deyərək ödəniş tələb etmişdir. Belə ödəniş yalnız qanuni əsas və rəsmi tarif olduqda kassaya ödənilə bilər. Hadisə ilə bağlı xəstəxananın direktoru Hacı həkim ona irad bildirmişdir.
Xəstəxana əməkdaşlarının bildirdiklərinə və iddialarına görə, Orxan Ənvərli mənim yatdığım palatadan çıxarkən terapiya şöbəsinin sanitar işçiləri olan xanımlara qarşı yüksək səslə və kobud şəkildə qışqırıb. Unutmayaq ki, hər birimizi dünyaya gətirən anadır. Hər birimizin anası, bacısı və ailəsində xanımı var. Qadına hörmət kişiliyin göstəricisidir. Bir xanımın üzərinə qışqırmaq, onu alçaldıcı tərzdə danışdırmaq kişiyə yaraşan hərəkət deyil və kişilik adına sığmır. Vəzifə heç kimə başqalarını təhqir etmək və alçaltmaq hüququ vermir. Bu cür davranışlara göz yumulmamalıdır.
Abşeron RMX-də inzibati işlər üzrə direktor müavininin tabeliyində olan Xəstə Xidmətləri şöbəsində pasiyentlərin ambulator kitabçalarının məxfiliyi pozulur. Məsul işçi olduğu halda vətəndaşların kitabçaları sərbəst götürərək digər şəxslərin tibbi məlumatları ilə tanış olması yolverilməzdir. Bu hal Əhalinin sağlamlığının qorunması haqqında Qanunun 53-cü maddəsində nəzərdə tutulan həkim sirrinin qorunması, həmçinin Fərdi məlumatlar haqqında Qanunun tələbləri baxımından araşdırılmalıdır. Hadisəni əks etdirən video aşağıda təqdim olunur.
Sonda TƏBİB rəhbərliyindən bir xahişim var: Baş vermiş hadisələri araşdırmadan, şahidlərin ifadələrini dinləmədən və xəstəxana rəhbərliyindən məlumat almadan birtərəfli qərarlar verməyin. Hadisələri ört-basdır etmək, trollar vasitəsilə ictimai rəyi yönləndirmək və əsassız təriflərlə özünüzü haqlı göstərmək əvəzinə, xəstəxanada baş verən haqsızlıqları obyektiv araşdırın və qanun çərçivəsində tədbir görün. Şahidlərin gözü qarşısında baş vermiş hadisəyə görə vətəndaşı əsassız şəkildə günahkar çıxarmaq vicdanlı və ədalətli yanaşma deyil. Məqsəd kimisə günahlandırmaq deyil, həqiqətin üzə çıxması və ədalətin təmin olunmasıdır..."
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT

Oxunub: 0
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

16-04-2025, 18:57

“Uğur 777” klinikası ilə bağlı narahatlıqlar artır: xəstələrin şikayətləri səngimir - FOTOLAR

Araşdırma

26-01-2024, 09:00

Əlil arabasına məhkum olmuş qazi: “Uşaqlarım məktəbə gedə bilmir” - ŞİKAYƏT

Gündəm / Araşdırma

15-09-2025, 14:42

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub/FOTOLAR

Gündəm / Araşdırma

5-10-2024, 09:51

ƏIviz Qasımovun ,, TRAVMALI " İDARƏÇİLİYİ və ya "Respublikanski" xəstəxanada nə baş verir?

Gündəm / Cəmiyyət

8-01-2025, 11:38

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Cəmiyyət

19-07-2024, 10:51

“Yeni Gəncə Tibb Mərkəzi”ndə KÖHNƏ OVQAT... - İTTİHAM VAR...

Gündəm / Araşdırma

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Cəmiyyət

16-07-2025, 18:26

Qusar Mərkəzi Xəstəxanasından Şikayət-Kamil Hacıyev və həyat yoldaşı İlhamə Hacıyeva……

Gündəm / Araşdırma

4-07-2024, 10:10

HANSISA NAZİRƏ ÇANTA DOLU PUL DAŞIDIĞINI DEYƏN FIRILDAQÇI

Siyasət

23-09-2026, 11:51

İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Gündəm / Cəmiyyət

12-06-2023, 12:37

“Azərenerji” şefi məhkum milyoner məmuruna necə “ƏMƏK” ordeni təltif etdirdi… - ŞOK İDDİALAR

Gündəm / Hadisə

26-02-2024, 09:15

Tarix İnstitutunda NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

15-11-2023, 10:48

İTS-ə təcili “müalicə” lazımdır - Milyonlar yuyulur, klinikalar çökdürülür, insanlar isə…w

Gündəm / Cəmiyyət

19-04-2025, 18:09

"Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
 9 Milyonluq "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası - İLGİNC İDDİALAR
Hadisə
19-11-2026, 12:33
Nərman Qocatürkün meyiti tapıldı
18-11-2026, 11:07
Qonşusunu öldürərək quyuya atan şəxs: - “Arvadımla münasibətlərindən şübhələnirdim...”
12-11-2026, 12:48
Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
7-11-2026, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:10
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Son xəbərlər
  • 25-10-2026, 20:52
    Ömrün onillikləri
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 13:11
    Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
  • Bu gün, 11:56
    Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
  • Bu gün, 11:18
    «Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə