• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Gündəm / Siyasət

8-05-2024, 20:27

Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL


Ali dəyərlərdən dəm vuran, digər dövlətlərə və xalqlara dərs keçməyə çalışan Fransa xarici və daxili siyasətdə uğursuzluqlar yaşayır. İndiki rəhbərliyin yarıtmaz siyasətinin nəticəsidir ki, ölkə problemlərdən çıxa bilmir. Bunun da tək bir səbəbi var - ədalətsiz və qərəzli mövqe.

Qarabağ müharibəsində əldə etdiyi qələbə ilə ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı yürütdüyü siyasət də bu qəbildəndir. Emmanuel Makronun Fransası məhz bu qələbədən sonra qlobal erməni şəbəkəsi ilə birlikdə yeni mübarizəyə start verdi. Son dörd ildə ölkəmizə qarşı beynəlxalq hüquq müstəvisində və informasiya cəbhəsində irimiqyaslı şər-böhtan kampaniyası aparılır.

İkinci Qarabağ müharibəsi həm regional, həm də lokal olaraq son 30 ildəki status-kvonu dəyişdirdiyi üçün bir sıra qlobal güclərin maraqlarına toxunub. O cümlədən Fransanın da siyasi və iqtisadi maraqlarının zədələndiyi aşkar görünür. Fakt odur ki, sabiq fransız prezidentlər - Fransua Mitteran, Jak Şirak və Fransua Hollandın dövründə qismən balanslı Fransa-Azərbaycan münasibətləri 2020-ci ildə Qarabağda geosiyasi mənzərənin dəyişməsindən sonra xüsusilə gərginləşib.

Fransa həm öz qanunverici orqanları, həm də üzv olduğu bütün beynəlxalq təşkilatlar vasitəsilə anti-Azərbaycan gündəliyini irəli sürməyə çalışır. Ölkəmizə qarşı qətnamə layihələri irəli sürür, yalan və böhtanlarla dolu informasiya müharibəsi aparır, iqtisadi təzyiq göstərir, Ermənistanı müasir hücum silahları ilə təchiz edərək regionumuzda militarizasiya siyasətini həyata keçirir.
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Son dörd ildə Fransanın ölkəmizə qarşı aqressiv davranışları və həyata keçirdiyi hibrid müharibə nəticəsində ikitərəfli münasibətlər kəskin şəkildə zədələnərək, tarixin ən aşağı səviyyəsinə düşüb. Rəsmi Paris münasibətlərin pisləşməsində ölkəmizi ittiham edir, Azərbaycanın Fransaya qarşı qərəzli olduğunu, “fransız kolonializmi” siyasəti ilə qlobal gündəm yaratmağa çalışdığını bəhanə edərək, o cümlədən guya Azərbaycanın 2024-cü ildə keçiriləcək Paris Olimpiya oyunlarını boykot etməyə çağırdığına dair saxta iddialar səsləndirir. Eləcə də, bölgədə ayırıcı xətlərin çəkilməsinə və Ermənistanı birtərəfli qaydada bölgədə dağıdıcı siyasət yürütməyə sürükləyir, sülh danışıqlarından uzaqlaşdırmağa çalışır.

Bir mühüm məsələ ondan ibarətdir ki, Fransa Azərbaycanla Ermənistan arasında aparılan son sərhəd razılaşması, sülh danışıqlarına hələ də, reaksiya verməyib. Bu da rəsmi Parisin iki ölkə arasında münsibətlərin normallaşmasına qarşı olduğunu sübut edir. Yəni hədəf və prioritet heç də iki ölkə arasında sülhün əldə olunması deyil, bölgədə müharibə və qarışıqlıq yaratmaqdır.

Uğursuz, puç olan təşəbbüslər

Maraqlıdır ki, Fransa anti-Azərbaycan təşəbbüsləri dəfələrlə uğursuz nəticələnsə də, geri çəkilmir. Faktlara müraciət edək. 2020-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurasında (TŞ) Fransa tərəfindən də dəstəklənən TŞ Sədrinin Bəyanatı uğursuz nəticələnib. 2021-ci ilin iyununda BMT TŞ-də Fransa tərəfindən qətnamə layihəsi qeyri-rəsmi irəli sürülmüş, lakin bu layihəni irəlilətmək mümkün olmayıb. 2022-ci ilin sentyabrın 13-də Ermənistanın müraciəti və Fransanın birbaşa dəstəyi ilə BMT TŞ-nin Azərbaycan-Ermənistan mövzusunda açıq müzakirələri keçirilib. Fransa TŞ adından mətbuat bəyanatının qəbul edilməsi təşəbbüsünü irəli sürsə də, buna nail ola bilməyib. 2022-ci ilin dekabrın 20-də Laçın yolunun “bağlanması” ilə əlaqədar Ermənistanın rəsmi müraciəti ilə BMT TŞ-nin açıq müzakirələri keçirilib və iclasda Fransa TŞ Sədrinin Bəyanatının qəbul edilməsi təşəbbüsünü elan edib.
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Sənəd layihəsinin dörd dəfə yenilənmiş versiyası Fransa tərəfindən irəli sürülsə də, layihə üzrə konsensusa nail olunmayıb. 2023-cü ilin iyul-avqust aylarında Laçın yolundakı vəziyyətlə əlaqədar TŞ-nin iclasının çağırılması və sənədin qəbulu təşəbbüsü olub. 2023-cü il sentyabrında Azərbaycan tərəfindən həyata keçirilən antiterror tədbirləri ilə əlaqədar Ermənistanın rəsmi müraciəti və Fransanın birbaşa səyi ilə TŞ-nin iclası da uğursuz nəticələnib. 11 oktyabr 2023-cü ildə Fransa BMT TŞ-nin Ermənistan-Azərbaycan mövzusunda qətnamə layihəsini irəli sürüb. Qətnamədə “Dağlıq Qarabağ”ın erməni əhalisinin geri qaytarılması üçün şərait yaradılması və Azərbaycanın müvafiq siyasətinə görə cəzalandırılması tələbləri yer alıb. Hətta Ermənistan özü bu təşəbbüsdə iştirak etməyib. Layihə TŞ üzvləri tərəfindən dəstəklənməyib. Fransa ilkin irəli sürdüyü və anti-Azərbaycan mahiyyətli layihəyə sonradan bəzi düzəlişlər etmək məcburiyyətində qalsa belə, yenə də sənədin qəbulu üçün tələb olunacaq sayda üzv ölkənin dəstəyini təmin etməyə nail olmayıb.

2023-cü ilin oktyabrında BMT-nin İnsan Hüquqları Şurası (İHŞ) çərçivəsində Azərbaycana qarşı qəbul edilmiş birgə bəyanatı təşviq edən əsas dövlətlərdən biri də Fransa olmuş, həmin bəyanat bu ölkənin nümayəndəsi tərəfindən oxunub. 2023-cü ilin noyabrında İHŞ-də Universal Dövri İcmal üzrə Azərbaycanın milli hesabatının dinləmələri zamanı Fransa tərəfi ölkəmizə qarşı əsassız ittihamları ehtiva edən tövsiyələr ünvanlanıb. Parisin anti-Azərbaycan siyasəti Avropa İttifaqı çərçivəsində xüsusi ilə seçilsə də, bu təşəbbüslər uğursuzluqla nəticələnib.

Fransa Senatı və Milli Assambleyasında ümumilikdə 6 anti-Azərbaycan qətnaməsi qəbul olunub. 25 noyabr 2020-ci il tarixində Senat, yəni Fransa Parlamentinin yuxarı palatası, 3 dekabr 2020-ci il tarixində isə Milli Assambleya, yəni Fransa Parlamentinin aşağı palatası qondarma və artıq mövcud olmayan “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnamə qəbul edib. Qərar Fransa hökumətinə tövsiyə xarakteri daşısa da qətnamənin müzakirəsində Fransa xarici işlər naziri Jan iv Lö Drian “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınmasına dair müzakirənin faydalı olmadığını bildirib. 15 noyabr 2022-ci il tarixində Senatın Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasına çağırış edən qətnaməsi, 30 noyabr 2023-cü il tarixində Milli Assambleyanın Azərbaycanın Ermənistana qarşı (guya) həyata keçirdiyi təcavüzün dayandırılmasını tələb edən qətnamə, 17 yanvar 2024-cü il tarixində Senatın Ermənistanın ərazi bütövlüyünü tanıyan, Ermənistanın özünü hərbi müdafiə haqqının olduğunu bəyan edərək ona hərbi yardımı dəstəkləyən və Azərbaycana qarşı sanksiya çağırışı edən qətnaməsi xüsusilə qeyd oluna bilər ki, bunların hər biri Azərbaycana qarşı saxta və yalan iddialarla doludur. 2023-cü ilin oktyabrında Paris şəhərinin meriyası Dağlıq Qarabağ ermənilərinə Paris şəhərinin fəxri vətəndaşlığının verilməsinə dair niyyət sənədi qəbul edib.

Fransanın keçmiş xarici işlər naziri Ketrin Kolonna “France Inter” TV-ə müsahibəsində “Fransa Ermənistanla bağlı susmur. Biz Ermənistanı dəstəkləyirik” açıq mesajını verdi. 7 dekabr 2022-ci il tarixində isə Fransada işgüzar səfərdə olan “Artsax Respublikasının Prezidenti” Arayik Arutyunyan Parisdə iyirmiyə yaxın aparıcı fransız mediasının iştirak etdiyi mətbuat konfransı keçirib. O, mətbuat konfransında “Artsax xalqı”nın öz vətənində mövcudluğu üçün Azərbaycan tərəfindən törədilən təhlükələrdən və bu səbəblə yaranan problemlərdən danışıb, Avropa dövlətlərindən Azərbaycanın bu davranışının qarşısının alınması üçün tədbirlər görülməsini xahiş edib.
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Tək bu ilin son üç ayı ərzində Azərbaycan əleyhinə 3 qətnamə - 28 fevral 2024, 13 mart 2024, 25 aprel 2024 tarixli – qəbul olunması qlobal erməni şəbəkəsinin xüsusilə aktivləşdiyindən xəbər verir. Rəsmi Paris keçmiş Minsk qrupu ilə yanaşı, NATO çərçivəsində də Azərbaycana qarşı fəaliyyəti ilə seçilib. Ən acınacaqlı hal ondan ibarətdir ki, Fransa UNESCO kimi beynəlxalq təşkilatı özünün çirkin siyasətinin alətinə çevirib. Rəsmi Paris bu təşkilatı Fransa Xarici İşlər Nazirliyinin “idarəsi” kimi istifadə edir, humanitar mahiyyətli bu təşkilatı siyasiləşdirir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə UNESCO missiyasının göndərilməsini əngəlləyir. Fransa Senatı və Milli Assambleyasında ümumilikdə 6 anti-Azərbaycan qətnaməsi qəbul olunub.

Fransanın ölkəmizə qarşı informasiya müharibəsi

İnformasiya müstəvisində də Fransanın Azərbaycan əleyhinə təbliğat kampaniyası geniş vüsət alıb. Fasiləsiz anti-Azərbaycan verilişləri yayımlanır və məqalələr dərc edilir, ölkə rəhbərliyinə qarşı əxlaq normalarından kənar ifadələr işlədilir. Hətta Fransanın Azərbaycana qarşı ittihamları Ermənistandan daha kəskin xarakter daşıyır.

Azərbaycanın guya Fransada qeyri-sabitlik yaratmaq istiqamətində addımlar atdığına dair məlumatlar tirajlanır. Azərbaycana qarşı istifadə edilən əsas onlayn media resurslar – Le Figaro, Le Monde, Le Point, Francetvinfo.fr, La Croix, İntelligence Online və digərləridir. Azərbaycana qarşı istifadə edilən əsas onlayn media resurslar – Le Figaro, Le Monde, Le Point, Francetvinfo.fr, La Croix, İntelligence Online və digərləridir. Bununla yanaşı vurğulanmalıdır ki, Fransada Azərbaycana qarşı aparılan dezinformasiya hücumları bir mərkəzdən idarə olunur, Rafael Qluksman və şəbəkəsi tərəfindən yönləndirilir və burada Fransadakı erməni diasporu mühüm həlledici rol oynayır. Qluksman – Avropa Parlamentində siyasi korrupsiyalı deputat şəbəkəsinin başında duran şəxs olmaqla yanaşı, həm də erməni milyarder Boqosyanlar ailəsinin kürəkənidir.

O, “Daşnaksütyun”la tərəfdaşlıq sazişi olan Fransa Sosialist Partiyasının siyahısı ilə Avropa Parlamentinə salınıb. STM-nin “Avropa Parlamentində siyasi korrupsiyalı deputat şəbəkəsi” ilə bağlı təqdim etdiyi arayışlarda postmüharibə dövründə bu şəbəkənin başında duran yeni isim-Rafael Qluksmandan bəhs edilib. Qluksman Parlamentə daxil olan kimi “Avropa İttifaqında Demokratik Proseslərə Xarici Müdaxilə və Dezinformasiya üzrə Xüsusi Komissiya”nın (Special Committee on Foreign Interference in all Democratic Processes in the European Union, including Disingormation) (İMGE) təsisçisi və prezidenti olub. Bu Komitə daimi olaraq Azərbaycana qarşı (Azərbaycanda insan hüquqları pozuntuları, Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi və s. mövzularda) dezinformasiya siyasəti həyata keçirir və bunun üçün xaricdəki Azərbaycanlı “siyasi mühacirlər”dən də məharətlə istifadə edir. Bu fəaliyyətin nəticəsi tezliklə bəhrəsini verib, belə ki, biz 2022-ci ilin əvvəlindən Avroparlamentdə ölkəmizə qarşı intensiv dezinformasiya fəallığının pik həddə çatdığını müşahidə edirik. Təsadüfi deyil ki, Qluksman 2024-cü ilin mart ayında Avroparlamentin jurnalında (The Parliament Maganize) “Yüksələn ulduz” (Rising Star) adlandırılıb.

Qlobal erməni şəbəkəsi Fransa mediasında anti-Azərbaycan təbliğat kampaniyasının təşkilində özlərinə dair izi itirmək üçün “maskalanmağa” çalışsalar da, bu izlər aşkarlanmaqdadır.

Bununla yanaşı vurğulanmalıdır ki, Fransada Azərbaycana qarşı aparılan dezinformasiya hücumları bir mərkəzdən idarə olunur. Qlobal erməni şəbəkəsi Fransa mediasında anti-Azərbaycan təbliğat kampaniyasının təşkilində özlərinə dair izi itirmək üçün “maskalanmağa” çalışsalar da, bu izlər aşkarlanmaqdadır. Məsələn, Emmanuel Makronun uzun illərdir ki, telekanalları “boykot” etdiyi və efirə çıxmadığı iddia olunurdu. Nəhayət, 10 oktyabr 2023-cü ildə, prezident seçildikdən 6 ay sonra Makron ilk dəfə France2 TV kanalında “Hadisə” – “L`Evenement” adlı verilişdə müsahibə verib və bu veriliş Azərbaycana qarşı informasiya kampaniyasının mühüm bir elementinə çevrilib.
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Parisin iqtisadi təzyiq vasitələri

Yeri gəlmişkən, ikitərəfli münasibətlərin gərginləşməsinə qədərki dövrdə Fransanın Cənubi Qafqazdakı ticarətinin 60 faizi Azərbaycanın payına düşürdü. 2019-cu ildə Fransanın Azərbaycandan idxalının həcmi 537 milyon dollar olub. Lakin Vətən müharibəsindən ötən 3 ildə bu rəqəm azalıb və 2022-ci ildə 51 milyon dollar təşkil edib. Yəni 2019-2022-ci illərdə Fransanın Azərbaycandan idxalında 10 dəfə azalma baş verib. Beləliklə, Azərbaycanın Fransadan idxalında deyil, Fransanın Azərbaycandan idxalında azalma müşahidə olunur ki, bu da Parisin ölkəmizə qarşı elan olunmayan, tam iqtisadi embarqo olmasa da, müəyyən səviyyədə iqtisadi təzyiqi olaraq qiymətləndirilə bilər. Müqayisə üçün qeyd etmək olar ki, 2019-cu ildə Fransanın Ermənistandan idxalının həcmi cəmi 8,7 milyon dollar, 2023-cü ildə 9,5 milyon dollar olub. 2023-cü ilin müvafiq dövrünü müqayisə etsək, həmin ildə Fransa Ermənistanla müqayisədə Azərbaycandan 15 dəfə yüksək məbləğdə məhsul idxal edib.

Göründüyü kimi, Ermənistan bir bazar olaraq Fransa üçün əhəmiyyətini ötən üç ildə artırıb. Buna baxmayaraq, iqtisadi əməkdaşlığın imkanları baxımından Azərbaycanla münasibətləri qorumaq Fransa üçün daha önəmlidir. Fransanı ən çox narahat edən məqamlardan biri keçmiş qondarma rejimin üzərindəki iqtisadi üstünlüklərini əldən buraxmasıdır. Fransa Azərbaycanla əməkdaşlıq edərək buradakı iqtisadi imkanlarını geri qazanmaq istərdi. Təsadüfi deyil ki, bu niyyət Azərbaycan tərəfindən həbs olunmuş fransız agentin dilindən səslənib. Fransa ilə Ermənistanın fəal hərbi yaxınlaşması 2023-cü ilin payızında, ölkələr silah və hərbi yardım tədarükü haqqında Saziş imzaladıqda başlayıb. 2023-cü ilin dekabrında Fransa 24 ədəd “Bastion” zirehli avtomobili Ermənistana artıq çatdırıb, əlavə olaraq 26-nın da göndəriləcəyi gözlənilir. 2024-cü il fevralın sonunda Fransa Silahlı Qüvvələr naziri Ermənistana səfər edib.

Bu yazıda da Fransanın qərəzli və ikili mövqeyini faktlarla sübuta yetirməyə çalışdıq. Xüsusi qeyd olunmalıdır ki, bunlar Yelisey sarayının Azərbaycana qarşı qərəzini göstərən onlarla faktın yalnız bir hissəsidir. Bunlar dünyaya demokratiya dərsi keçməyə çalışan Parisin necə çirkin və riyakar siyasət aparmasından xəbər verir. Faktlar təsdiq edir ki, onların əksəriyyəti uğursuzluğa düçar olub. Görünən odur ki, Fransanın baş verənlərdən, yaşadığı uğursuzluqlardan dərs çıxarmağının vaxtı çatıb. Sadəcə buna qərar verə biləcək məntiqli, iradəli lider lazımdır. Bunun üçün isə əvvəlcə erməni lobbisinin təsirindən qurtulmaq lazımdır. Çünki bu halda birtərəfli siyasətə ehtiyac qalmayacaq. Deməli, ermənidən artıq erməni olmağı dayandırmaq, ölkə üçün daha praqmatik, faydalı əməkdaşlıq qurmaq lazımdır.(Report)

Oxunub: 2 738
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

17-04-2024, 11:12

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

Gündəm / İqtisadiyyat

13-04-2024, 19:27

Azərbaycan BRICS-ə yalnız bu halda qoşula bilər...

Gündəm / Siyasət

14-03-2024, 14:18

Avropa təsisatları acınacaqlı vəziyyətdədir - Prezidentin köməkçisi

Gündəm / Siyasət

6-03-2024, 11:09

Paşinyan uçurumun kənarına çatdı - İNCƏLƏMƏ

Gündəm / Dünya

6-02-2024, 10:57

Makron erməniləri savaşa sürükləyir - GƏLİŞMƏ

Gündəm / Siyasət

25-01-2024, 11:40

Paris Bakı ilə yaxınlaşır – Düpüyin sensasion şərhi

Gündəm / Siyasət

21-11-2023, 23:37

Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında

Gündəm / Siyasət

28-10-2023, 15:18

Fransanın mədəniyyət nazirinin İrəvan səfəri: Paris nəyə hazırlaşır? - TƏHLİL

Gündəm / Cəmiyyət

11-10-2023, 12:19

ABŞ və Fransanın Rusiyaya qarşı ERMƏNİSTAN CƏBHƏSİ... - NƏ BAŞ VERİR?

Gündəm / Siyasət

5-10-2023, 17:30

Tiflis Qranadadadn DAHA YAXINDIR... - ELƏ HƏR MƏNADA...

Siyasət

30-09-2023, 10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

Gündəm / Araşdırma

19-09-2023, 19:27

Dünya azərbaycanlılarından antiterror tədbirləri ilə bağlı BƏYANAT

Siyasət

7-09-2023, 09:00

Markov: “Qarabağ tam şəkildə doğma limana qayıtmalıdır”

Gündəm / Siyasət

21-07-2023, 22:53

İRNA agentliyi yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq

Gündəm / Hadisə

18-05-2023, 19:14

“Qarabağ Azərbaycan ərazisidir” - Vardanyan etiraf etdi

Araşdırma
Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
RASİM GÜZDƏKDƏ AT OYNADIR
Hadisə
12-06-2025, 09:15
Sabirabadda mağazada meyit tapılıb.
10-06-2025, 17:34
Dərya qarpızdan zəhərlənməyib - Rəsmi
5-06-2025, 09:29
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
29-05-2025, 12:36
Elgün həmin binadan yıxılıbmış - Rəsmi
29-05-2025, 10:06
Antalyada bıçaqlanan Araz Musayevlə bağlı yeni xəbər
27-05-2025, 12:46
Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
Son xəbərlər
  • 12-05-2025, 14:42
    İctimai Nəzarətin müstəqil fəaliyyət göstərməsinə məmurların əngəl törətməsinə imkan verilməməlidir.
  • 12-05-2025, 10:44
    Vicdanın nə olduğunu hələ də anlamayan və hətta qanmaq istəməyən səlahiyyət sahibləri çirkab sularını əhaliyə içirtməkdə davam edirlər.
  • 21-04-2025, 16:57
    Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
  • 3-04-2025, 15:18
    Həyatda ən ümdə arzum Böyük Azərbaycanı görməkdir
  • 15-03-2025, 11:49
    ARAZ MARKETDƏ BƏSLƏNƏN PİŞİKLƏRİN ARTIĞI İNSANLARA SATILIR
  • 11-03-2025, 13:00
    ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!
  • 20-12-2024, 17:11
    MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
  • 17-12-2024, 14:08
    NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
  • 3-12-2024, 12:19
    QOBUPARKDA OĞLAN OVU, POLİSLƏRİN QOVHAQOVU
  • 29-11-2024, 15:17
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 28-11-2024, 15:19
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 5-11-2024, 15:04
    TƏŞƏKKÜRNAMƏ
  • 22-10-2024, 16:32
    MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
  • 3-10-2024, 20:17
    RASİM GÜZDƏKDƏ AT OYNADIR
  • 30-09-2024, 15:51
    İCTİMAİ NƏZARƏT
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 8-08-2024, 19:36
    BİLDİRİŞ
  • 24-07-2024, 14:49
    DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
  • 19-07-2024, 11:58
    QARADAĞ RAYON SU-KANAL İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 12-07-2024, 12:23
    FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
  • 9-04-2024, 12:50
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
  • 5-04-2024, 12:57
    MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU
  • 3-04-2024, 16:12
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • 22-06-2023, 11:39
    XƏBƏRDARLIQ
  • Bugün, 10:53
    Ağsu Rayon Mərkəzi Xəstəxanasında nələr baş verir?
  • Bugün, 10:27
    Quma zərbə nəticəsində 2 nəfər ölüb
  • Bugün, 10:00
    “Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT
  • Bugün, 09:19
    Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • Bugün, 08:48
    Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • Dün, 19:07
    DTX-nin Qaxda saxladığı vəzifəli şəxslərin bəzilərinin kimliyi məlum oldu - ADLAR- YENİLƏNDİ
  • Dün, 18:24
    Naxçıvandakı dönərxanalarda son günlər ard-arda baş verən kütləvi zəhərlənmələrin səbəbkarı elə, yerli Qida Təhlükəsizlik Agentliyinin özüdür.
  • Dün, 16:50
    İran İsrailə yenidən raket hücumuna başladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə