• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Vüqar Əhmədovun komandası “Azərişıq”da satınalmalara nəzarəti itirib, yoxsa…

Gündəm / Araşdırma

20-02-2024, 16:16

Vüqar Əhmədovun komandası “Azərişıq”da satınalmalara nəzarəti itirib, yoxsa…


“Harmony İndustrial Construction and Engeering Group” adlı bir MMC Azərbaycanın dövlət satınalmaları bazarında sözün əsl mənasında at oynadır. Bir müddət əvvəl bununla bağlı araşdırma məqalə də yaymışdıq. Bu şirkət 2019-2023-cü illər ərzində satınalmalarda bir çox dövlət qurumlarının ölkə boyu keçirdikləri 162 tender və kotirovka sorğularının qalibi olub. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Harmony İndustrial Construction and Engeering Group” MMC əsasən tibb müəssisələrinin keçirdiyi satınalma müsabiqələrində öndə gedir. Liftlərə texniki servisi xidmətindən tutmuş dezinfeksiya xərcləri, tikili və avadanlıqların cari təmiri, maşın və avadanlıqların əsaslı təmirnə qədər, inzibati binalarının qazlaşdırılması işlərindən tutmuş, Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri işlərinə, Laçın rayonu, Ərdəşəvi yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunmasından tutmuş bir çox tender və kotirovkaların qalibi olub. Əsasən də Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrinin texniki xidmətin göstərilməsi və ehtiyyat hissələrinin satınalınmasını həyata keçirib. Qeyd edək ki, bu kimi kotirovkalara o qədər böyük pullar ayrılmır.
Aktualinfo.org sözügedən MMC-nin son illər udduğu böyük həcmli, dəyəri milyonlarla ölçülən tenderlərini də araşdırıb. MMC udduğu milyon manat dəyəri olan tenderləri ancaq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə bağlayıb.
“Azərişıq” ASC Kəlbəcər rayonu Cermux, Laçın rayonu Cağazur, Tərtər rayonu Talış(Ağuçuq), Ağdam rayonu Çullu və Goranboy rayonu ərazisində yerləşən hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması məqsədilə elektrik veriliş xəttinin çəkilməsi və KTM-lərin quraşdılması işlərinin satın alınması üzrə MMC ilə 7.132.240,66 manat məbləğində satınalma müqaviləsi 18.10.2023-cü il tarixdə
Qeyd edək ki, müsabiqə 14.09.2023-cü il tarixdə dərc edilib. Zərflərin açılış tarixi 29.09.2023-cü il tarixə müəyyən edilib. Təsəvvür edin 7 milyon manat dəyəri olan tender 15 günə yekunlaşıb. Müqavilənin şərtlərinə görə MMC yuxarıda qeyd olunan işləri ən geci 3 ay ərzində başa çatırmalıdır.
“Azərişıq” ASC tərəfindən Laçın rayonu, Ərdəşəvi yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması üzrə MMC ilə 934.796,5 manat məbləğində bir satınalma müqaviləsi 26.12.2022-ci il tarixdə bağlanmışdır. “Azərişıq” ASC bu tenderi isə 20 gün ərzində keçirib.
“Azərişıq” ASC tərəfindən Laçın rayonu, Pircahan yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işləri üzrə MMC ilə 2.309.877,64 manat məbləğində bir satınalma müqaviləsi 14.11.2022-ci il tarixdə bağlanmışdır.
Göründüyü kimi “Azərişıq” ASC 14.11.2022-ci ildən 18.10.2023-cü ilə, yəni 11 ay ərzində “Harmony İndustrial Construction and Engeering Group” MMC-yə ümumi olaraq 10 376 914 manat dəyəri olan döblət sifarişi verib.
Bəs sözügedən şirkət bu dövlət sifarişlərini həyata keçirmək iqtidarındadırmı? Rəsmi məlumatlara diqqət yetirək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.02.2005-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, CEYHUN HACIBƏYLİ, ev 52, m. 20, qanuni təmsilçisi kimi isə Orucov Əlövsət Bilal oğlu qeyd olunub.
Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC ilk olaraq “PİRAMİDA-F.R.” kimi dövlət qeydiyyatına alınıb. MMC-nin adı 19.06. 2020-ci ildə dəyişdirilərək “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” olub. Buna səbəb isə çox güman ki, “PİRAMİDA-F.R.” MMC-nin adının bir sıra şübhəli satınalmalarda hallanması olub. “Piramida F.R” MMC-nin təkcə 2020-ci ildə dəyəri 1 milyon manatdan çox olan şübhəli satınalma müqavilələri imzaladığı iddia olunur. Maraqlıdır ki, həmin vaxt şirkətin 542 min manat vergi borcu olub. Bu barədə yerli mediada da yazılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin MMC -yə vergi öhdəliklərini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamaları üzrə – Səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 1 622 631.02 manat əlavə vergi, 878 867.47 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa vergi bəyannamələrini vaxtında təqdim etməməyə görə MMC -yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. MMC-nin 22.01.2024-cü il tarixdə dövlətə 1 473 252.55 manat vergi borcu olub. Hazırki günə isə bu borc qismən ödənilib və 1 028 504.33 manat təşkil edir.
Göründüyü kimi MMC-nin üzərində vergi yoxlamaları və maliyyə sanksiyaları ilə birgə 2 501 495.49 manat yerinə yetirilməmiş vergi öhdəliyi var. Belə olan halda “Azərişıq” ASC-nin Satınalma Komissiyası bu MMC-nin tenderdə iddiaçı qısmində iştirakına necə yol verib?
Qeyd edək ki, hər hansı bir şirkət tenderdə iddiaçı qismində iştirak ərizəsi verdikdə vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilib-yetirilməməsi hallarının mövcud olub-olmaması barədə məlumatlar təqdim etməlidir. Buna nə kimi məlumatlar daxildir?
Vergilər üzrə:
Məcburi dövlət sosial sığorta haqqı üzrə: İşsizlikdən sığorta haqqı üzrə: İcbari tibbi sigorta haqqı üzrə:
Vergi Məcəlləsi ilə müəyyən edilmis öhdəliklərin və vəzifələrin yerinə yetirilməsi ilə bağlı mövcud vəziyyət:
Vergi ödəyicisinin qeydiyyat tarixi: Əsas fəaliyyət növü: Aktiv fəaliyyət göstərən obyektlərin sayı: Dövriyyə (cari il üzrə) Dövriyyə (ötən il üzrə) Cari tarixə işçi sayı: Minimum aylıq əmək haqqı məbləğindən aşağı əmək haqqısı olan işçi sayı: Təqdim edilməmiş bəyannamələr: Sonuncu vergi bəyannamə məlumatına əsasən vergi ödəyicisinin əsas
vəsaitlərə, aktivlərə malik olmaması:
Bəs Qanunun tələb etdiyi şərtlərə cavab verməyən, vergi borcu ilə birgə üzərində milyonlarla manat vergi öhdəliyi olan, riskli vergi ödəyicisi hesab edilən bir MMC-nin “Azərişıq” ASC-nin satınalmalarında iştirakına kimlər yol verir?
Təbii ki, başda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov olmaqla, onun komandası. Əldə etdiyimiz məlumatlara görə, bu işlərin başında sədrin tələbə yoldaşı olmuş Kamil Hüseynovla bərabər daha bir neçə nəfərin də durduğu söylənilir. Onlardan biri “Azərişıq” ASC-də mühüm vəzifə tutan, Tender Komissiyasının sədri Uğur Babayevdir ki, açıq mənbələrdə barəsində məlumat yoxdu. Amma məlumatlara görə ASC sədrinin ən yaxın adamlarından biri olduğuna görə məhz onu Tender Komissiyasının sədri seçdirib, yəni təyin edib. Digəri dostu isə “Azərişıq” ASC-nin layihələrin idarə olunması və maddi texniki təchizat İdarəsinin rəisi İdrak Ələkbərov. Bu o, İdrak Ələkbərovdu ki, hələ 2009-cu ildə keçmiş İqtisadi inkişaf nazirliyinin Antiinhisar Xidməti Departamentinin üç məmurunun Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzlərinin sahiblərindən rüşvət almaq üstündə həbs edilənlər arasında olub. Sonradan məhkəmənin qərarı ilə şərti cəza alıb və bir müddət işsiz qaldıqdan sonra Vüqar Əhmədovun vasitəçiliyi ilə “Azərişıq” ASC-də ən mühüm vəzifələrdən birinin başına gətirilib. Bu dostların keçmişdə gördüyü işlər barədə elektron mediada kifayət qədər geniş məlumat var. Bu dostlar son illər “Azərişıq” ASC-nin keçirdiyi dövlət satınalmalarını özlərinə yaxın olan şirkətləri qalib çıxarır və bu yolla külli miqdarda dövlət vəsaitlərini təyinatından kənarlaşdırırlar.
Şübhəsiz ki, başdan ayağa risk olan “Harmony İndustrial Construction and Engeering Group” MMC-də bunlardan biridir. “Azərişıq”ASC-nin rəsmiləri satınalma müqaviləsi bağladıqda bu MMC-nin başdan ayağa risk olduğunu görməyiblərmi? Əlbəttə görürlər. Yaxşı da nəzarət edirlər. Amma bəzi tenderlərdəki qanunsuzluqları görməzdən gəlirlər.

Oxunub: 5 513
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

30-01-2024, 21:08

Səhiyyə Nazirliyinin tenderini öz əməkdaşının şirkəti udub?

Gündəm / Araşdırma

22-01-2024, 12:28

Dövlətə 4 milyon manata yaxın vergi borcu olan MMC satınalmalarda necə at oynadır? - İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

11-01-2024, 12:13

4 uşağın öldüyü Perinatal Mərkəzin “gizli” tenderləri - İLGİNC

Gündəm / Cəmiyyət

14-12-2023, 14:09

“Hihat-İnşaat” MMC-ni “Keşikçidağ” və “Avey” Mədəniyyət qoruqları ilə nələr bağlayır

Gündəm / Araşdırma

5-12-2023, 12:06

“PROQRESS İNŞAAT EN” iki ayda udduğu tenderləri ölkə ərazisində hansı yollarla həyata keçirəcək?

Gündəm / Araşdırma

4-12-2023, 11:29

Üzümçülük və Şərabçılıq İnstitutu açıq-aşkar talanır – Bu dəfə də Məcnun Məmmədovun nəzərinə

Gündəm / Araşdırma

1-12-2023, 11:17

Vəzifədə təzə olsa da... - Köhnələrə MEYDAN OXUYUR

Gündəm / Cəmiyyət

25-11-2023, 11:25

Tovuzda TENDER OYUNBAZLIĞI... - İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

9-09-2023, 11:00

Geyim satan şirkət yol təmir edəcək - Yarımmilyonluq şübhəli tender

Gündəm / Dünya

5-09-2023, 22:29

Rafiq Cəlilovun 246 minlik yol təmiri - Cənub bölgəsinin tenderlərini udan “Birlik-3A” kimindir?

Gündəm / Dünya

22-07-2023, 21:17

Xızının “acgöz” yolları – 3 ildə yol təmirinə nə qədər vəsait xərclənib?

Gündəm / Cəmiyyət

20-07-2023, 10:20

Yevlaxda tenderlər KİMƏ PEŞKƏŞ EDİLİR... - İLGİNC

Gündəm / Cəmiyyət

18-07-2023, 22:13

Yevlaxda böyük məbləğli tenderləri udan iki MMC kimindir? - TƏFƏRRÜAT

Gündəm / Araşdırma

14-06-2023, 18:40

“QaçqınKom”dan 1,1 milyonluq TENDER – Qalib şirkətlər haqqında MARAQLI FAKTLAR

Gündəm / Cəmiyyət

5-06-2023, 14:26

Tovuzda başçıya söykənən daha bir `YEMƏLİ` proses... - Bu faktlar ARAŞDIRILARSA...

Araşdırma
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
AzTU-dan yarım milyonluq TENDER: Şam yeməkləri, qala gecələri və avia biletlər... - TƏFƏRRÜAT
Bu il işdən çıxarılan və yüksək vəzifəyə təyin olunan məmurlar - SİYAHI
İcra başçısının müavini işdən çıxdı - ƏMR
Salyanda “üstü bəzək, altı təzək“ olan körpü - VİDEO
“Mərcan” broyler qaynalıdıqdan sonra….-Video
Hadisə
Bu gün, 16:15
Saleh Məmmədovun 21 yaşlı oğlu Londonda milyonluq biznesin sahibidir - FOTO
Bu gün, 09:30
Şərurda avtomobil "TIR"la toqquşub, xəsarət alanlar var
8-02-2026, 11:01
Narkotik çəkib maşın sürürdü - Həbs edildi
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
5-02-2026, 14:15
Azərbaycanda 7 yaşlı uşaq bıçaqlandı - DƏHŞƏT
4-02-2026, 14:42
10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı
Son xəbərlər
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 18:45
    “Estetik əməliyyatdan sonra üzüm deformasiyaya uğrayıb” – Video
  • Bu gün, 18:20
    Bu videoları çəkib gizli kameraları reklam edirlər - Hamamda, oyuncaqda, kompüterdə...
  • Bu gün, 17:59
    “Patron” tumları almayın! – Zəhərlənə bilərsiniz
  • Bu gün, 17:37
    “Qarant İnşaat” layihədən kənar tikinti işləri aparır? - Nəsimi rayonunda dərəbəylik - Videofakt
  • Bu gün, 16:54
    Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib - SİYAHI
  • Bu gün, 16:38
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib
  • Bu gün, 16:28
    Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM
  • Bu gün, 16:15
    Saleh Məmmədovun 21 yaşlı oğlu Londonda milyonluq biznesin sahibidir - FOTO
  • Bu gün, 15:55
    İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
  • Bu gün, 13:00
    Kuril adaları yaxınlığında 5,3 bal gücündə zəlzələ qeydə alınıb
  • Bu gün, 12:30
    ABŞ və Çin razılaşdırılmış ticarət müqaviləsinin müddətini uzatmağa hazırdırlar
  • Bu gün, 12:00
    Nümayəndələr Palatası Trampın Kanadaya tətbiq etdiyi tariflərə qarşı çıxıb
  • Bu gün, 11:30
    Avropol saxta 1,2 milyard avro ələ keçirib
  • Bu gün, 11:00
    Pakistan yeni ballistik raketini təqdim edib
  • Bu gün, 10:30
    Günün qoroskopu: Bu gün sizdə sakit, amma güclü bir dərinlik var
  • Bu gün, 10:00
    ABŞ qoşunları Suriyadakı Ət-Tanf hərbi bazasını tərk edib
  • Bu gün, 09:30
    Şərurda avtomobil "TIR"la toqquşub, xəsarət alanlar var
  • Bu gün, 09:00
    Saqqız udmaq təhlükəlidirmi?
  • Bu gün, 08:30
    “Müharibə yaya qədər başa çata bilər”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə