• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan, Türkiyə və Rusiyada ifşa olunan fransız casuslar - siyahı genişlənəcəkmi? - ANALİZ

Gündəm / Cəmiyyət

7-06-2024, 17:42

Azərbaycan, Türkiyə və Rusiyada ifşa olunan fransız casuslar - siyahı genişlənəcəkmi? - ANALİZ


Bu gün dünyadakı "Fransa mifi" sürətlə dağılmaqdadır. Artıq “Demokratiya beşiyi”, “insan hüquq və azadlıqlarının carçısı” statusunu itirərək daha çox “casus dövlət” kimi tanınmağa başlayır.

Yelisey sarayının xarici və daxili siyasətdə uğursuzluqlar seriyasına daha biri əlavə olunur - söhbət Rusiyada fransız casus şəbəkəsinin faş olunmasından gedir. Azərbaycan və Türkiyənin ardınca bu ölkədə ifşa edilən agentura sisteminin aktiv üzvü saxlanılıb. “Moskvada casusluqda ittiham olunan Fransa vətəndaşı saxlanılıb”, - Rusiya istintaq Komitəsinin yaydığı məlumatda vurğulanıb. Onu məxfi informasiyaları toplamaqda ittiham ediblər. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs ölkənin hərbi və hərbi-texniki fəaliyyəti sahəsində məqsədyönlü məlumatların toplanmasını həyata keçirib. Şübhəli şəxs “Xarici casuslar haqqında” qanunda nəzərdə tutulan öhdəliklərdən yayınmaq maddəsi üzrə saxlanılıb.

O, ölkənin təhlükəsizliyini təhdid edən xəbərlər toplayıb, Fransaya ötürürmüş. Məhz buna görə də şübhəli əlavə dindirilmək və barəsində həbs qətimkan tədbirinin təyin edilməsi üçün İstintaq Komitəsinə aparılıb.

Qeyd edək ki, Moskva ilə Paris arasında münasibətlər Ukraynadakı müharibə səbəbindən kəskin şəkildə pisləşib. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukrayna kömək istəsə, Qərb qüvvələrinin bu ölkədə peyda ola biləcəyini deyib.
Azərbaycan, Türkiyə və Rusiyada ifşa olunan fransız casuslar - siyahı genişlənəcəkmi? - ANALİZ

Baş verən son hadisələr onsuz da gərgin olan Paris-Moskva münasibətlərinə ciddi xələl gətirəcək. Qeyd etdiyimiz kimi, bu gün Rusiya ilə Fransa arasında münasibətlər inkişafının ən aşağı həddindədir. Fransız casusun saxlanması onsuz da alovlanan yanğının üstünə yağ səpələyəcək. Təbii ki, baş verənlərdə şəxsən Makronun xüsusi rolu var. Onun siyasəti hər vəchlə dövlətlər və xalqlar arasında süni eskalasiya yaratmağa yönəlib. Fransız casusun saxlanması Moskva ilə Paris arasında gərgin münasibətlərə əlavə problemlər qatacaq.

Xatırladaq ki, Fransanın Rusiyada ifşa olunan casus qalmaqalı ilk hal deyil. Bundan əvvəl Türkiyə və Azərbaycanda da analoji insidentlər yaşanıb. Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) fevralın 20-də Fransa Kəşfiyyat İdarəsinin ölkədəki fəaliyyətini ifşa edib. Qeyd olunub ki, 1 ildir Fransa Kəşfiyyat Xidməti üçün casusluq etdiyi müəyyənləşən 3 nəfər saxlanılıb. Casuslar arasında olan Ahmet Kati və digər 2 şəxs Fransa Kəşfiyyat Xidmətinin xəbərdarlığından sonra Türkiyəni tərk edərkən MİT və İstanbul polisi tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Casuslar saxlanılaraq həbsxanaya göndərilib.
Azərbaycan, Türkiyə və Rusiyada ifşa olunan fransız casuslar - siyahı genişlənəcəkmi? - ANALİZ

Əldə edilən məlumatlar və sənədlər göstərir ki, Suriya böhranı başlayandan bəri Türkiyə bölgə xalqına hər cür yardım göstərir. Fransa isə Suriya böhranını öz çirkin niyyətlərinin fürsətinə çevirir. Onlardan sığınacaq istəyən suriyalı ailələri Türkiyə əleyhinə yalan məlumat yaymağa məcbur edir, bunu Ankara əleyhinə istifadə niyyəti ilə reallaşdırır. Məqsəd də Türkiyənin miqrasiya siyasətini tənqid edərək beynəlxalq aləmdə gözdən salmaqdır. Saxlanılan suriyalıların Parisdəki “Hələbin Dostları Cəmiyyəti (Collectif des Amis d'Alep)” adlı qeyri-hökumət təşkilatının əlaqələri üzə çıxıb. Bu casusluq fəaliyyəti Türkiyə kəşfiyyatı tərəfindən üzə çıxarılanda Fransa kəşfiyyatının tələbi ilə onlara rəsmi Parisin İstanbuldakı Baş konsulluğu təcili viza verib. Həmin şəxslər xaricə qaçmağa cəhd etsələr də, təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıblar.

Yeri gəlmişkən, Fransa xüsusi xidmət orqanlarının Şərqi Avropa və Qafqazdan başqa, Mərkəzi Asiya, Yaxın Şərqin bir çox ölkələrində də təxribat və casusluq şəbəkələri yaratmaq cəhdləri olub. Yuxarıda sadaladıqlarımız yalnız üstü açılanlardır. Onların digər ölkələrdə də belə fəaliyyət qurduğu şübhə doğurmur. Məhz Azərbaycanda faş edilən casus şəbəkəsi isə riyakarlığın pik həddi idi.
Azərbaycan, Türkiyə və Rusiyada ifşa olunan fransız casuslar - siyahı genişlənəcəkmi? - ANALİZ

Paris Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in keçmiş Minsk qrupunun üzvü ola-ola uzun illər birtərəfli qaydada işğalçı dövlətə dəstək verib. Ərazi bütövlüyünü müdafiə edən Azərbaycana qarşı hər cür böhtan və təhqirlər yağdırmaqla yanaşı, Ermənistanı silahladırmaqdan da çəkinməyib. Bu cəhdləri uğursuzluqla nəticələndikdə isə “casus şəbəkəsini” işə salıb. Bəlli olub ki, Azərbaycanda ifşa olunan şəbəkə Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif məqsədli əməliyyatlar icra edib. Agentura şəbəkəsi Fransa səfirliyi daxilində fəaliyyət göstərib. Onlar bir sıra ölkələrin nümayəndələri ilə bağlı kəşfiyyat aparıblar. Şəbəkə regionda yeni məqsədlər formalaşdırmaqla təsir dairəsini genişləndirməyə çalışıb. Şəbəkəyə daxil olan üzvlərin bir çoxu əvvəllər və ya indi Azərbaycanda xidmət edib, bəziləri isə müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda çalışırlar.

Şübhəsiz ki, müxtəlif ölkələrdə agentura şəbəkələrinin ifşa olunması E.Makron hökumətinin iflası deməkdir. Demokratiyadan danışan normal ölkələrdə bu cür ifşa olunmuş liderlər adətən istefa verərək vəzifələrini üzüsulu tərk edirlər. Makron hökumətindən isə bunu görmürük.(Report)

Oxunub: 5 106
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Dünya

24-05-2024, 12:36

Rusiyada yeni səfərbərlik elan edilə bilər

Gündəm / Siyasət

21-05-2024, 17:28

Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır - Makron narahatdır - TƏHLİL

Gündəm / Siyasət

16-05-2024, 17:10

Fransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH

Gündəm / Siyasət

8-05-2024, 20:27

Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Gündəm / Araşdırma

9-02-2024, 08:53

İranın Bakıya qarşı casus oyununun səbəbi - NƏ BAŞ VERİR?

Gündəm / Siyasət

25-01-2024, 11:40

Paris Bakı ilə yaxınlaşır – Düpüyin sensasion şərhi

Gündəm / Araşdırma

6-12-2023, 11:15

“Təbriz” MTK-ya görə daha bir nəfər saxlanılıb – 171 nəfər zərərçəkən var

Gündəm / Siyasət

28-11-2023, 14:44

ABŞ, Almaniya və Fransa diplomatları “AbzasMedia” ilə əlaqədar XİN-ə çağırıldı

Hadisə

27-11-2023, 22:53

Qanuni oğrular arasında dava - Vitali Tiflisski həbs olundu

Cəmiyyət

16-11-2023, 14:19

Bakıda qanunsuz yaşayan 12 xarici miqrant saxlanılıb

Dünya

20-10-2023, 15:26

Kayzi Pyer: “Biz fransız neokolonializmi ilə mübarizə aparırıq”

Cəmiyyət

13-09-2023, 12:26

DTX-dən ƏMƏLİYYAT: Gizli pul köçürmələri edən şəbəkə ifşa olundu

Dünya

26-08-2023, 10:30

“Vaqner”ə yeni rəhbər təyin edildi – Təcili

Siyasət

17-07-2023, 23:17

Rusiya XİN rəhbərlərinin görüşünü təşkil etməyə hazırdır

Dünya

24-06-2023, 13:53

"Rusiyada hərbi çevriliş başladı" - "Vaqner"

Araşdırma
“Kristal Abşeron”dan mənzil alanlar niyə peşman olur? - HƏQİQƏTƏN DƏ...
SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ
Leysan Məmmədovun Tikinti və İdarəetmə Xidməti araşdırılır? – Maraqlı faktlar
Maştağada Faiqin Tikinti Özbaşınalığı Adil Vəliyev niyə göz yumur ?
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
Hadisə
10-05-2026, 12:00
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
30-04-2026, 15:58
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
26-04-2026, 16:00
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
26-04-2026, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
26-04-2026, 15:00
İran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
26-04-2026, 14:00
Salyanda ağır qəza: Ölən var
Son xəbərlər
  • Dünən, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 19:12
    Eldar Əzizov öz yerinə Elgin Həbibullayevi hazırlayır? - Detallar...
  • Dünən, 18:43
    “Kristal Abşeron”dan mənzil alanlar niyə peşman olur? - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 18:02
    SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
  • Dünən, 17:36
    Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ
  • Dünən, 12:24
    BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-PREZİDENTƏ MÜRACİƏT
  • Dünən, 11:01
    Leysan Məmmədovun Tikinti və İdarəetmə Xidməti araşdırılır? – Maraqlı faktlar
  • 12-05-2026, 18:28
    Maştağada bəzi küçələrdə çömçəquyruqlar "at oynadır" - VİDEO
  • 12-05-2026, 18:18
    Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı
  • 12-05-2026, 17:58
    AYNA-nın "islahat" tələsi: Məhdudiyyət var, bəs alternativ haradadır? - BELƏ DAVAM EDƏRSƏ...
  • 12-05-2026, 17:18
    “690 manat ödədik, müayinəni həkim yox, köməkçisi etdi” - Mərkəzi Klinikadan ŞİKAYƏT
  • 12-05-2026, 16:43
    Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə