• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

Gündəm / Araşdırma

4-05-2024, 15:16

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

"Mən bilirəm ki, mənim maaşımdan 80 manat kəsilməlidir. Bunu özüm bilirəm, amma mənim maaşım bu ay hamısı kəsilib. Burda Hafiz müəllim, mənim rəisim Rövşən müəllim dedi ki, sənin artizanın xarab olub, ona görə bu ay maaşımın hamısı kəsilib."
Yenixeber.org: Bu sözləri redaksiyamıza göndərilən videomüraciətdə Ağdam rayon sakini Rüstəmov İxtiyar Böyükkişi oğlu deyib.
O, bildirir ki, Ağdam Mexaniki suvarma idarəsində işləyir. Hər dəfə artizanlarda nasazlıq yarandığında təmiri üçün 80 manat onun, 124 manat sahə rəisi Rövşən adlı şəxsin maaşından tutulur. Bu dəfə isə "sənin artizanın xarab olub" deyərək, onun bütövlükdə maaşı kəsilib.
İnsanın öz hüquqlarını bilməməsinin yaranan ən böyük fəsadlardan biri də məhz Ağdam rayonunun bu sadəlövh, zəhmətkeş sakini İxtiyar Rüstəmov kimi haqqının əlindən alınmasıdır. Sahə rəisinin də maaşından "onunkundan daha çox tutulması" nağılına o, qədər ürəkdən inanıb ki, fürsət tapmışkən, öz dərdi ilə bərabər, onun da "dərd"ini ictimailəşdirməyi özünə borc bilib.
Amma, bu saf insanın "dili bu dəfə başına bəla olub". Redaksiyamıza deyilən məlumata görə, onu gileyləndiyi üçün işindən azad etməklə təhdid ediblər.
Belə çıxır ki, Ağdam Mexaniki suvarma idarəsinin rəisi - eyni zamanda rayonun Xındırıstan kənd sakini Hafiz Əzimzadə səlahiyyətindən Sui-istifadə edərək, həmyerlisini həm ələ salır, həm də onun hər dəfə müxtəlif bəhanələrlə, sözün əsl mənasında "çörəyini əlindən alır"mış.
Yəqin, yayılan görüntülər isə bu "çörəyin əldən çıxması təhlükəsi"ni yaratdığı üçün, vətəndaşın "gözünü qorxutmaq fürsəti"ni də yoxlamaq istəyiblər. Hər halda, əldə etdiyimiz məlumata görə, vətəndaş özü bu barədə görüntüləri bizə göndərən şəxsə bildirib.
Görünür Zaur Mikayılovun istər Bakı və Sumqayıt şəhərləri ərazisində, istərsə də bölgələrdə fəaliyyət göstərən əməkdaşları vəzifə səlahiyyətlərinin hər detalından "səmərəli" istifadə etməkdə mahirdirlər. Amma, Hafiz Əzimzadə daha da irəli gedərək, işin "ağını çıxarıb.

Redaksiyamıza edilən müraciətlərdən, göndərilən məlumatlardan, eləcə də müxtəlif saytlarda dərc olunan vətəndaş şikayətlərindən və sair bəlli olur ki, Zaur Mikayılov rəhbərlik etdiyi "Melorasiya və Su Təsərrüfatı" ASC -ni - Dövlət Su Ehtiyatları Agentliyini şəbəkə biznesi kimi idarə edir.
Onsuzda Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimov, Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinin müdiri Tahir Xəlilov nümunəsi, tutduqları vəzifədən necə istifadə etməyin, hansı yollarla yüksək gəlir əldə etməyin, Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin müdiri Etibar Nəbiyev və onun işçisi Kənan bəy nümunəsi vətəndaşlarla kobud davranışların, onları təhdid və təhqir etməyin aşkar sübutudur sanırdıq, amma, sən demə onlardan da irəli getməyə cəsarət edən daha bir "qəhrəman" - Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə var imiş.
Yəqin, bu cəsarəti Hafiz Əzimzadəyə verən, illərdir korrupsioner əməlləri ilə mətbuatda gündəm olan Əhliman Kərimovu, Dövlət əmlaklarına ziyan vurmaq və digər vasitələrlə gəlir əldə edən Tahir Xəlilovu, Vətəndaşlarla məmur adına yaraşmayan şəkildə rəftar edən Etibar Nəbiyevi edilən şikayətlərə, yayımlanan faktlara rəğmən prokurorluq və aidiyyatı qurumun rəhbəri Zaur Mikayılovun hələ də qanunla cəzalandırmaması verir.
Adı çəkilən idarələrdən - Zərdab və Kürdəmir rayonunda təmirə ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyi yüz minlərlə qiyməti olan texnikaların yararsız vəziyyətdə qalmasına, lazımi işlərin (suvarma arxları və kollektorların təmizlənməsi) vaxtında aparılmamasına səbəb olur. Hafiz Əzimzadə isə bu barədə daha "geniş düşünərək", həm təmir üçün ayrılan vəsaiti "çırpışdırmağ"ın, həm də yerli sakinlər bundan duyuq düşüb, sikayətçi olmasın deyə, problemi aradan qaldırmağın yolunu tapıb - hüququnu bilməyən əməkdaşların əmək haqqından kəsmək.
Yeri gəlmişkən, Şəmkir rayon Sarıtəpə kənd sakini Abbasəli İbrahimovun redaksiyamıza göndərdiyi videoda bu rayonda da uzun illərdir su görməyən və artıq dolmaq üzrə olan kollektorların, ərazi üzrə mexaniki suvarma idarəsinin təmirinə 60.000 (altmış min) manat vəsait xərcləndiyi deyilən (ən azından rəsmi sənədlərdə bu cür qeyd edilən) emalatxananın və bu emalatxananın ətrafında susuzluqdan məhv olmuş əkin sahələrinin görüntüləri öz əksini tapıb.
Vətəndaş dövlət büdcəsindən külli miqdarda vəsait xərclənərək alınan su nasoslarının istifadə olunmadığını deyir.
Maraqlıdır ki, bütün bunlara və rəhbərlik etdiyi idarənin Kənan adlı məsul əməkdaşının vətəndaş Abbasəli İbrahimovu telefonda təhqir etməsinə çox sərbəst reaksiya verən Şəmkir Suvarma Sistemləri İdarəsinin müdiri Etibar Nəbiyevin mövqeyini öyrənmək üçün zəng etdiyimizdə, həmçinin ona, dediklərimizə dair görüntülərin və səs yazısının mövcud olduğunu bildirdiyimizdə birdən qanunları xatırladı. Səs yazmağın qanunsuz olduğunu deyib, bundan özünə haqq qazandırmaq üçün ipucu kimi istifadə etməyə çalışdı.
Demək ki, Etibar müəllim qanunları da, qanunda vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, dövlətə ziyan vurmağın cinayət əməli olduğunu da gözəl bilir.
O, zaman sual yaranır, bu arxayın, sərbəst "fəaliyyət"in arxasında dayanan səbəb nədir?
Mövzunu davam etdirəcəyik.(DogruXeber.az)
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Oxunub: 3 663
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

25-03-2024, 11:08

Ağdamın “ölü canları” və Vaqif Həsənovun səksəkəsi...

Gündəm / Araşdırma

16-02-2024, 11:53

Naxçıvanda nazir şikayətçini ŞƏXSƏN QƏBUL ETDİ VƏ... - AÇIQLAMA

Gündəm / Cəmiyyət

27-12-2023, 18:04

Ağdamda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR

Gündəm / Cəmiyyət

20-11-2023, 18:00

“Qonşularım gözətçisi olduğum meşənin ağaclarını kəsiblər” - GİLEY

Gündəm / Araşdırma

15-11-2023, 14:48

Masallıda yaşıllıqlara kim qənim kəsilib -VİDEOFAKT

Gündəm / Cəmiyyət

8-11-2023, 10:52

Ağdam Rayon Mərkəzi Xəstəxanası vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTOFAKT

Gündəm / Cəmiyyət

20-10-2023, 11:52

Ağdam sakini Yevlaxdan torpaq aldı... PEŞMAN OLDU... - GİLEY

Gündəm / Araşdırma

19-10-2023, 12:10

Şərurda məmurlardan ANTİTERROR üçün PUL YIĞILIB - Hərənin maaşından 100 MANAT...

---

29-08-2023, 21:59

"İndi Əmək Müfəttişliyi bizə 4 min manat cərimə yazıb" - GİLEY

Gündəm / Cəmiyyət

28-08-2023, 08:36

Məmur özbaşınalığı nəticəsində Ağdam sakini küçələrdə qalıb - MÜRACİƏT

Gündəm / Cəmiyyət

24-08-2023, 16:51

İcra başçısından HƏQARƏT: "Torpağınız işğaldan azad olunub, rədd olun öz rayonunuza..." - ŞİKAYƏT

Gündəm / Cəmiyyət

30-05-2023, 12:23

Onkoloji xəstə olan Şəmkir sakininin pensiyası kəsilib - FOTOLAR

Gündəm / Cəmiyyət

18-05-2023, 17:26

Kərəm Mustafayevlə bağlı ŞOK İDDİALAR - "...10 min pulu ödəməyibsən, bu səbəbdən də cəza kəsilib"

Gündəm / Cəmiyyət

15-05-2023, 16:49

Müştəri “Bazarstore”dan məhsul aldı: Hamısı xarab çıxdı - FOTOFAKT

Gündəm / Cəmiyyət

8-05-2023, 13:59

"Ağır ürək əməliyyatı keçirmişəm, 1 ildir təqaüdüm kəsilib, müraciət etsəm də baxan yoxdur" - Ağstafadan GİLEY

Araşdırma
Xətai rayonunda qalmaqalı tikinti - Sənəddə 1, reallıqda isə 2 mərtəbə... - VİDEO
“Azure Residence”dən ŞİKAYƏT
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
 “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Yuxusuz halda sükan arxasına əyləşməyin! - DYP-dən müraciət
Hadisə
24-05-2026, 12:30
Bərdədə baş verən avtomobil qəzasında bir nəfər ölüb
24-05-2026, 12:30
Bərdədə baş verən avtomobil qəzasında bir nəfər ölüb
24-05-2026, 11:00
Cəlilabadda 3,2 maqnitudalı zəlzələ baş verib
10-05-2026, 12:00
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
30-04-2026, 15:58
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
26-04-2026, 16:00
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
Son xəbərlər
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 12:57
    Xətai rayonunda qalmaqalı tikinti - Sənəddə 1, reallıqda isə 2 mərtəbə... - VİDEO
  • Bu gün, 12:08
    Otorapor_azerbaijan-dan şikayət - "200 manatım və 4 saat boşuna vaxtım getdi"
  • Bu gün, 11:09
    Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
  • Bu gün, 10:41
    Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
  • Bu gün, 09:50
    “Azure Residence”dən ŞİKAYƏT
  • Bu gün, 09:46
    “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
  • Bu gün, 09:07
    Dövlət Məşğulluq Agentliyində heç nə dəyişməyib - Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi ...350 milyonluq tender
  • 24-05-2026, 17:00
    Sabah İmişli və Saatlı rayonları ilə Sabirabad şəhərinin qaz təminatında fasilə yaranacaq
  • 24-05-2026, 16:30
    Bakıda və Abşeron yarımadasında hava yağışlı olacaq - PROQNOZ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə