• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ziya Kazımovun ailəsi Ali məhkəməyə xasiyyətnamə göndərilməsi üçün Kərim Vəliyevə müraciət etdi

Gündəm / Araşdırma

14-06-2024, 14:08

Ziya Kazımovun ailəsi Ali məhkəməyə xasiyyətnamə göndərilməsi üçün Kərim Vəliyevə müraciət etdi


44 günlük “Vətən müharibəsi”, “Lokal Antiterror” əməliyyatları iştirakçısı, müharibə veteranı polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlunun həyat yoldaşı Gülməmmədova Ülkər Bəhruz qızı Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərəm Vəliyevə müraciət edib.

Qaynarinfo xəbər verir ki, zabitin həyat yoldaşı müraciətində Ali məhkəməyə Z.Kazımovun onun qüsursuz hərbi xidmətləri ilə bağlı xasiyyətnaməsini göndərilməsini xahiş edib:

“Mənim həyat yoldaşım polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlu 23.08.2001-ci il tarixindən Azərbaycan Ordusu sıralarında qüsursuz xidmət edir. Qüsursuz xidmətlərinin göstəricisi olaraq Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrləri ilə 2012-ci il tarixində “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalı ilə, 2-17-ci il tarixində “Qüsursuz Xidmətə Görə” 2-ci dərəcəli medalı ilə, 2023-cü il tarixində “Qüsursuz Xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif olunub. Müdafiə Nazirliyinin tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə, 2-ci Ordu Korpusunun snayper bölməsində, kəşfiyyat taborunda, əməliyyat taborunda, komando bölməsində fərqlənmə ilə xidmət edib. Vətənə 23 illik xidməti dövründə əmr və tapşırıqları layiqincə yerinə yetirdiyi üçün Müzəffər Ali Baş Komandanımız, Sizin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabit heyəti tərəfindən dəfələrlə təşəkkür, fəxri fərman, qiymətli hədiyyə və medallarla təltif olunub.

Müdafiə nazirinin 26 iyun 2020-ci il tarixli əmri ilə “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

2006-2015-ci il tarixlərində xüsusi təyinatlı müxtəlif növ məxfi tapşırıqları yerinə yetirib.

2016-cı il tarixində Aprel döyüşlərində iştirak edib.

2016-2018-ci il tarixlərində müxtəlif snayper tapşırıqlarını yerinə yetirib.

2020-ci il 44 günlük Vətən müharibəsində iştirak edərək düşmənin 30 il ərzində möhkəmləndirdiyi “Ohanyan” səddini ilk yaran hərbi hissənin komandiridir. Səddin yarılmasını və ilk düşmən mövqeyinin geri alınmasını mənim həyat yoldaşım məruzə edib. Müzəffər Ali Baş Komandanımızın “İRƏLİ” əmri ilə 2-ci Ordu Korpusunun komandiri general-leytenant Mayis Bərxudarovun, Milli Qəhrəman şəhid polkovnik Şükür Həmidovun sərəncamında “Lələ-İllah” dağının qarşısındakı və solundakı mövqe və yüksəklikləri, düşmənin Araz çayı boyunca möhkəmləndirdiyi ön xətt mövqelərini, həmçinin digər hərbi hissələrin köməyinə gedərək kənd Horadiz və Nüzgar kəndləri istiqamətində Ordumuzun hərəkətini 6 gün ərzində məhdudlaşdıran düşmənin 1-ci və 2-ci eşalonda yerləşən ardıcıl 3 mövqeyini bir günə darmadağın edərək hücumu davam etdirib.

Mehdili, Koroğlu, Şeybey, Qıycaq, Daşkəsən, Balyand kənlərinin və Cəbrayıl rayonunun işğaldan azad olanması uğrunda döyüşüb.

Qaranollu, Yuxarı Güzlək, Qarazıllı, Xatınbulaq, Mollavəlili, Qarabazar, Yuxarı və Aşağı Rafadanlı, Yal Pirəhmədi, Xələfşə kəndlərini, Şabandağ, İlandağ və digər yüksəklikləri öz hərbi hissəsi olan əməliyyat taboru ilə düşməndən təmizləyərək işğaldan azad edib.

Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzulu magistral yolunu düşməndən azad edərək ələ keçirib, bununla da düşmənin bir istiqamətdə irəliləməsini tamamilə dayandıraraq Hadrutun düşməndən təmizlənməsində, işğaldan azad olunmasında uğrunda döyüşüb.

Kürdlər, Gecəgözlü, Ayıbasan, Seyidəhmədli kəndlərində gedən döyüşlərdə və düşməndən təmizlənməsində iştirak edərək, Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşüb.

27.20.2020-ci il tarixindən Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin sərəncamında, “Vətən Müharibəsi Qəhrəmanı” general-mayor Zaur Cavanşir, “Vətən Müharibəsi Qəhrəmanı” general-mayor Kənan Seyidovun əmrləri ilə Xocavənd rayonunun Tuğ, Meçtaxlar kəndindən keçməklə Şuşa istiqamətində, meşə və dağ yollarından hərəkət edərək Çanaxçı, Dəmirçilər, Siqnax kəndlərinin, Şuşakənd istiqamətində yüksəkliklərin ələ keçirilməsi və işğaldan azad edilməsi uğrunda döyüşməklə düşmənin diqqətini öz üzərinə çəkərək XTQ-nin Şuşaya girməsinə şərait yaratmışlar. Şuşa istiqamətində hərəkət edən əməliyyat qrupları digər hərbi hissələrlə birlikdə Şuşaya daxil olaraq qələbə qazanılıb.

44 günlük Vətən müharibəsi zamanı beş dəfə yaralansa da, yanlız ikisində döyüşçülər tərəfindən yaralı halda hospitala döyüş sahəsindən təxliyyə olunmuş, hospitalda ayıldığı zaman uzunmüddətli müalicəni qəbul etməyib döyüşə qayıdaraq döyüşmüşdür. Digər 3 (üç) yaralanmada döyüş sahəsini tərk etməyib.

Vətən müharibəsi zamanı verilən döyüş tapşırıqlarının yerinə yetirilməsi və iştirakı nəzərə alınaraq 30.09.2021-ci tarixində 212 nömrəli hərbi hissənin komandiri general-leytenant Mais Bərxudarov tərəfindən “Şuşa uğrunda”, Cəbrayıl”, “Xocavənd”, “Füzuli” rayonlarının azad edilməsi, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Şücaətə görə” medalları və “Rəşadət” ordeninə layiq görülüb.

Bununla bağlı müqafiq sənədlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsi üçün hazırlanmış və 212 nömrəli hərbi hissəyə təqdim edilib.

19 sentyabr 2023-cü il tarixində “Lokal Antiterror” əməliyyatında öz komanda taboru ilə Qırmızıbazar, Xankəndi yolunu bağlayaraq Xocalı istiqamətində döyüşüb. Altıncı dəfə burada yaralanıb, lakin yenə də döyüş sahəsini tərk etməyərək döyüşə davam edib. Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşən həyat yoldaşım Vətən müharibəsində olduğu kimi “Lokal Antiterror” əməliyyatlarında da ordenə layiq görülmüşdür. İkincə dəfə fərqli ordenə layiq görülməsi münasibətilə hazırlanmış sənədlər 212 nömrəli hərbi hissəyə təqdim edilib. Lakin uzun müddət təltif olunacağını gözləsək də, bu günə qədər “Müharibə iştirakçısı” medalı xaric, heç bir medal və ordenlə təltif edilməyib.

Bu qədər gözəl, çətin və şərəfli döyüş yolu keçən XTQ mənsubu, snayper, paraşüt-desantçısı, kəşfiyyatçı, komando olan bir Azərbaycan zabiti, müharibə veteranı həyat yoldaşım polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlunun tabeliyinizdə ola-ola günahsız olduğunu bildiyiniz halda, tutulmasına göz yumulub, hazırda məhkum həyatı yaşamasına laqeyd qalmısınız.

Nə Sumqayıtda keçirilən Bakı Hərbi Məhkəməsində, nə də Apelyasiya məhkəməsində Müdafiə Nazirliyi və Siz tərəfdən heç bir köməklik edilməyib. Belə bir döyüş yolu keçən zabitə kömək etməyib, kimə edəcəksiniz? O, xidməti ilə bağlı hara getsə, bizim ailə də ora yerləşib. Axırıncı xidmət yeri Hadrut olub. Mən indi himayəmdə olan iki azyaşlı uşaqla hazırda Beyləqan rayonunda kirayə evdə qalıram. Oğlum Metexaqan 2023-cü ildə keçirdiyi əməliyyatla bağlı hərəkət məhdudluğu var. 23 il ev-eşik üzü görməyən, Vətəni üçün canından-qanından, ailəsindən keçən döyüşçü indi məhkum həyatı yaşayır. Sizdən mənim həyat yoldaşımın, Şanlı Azərbaycan Ordusunun zəfər çalmış zabitinə əlinizdən gələn köməklik etmənizi, günahsız olaraq məhrum olunduğu işdə bəraət almasına və ya işinin yüngülləşdirilməsinə köməklik etməyinizi, bu işi nəzarətə götürməyinizi və onun hərbi xidmətləri ilə bağlı xasiyyətnaməsini Ali məhkəməyə göndərməyinizi xahiş edirəm”

Oxunub: 4 884
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

22-04-2024, 22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

Gündəm / Araşdırma

13-03-2024, 17:58

Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün

Gündəm / Siyasət

11-03-2024, 13:21

Daxili Qoşunların bir qrup hərbçisi təltif edildi - Siyahı

Gündəm / Siyasət

16-02-2024, 15:27

Hökumətin yeni tərkibi təsdiqləndi - Siyahı

Gündəm / Cəmiyyət

16-01-2024, 16:59

Ziya Kazımov nazirliklə ÜZ-ÜZƏ... - TƏFƏRRÜAT

Gündəm / Araşdırma

28-12-2023, 22:45

GENERAL BƏKİR ORUCOV VƏ DİGƏRLƏRİNƏ HÖKM OXUNDU - "Tərtər işi”

Gündəm / İqtisadiyyat

7-11-2023, 19:33

Prezidentin mükafatlandırdığı hərbçilərin sayı məlum oldu

---

8-09-2023, 14:42

Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət - "Arazqırağındakı düşmən mövqelərini darmadağın etmişəm"

Gündəm / Araşdırma

29-08-2023, 19:46

Barat Yusubov NİYƏ CƏZALANMIR? - AXI NİYƏ?!

Gündəm / Araşdırma

7-08-2023, 15:28

"Yeni Klinika"dan kütləvi ixtisarların İLGİNC SƏBƏBLƏRİ - Mühafizə rəisi vəzifəsindən niyə imtina edib?

Gündəm / Siyasət

19-07-2023, 16:54

İlham Əliyev onları təltif etdi - SİYAHI

Gündəm / Araşdırma

7-07-2023, 17:00

Bir general, 22 polkovnik, 38 polkovnik-leytenant, 14 mayor... - Komisarlıqlar birləşdirilir (SİYAHI)

Gündəm / Cəmiyyət

3-07-2023, 19:10

Rövşən Tağıyev polkovnik-leytenant rütbəsi aldı

Gündəm / Cəmiyyət

30-05-2023, 13:01

Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi

Gündəm / Siyasət

8-05-2023, 18:58

Zakir Həsənov türkiyəli rektorla görüşdü - FOTO

Araşdırma
AzTU-dan yarım milyonluq TENDER: Şam yeməkləri, qala gecələri və avia biletlər... - TƏFƏRRÜAT
Bu il işdən çıxarılan və yüksək vəzifəyə təyin olunan məmurlar - SİYAHI
İcra başçısının müavini işdən çıxdı - ƏMR
Salyanda “üstü bəzək, altı təzək“ olan körpü - VİDEO
“Mərcan” broyler qaynalıdıqdan sonra….-Video
İlk işi Saleh Məmmədovun qudasını işdən çıxarmaq oldu - Foto
Hadisə
Bu gün, 09:30
Şərurda avtomobil "TIR"la toqquşub, xəsarət alanlar var
8-02-2026, 11:01
Narkotik çəkib maşın sürürdü - Həbs edildi
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
5-02-2026, 14:15
Azərbaycanda 7 yaşlı uşaq bıçaqlandı - DƏHŞƏT
4-02-2026, 14:42
10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı
4-02-2026, 14:20
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb
Son xəbərlər
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 13:00
    Kuril adaları yaxınlığında 5,3 bal gücündə zəlzələ qeydə alınıb
  • Bu gün, 12:30
    ABŞ və Çin razılaşdırılmış ticarət müqaviləsinin müddətini uzatmağa hazırdırlar
  • Bu gün, 12:00
    Nümayəndələr Palatası Trampın Kanadaya tətbiq etdiyi tariflərə qarşı çıxıb
  • Bu gün, 11:30
    Avropol saxta 1,2 milyard avro ələ keçirib
  • Bu gün, 11:00
    Pakistan yeni ballistik raketini təqdim edib
  • Bu gün, 10:30
    Günün qoroskopu: Bu gün sizdə sakit, amma güclü bir dərinlik var
  • Bu gün, 10:00
    ABŞ qoşunları Suriyadakı Ət-Tanf hərbi bazasını tərk edib
  • Bu gün, 09:30
    Şərurda avtomobil "TIR"la toqquşub, xəsarət alanlar var
  • Bu gün, 09:00
    Saqqız udmaq təhlükəlidirmi?
  • Bu gün, 08:30
    “Müharibə yaya qədər başa çata bilər”
  • Dünən, 18:32
    Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi
  • Dünən, 18:06
    Rektor Yusif Yusibova qarşı ağır ittihamlar - İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları
  • Dünən, 17:41
    AzTU-dan yarım milyonluq TENDER: Şam yeməkləri, qala gecələri və avia biletlər... - TƏFƏRRÜAT
  • Dünən, 17:12
    Bu il işdən çıxarılan və yüksək vəzifəyə təyin olunan məmurlar - SİYAHI
  • Dünən, 16:54
    “Sizin liderliyiniz Cənubi Qafqaz regionunda sülhə mühüm töhfələr vermişdir”
  • Dünən, 16:26
    "İmzamı saxtalaşdırıb, 36 min yüklədilər... MƏHKƏMƏ GÖZ YUMDU" - BU NƏDİ BELƏ?..
  • Dünən, 15:58
    İcra başçısının müavini işdən çıxdı - ƏMR
  • Dünən, 15:19
    Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə…
  • Dünən, 14:16
    Direktorsuz məktəblər- Emin Əmrullayevin bəlli olmayan yol xəritəsi...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə