• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

HAKİM QURDU MƏHKƏMƏ, DEDİ, GET DÖZ HİKKƏMƏ!

Gündəm / Araşdırma

21-02-2024, 15:46

HAKİM QURDU MƏHKƏMƏ, DEDİ, GET DÖZ HİKKƏMƏ!

Deyilənə görə görkəmli şairimiz Bəxtiyar Vahabzadənin ətrafında fırlanan “yazar”lardan biri, günlərin birində onun şeirlərindən bəzilərini gizli toplayıb Qazaxıstanda öz adına kitab çap etdirir. Bundan xəbər tutan böyük şair həmin insanı məhkəməyə verib iyirmi min manat təzminat alır və bütün şairlərə tövsiyyə edir ki, ədəbiyyatımıza yaxşı xidmət etmək üçün ilk növbədə plagiatlığın qarşısını almaq və bunun üçün belələrinə qarşı ən sərt tədbirlər görmək gərəkdir...
Həmin olaydan on illərlə vaxt keçib. Sözügedən məhkəmədən isə əsər-əlamət qalmayıb. Dahi şairimizin qarşılaşdığı olayda məhkəmə onun iddiasını təmin etsə də, çağdaş şairimiz Yaqub Məğrurun başına gələn oxşar olayda məhkəmə onun iddiasını təmin etməyib. Bu dəfə şairin qarşısına çıxan şarlatan onu elə bir labirintə salıb ki, artıq dörd aydır ki, hüquq çıxılmazlığında fırlanır. Məsələ isə belə olub:
17 oktyabr 2023-cü il tarixdə Y.Məğrurun kompüterində nasazlıq yaranıb. Həmin anda hirslənmiş şairin kabinetinə daxil olan tanışı Fariz Məhərrəmov nə olduğunu soruşub. Şair kompüterin sürətinin çox zəiflədiyini və bu səbəbdən çapa hazırladığı növbəti kitabında dərc ediləcək materialları yekunlaşdırmağın gecikdiyini bildirib. “Azərbaycan” nəşriyyatının ikinci mərtəbəsində yerləşən “Qazilər” qəzeti redaksiyasında saxta dizayner fəaliyyəti göstərən F.Məhərrəmov özünü proqramçı kimi təqdim edərək, onun kompüterini elə öz kabinetində format edəcəyinə söz verməklə şairi şirnikləndirib. Ona inanan şair razılaşıb. Nəsə axtarırmış kimi ciblərini qurdalayan Fariz, öz fləş kartını hardasa unutduğunu bildirib və kompüteri format etməyə lazım olan proqram fayllarını yükləyib gətirmək üçün şairin fləşini istəyib. Bundan imtina edən şair bildirib ki, kompüterin yaddaşında olan bütün faylları öz fləş kartına yükləyib və silinməsindən ehtiyat edir. Fariz isə onu arxayın salıb ki, “narahat olma, silinməz!” Farizə inanan şair şəxsi fləşini ona verib. Ofisi tərk edən Fariz həmin gün geri qayıtmayıb. Bundan narahat olan şair həmin gün ona səkkiz dəfə zəng etsə də, cavab ala bilməyib. Yalnız iş vaxtı bitəndə son zəngə cavab verən Fariz bildirib ki, “indi sərxoşam, həm də gecdir, sabah gəlib kompüterini format edəcəm.” Növbəti gün Fariz redaksiyaya gəlib. Şairin dünən apardığı fləşini cibindən çıxarıb kompüterə taxıb. Günortayadək nə qədər çalışsa da, nəticə hasil edə bilməyib. Hansısa kompüter mütəxəssisinə zəng edərək kömək istəyib. Ancaq yenə heç nə alınmayıb. Nahar fasiləsi ərəfəsində, “nahardan sonra mütəxəssis gətirəcəm, format eləsin”- deyən Fariz ofisi tərk edib və bir daha geri qayıtmayıb. Bir neçə gün ərzində şair dəfələrlə zəng etsə də, Fariz telefonu aşmayıb. Çarəsiz qalan şair soraqlaşıb başqa proqramistə müraciət etməli olub. Həmin proqramist redaksiyaya gəlib və kompüteri format etmək üçün öz iş yerinə aparıb. Növbəti gün kompüteri sazlayandan sonra, nahar fasiləsi zamanı redaksiyaya gətirib və Y.Məğrura təqdim edib. Kompüterin saz və sürətlə işlədiyini görən şair sevinə-sevinə ustanın zəhmət haqqını ödəyərək yola salıb. Nahardan sonra şair formatdan öncə fləşinə köçürdüyü 2021-2023-cü illər ərzində yazdığı bütün qələm məhsullarının fayllarını kompüterə yükləmək məqsədilə fləşini kompüterə taxıb. Yalnız bundan sonra ona məlum olub ki, son iki il ərzində yazdığı və çapa hazırladığı növbəti kitabında dərc ediləcək 277 səhifəlik “Vicdan Yolçusu” romanı, 350 bənddən ibarət 50 səhifəlik “Rübailər və Aforizmlər”i, 25 səhifəlik digər şeir və “Kreativ Düşüncələr”i fləşin yaddaşından silinib. Hirslənən şair dərhal kompüterini sazlayan ustaya zəng edib və yenidən redaksiyaya gəlməsini xahiş edib. Usta da redaksiyaya qayıdıb və özü ilə gətirdiyi xüsusi cihazla fləşin yaddaşını yoxlayıb. Məlum olub ki, Fariz format üçün proqram fayllarını şairin fləşinə yükləyərkən, onu “Bolt” proqramında format diskinə çevirdiyinə görə öncəki materialların hamısı silinib. Mütəxəssis nə qədər çalışsa da, sözügedən materialları bərpa edə bilməyib. Bundan qəzəblənən şair faktla əlaqədar Yasamal rayon polis idarəsinə şikayət edib. Yasamal RPİ-nin təhqiqatçısı Nail Bayramlı şikayət ərizəsinə cavab olaraq çıxardığı qərarda bildirib ki, “...ərizənizdə fakt üzrə cinayət tərkibi olmadığına görə F.Məhərrəmova cinayət işinin açılması rədd edilir. Odur ki, mülki işlə əlaqədar məhkəməyə müraciət edə biərsiniz”. Bu qərarı əldə əsas tutan şair, F.Məhərrəmovun yaşayış yeri üzrə Binəqədi rayon məhkəməsinə “Dəymiş mənəvi ziyanın ödənilməsi barədə İddia Ərizəsi”lə müraciət edib. Hakim Günel Abbasovanın sədrliyilə proses təyin edilib. 24.01.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında F.Məhərrəmov heç nəyi boynuna almayıb və hırıldaya-hırıldaya üzünü şairə tutub deyib ki, “bu prosesi uduzacaqsan. Sonra Apellyasiya şikayəti verərsən!” Hakim cavabdehin bu sözlərinə kəskin reaksiya vermək əvəzinə, hirslənməyi şairə irad tutub və prosesi təxirə salıb.
Nəhayət növbəti proses 19.02.2024-cü il tarixdə baş tutdu. Fariz prosesə gəlmədi. İddiaçı şairi və fakt üzrə şahidi dinləyən hakim, ona təqdim edilmiş kifayət qədər dəlil sübutlar olsa da, heç nəyi nəzərə almadan iddianı təmin etmədi. Hakim G.Məhərrəmova qanunsuz “Qətnamə”ni elan edəndən sonra, qəribə tərzdə üzünü iddiaçı şair Y.Məğrura tutub izah etməyə çalışdı ki, “cavabdeh F.Məhərrəmovın iş yerini müəyyən edə bilmədiyimizə görə onu cəzalandıra bilmərəm”. İddiaçı hakimin bu bəhanəsinə etirazını bildirəndə isə, Günel xanım ironiya ilə “Sizin Apellyasiya şikayəti vermək hüququnuz var”-deməklə məhkəmə zalını tərk etdi.
P.S-1. Bu yerdə saxtakar “dizayner-proqramist” F.Məhərromovun məhkəmə ərəfəsində dediyi “hara şikayət edirsən et, mənim elə yüksək səviyyəli tanışım var ki, onun bir zəngilə hakim mənim xeyrimə qərar çıxaracaq” və birinci proses zamanı dediyi “bu prosesi uduzacaqsan. Sonra Apellyasiya şikayəti verərsən” – ironiyaları öz təsdiqini tapmış oldu. Deməli “Od yanmasa, tüstü çıxmaz” məsəli elə-belə deyilməyib.
P.S-2. Sözügedən məhkəmə prosesinə müdaxilə edən yüksək çinli məmurun kimliyi barədə redaksiyamıza məlumat verən şəxsi MİNA Tv.az saytının qiymətli hədiyyəsi gözləyir.
P.S-3. Saxtakar "dizayner-proqramist" F.Məhərrəmovun şəklini də çap etdik ki, onun kimliyini hər kəs bilsin və daha heç kim şair Y. Məğrur kimi onun tələsinə düşməsin!
(mövzunun davamı olacaq)
MİNA Tv.az-ın Araşdırma Bürosu

Oxunub: 3 552
Paylaş:
Digər xəbərlər

---

14-02-2024, 17:04

Şöbə müdiri işdən çıxarıldı, narazı qaldı - NƏ BAŞ VERİB?

Gündəm / Cəmiyyət

30-01-2024, 13:04

Yanğınların olduğu "EuroHome"a qarşı iddia... - rəhbəri və oğlu məhkəməyə verildi

Gündəm / Cəmiyyət

9-01-2024, 19:52

"Ege Hospital" məhkəməyə verildi: Bu həkimlərdən təzminat tələb edilir - TƏFƏRRÜAT

Gündəm / İqtisadiyyat

22-12-2023, 17:50

Məşhur şirkətin vergi borcu yarım milyonu ötdü, rəhbəri məhkəməyə verildi

Dünya

1-12-2023, 08:06

Rusiyada LGBT hərəkatı qadağan edildi

Gündəm / Cəmiyyət

7-11-2023, 15:07

Mahmudovun yazar qızı ilə şirkət arasında icarə qalmaqalı - TƏFƏRRÜAT

Gündəm / Araşdırma

6-11-2023, 18:01

Mövlam Şıxəliyevə qarşı 8 milyon dollarlıq mülki iddia təmin olundu - DETALLAR

Gündəm / Cəmiyyət

9-10-2023, 10:57

Məhkəmə hakimi əməkdar müəllimə qarşı... - QALMAQAL

Gündəm / Cəmiyyət

15-09-2023, 18:00

9 hazırlıq iclası keçirən hakim işi baxışa təyin edə bilmir - VƏKİL

Gündəm / Cəmiyyət

14-09-2023, 16:00

“Naxçıvanbank”ın ay ərzində məhkəməyə vermədiyi müştərisi qalmadı - NƏ BAŞ VERİR?

Maraqlı

25-07-2023, 14:41

Nazilə Səfərli Fatimədən bu qədər təzminat alacaq -MƏBLƏĞ

Gündəm / Cəmiyyət

20-07-2023, 13:57

Məşhur "Dörd Qardaş" MTK məhkəməyə verilib

Gündəm / Cəmiyyət

21-06-2023, 17:05

“YELO BANK” TÜRK ŞİRKƏTİNİ MƏHKƏMƏ İLƏ HƏDƏLƏYİR…

Gündəm / Araşdırma

16-06-2023, 12:10

“Olympus Park”a qalib gələn İlham Sərdarov vəkilinin pulunu vermədi - Növbəti QALMAQAL

Cəmiyyət

13-05-2023, 11:36

“AV İnşaat "Akkord"un şirkəti ilə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ

Araşdırma
Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
RASİM GÜZDƏKDƏ AT OYNADIR
Hadisə
29-05-2025, 12:36
Elgün həmin binadan yıxılıbmış - Rəsmi
29-05-2025, 10:06
Antalyada bıçaqlanan Araz Musayevlə bağlı yeni xəbər
27-05-2025, 12:46
Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
26-05-2025, 15:27
Azərbaycanda həbs edilmişdi, ölkəsinə təhvil verildi
22-05-2025, 10:00
Şəmkirdə milyonluq yeyinti - Direktor həbs edildi
21-05-2025, 11:45
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
Son xəbərlər
  • 12-05-2025, 14:42
    İctimai Nəzarətin müstəqil fəaliyyət göstərməsinə məmurların əngəl törətməsinə imkan verilməməlidir.
  • 12-05-2025, 10:44
    Vicdanın nə olduğunu hələ də anlamayan və hətta qanmaq istəməyən səlahiyyət sahibləri çirkab sularını əhaliyə içirtməkdə davam edirlər.
  • 21-04-2025, 16:57
    Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
  • 3-04-2025, 15:18
    Həyatda ən ümdə arzum Böyük Azərbaycanı görməkdir
  • 15-03-2025, 11:49
    ARAZ MARKETDƏ BƏSLƏNƏN PİŞİKLƏRİN ARTIĞI İNSANLARA SATILIR
  • 11-03-2025, 13:00
    ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!
  • 20-12-2024, 17:11
    MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
  • 17-12-2024, 14:08
    NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
  • 3-12-2024, 12:19
    QOBUPARKDA OĞLAN OVU, POLİSLƏRİN QOVHAQOVU
  • 29-11-2024, 15:17
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 28-11-2024, 15:19
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 5-11-2024, 15:04
    TƏŞƏKKÜRNAMƏ
  • 22-10-2024, 16:32
    MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
  • 3-10-2024, 20:17
    RASİM GÜZDƏKDƏ AT OYNADIR
  • 30-09-2024, 15:51
    İCTİMAİ NƏZARƏT
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 8-08-2024, 19:36
    BİLDİRİŞ
  • 24-07-2024, 14:49
    DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
  • 19-07-2024, 11:58
    QARADAĞ RAYON SU-KANAL İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 12-07-2024, 12:23
    FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
  • 9-04-2024, 12:50
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
  • 5-04-2024, 12:57
    MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU
  • 3-04-2024, 16:12
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • 22-06-2023, 11:39
    XƏBƏRDARLIQ
  • Dün, 14:57
    Astara Gömrük İdarəsinin təhqiqatçısına hökm oxundu -SƏBƏB
  • Dün, 14:27
    Saleh Səmədov haqqında məhkəmə Qərarı-Vergidən yayınmaya görə həbs olundu
  • Dün, 10:16
    Qaxın da öz TENDERYEYƏNİ VAR... -
  • Dün, 09:38
    “Yasamal İH bu işləri görməyəcəksə, pulları havaya sovurmasın…” – Sakinlərdən etiraz
  • Dün, 09:10
    Sahib Məmmədov bu suallara cavab verə bilmir?
  • 30-05-2025, 20:06
    “AzToyuq” MMC-də pozuntular aşkarlandı
  • 30-05-2025, 19:47
    “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır
  • 30-05-2025, 18:30
    Sadiq Əliyev 133 min manatlıq müsabiqədə bu xanımı qalıb etdi -Görün kimdir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə