• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Observatoriyanın rəhbərliyi xalqa necə xidmət edir? – Qurumun İdarə Heyəti üzvünün sürücüsünün şok iddiaları

Gündəm / Cəmiyyət

26-07-2024, 12:52

Milli Observatoriyanın rəhbərliyi xalqa necə xidmət edir? – Qurumun İdarə Heyəti üzvünün sürücüsünün şok iddiaları

Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılıb. Milli Observatoriyanın təyinatı əmək bazarı və sosial müdafiə sahələrində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanması və həyata keçirilməsidir. Əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi kimi strateji sahələr də bu qurumun funksiyaları arasındadır. Bir sözlə, Milli Observatoriya xalqa daha optimal xidmət etmək üçün yaradılıb.

Ovqat.com-un əldə etdiyi bir material isə tamamilə başqa mətləblərdən xəbər verir.

Belə ki, Milli Observatoriyada 6 il sürücü işləmış Qarabağ qazisi Şərifov Elmar Vüqar oğlunun Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri cənab Kərəm Həsənova yazdığı məktubda qurumu idarə edənlərin əhli-kef adamlar olduğundan bəhs olunur. Şikayətçinin iddiasına görə, Milli Observatoriyanın İdarə Heyətinin üzvü Hasil Vasif oğlu Abbasov onu sözün həqiqi mənasında qul kimi işlədib, dövlətin avtomobilini və yanacağını, habelə işçiləri şəxsi məqsədləri üçün istismar edib.
Milli Observatoriyanın rəhbərliyi xalqa necə xidmət edir? – Qurumun İdarə Heyəti üzvünün sürücüsünün şok iddiaları

“...Əmək müqaviləsinə əsasən iş vaxtım 18.30-da bitməli olduğu halda alkoqolik, yüngül və melanxolik həyat tərzi keçirən Hasil Abbasov demək olar ki, hər gün gecə saat 2-4 radələrində mənə zəng edir, içkili olduğunu, idarənin avtomobili ilə gəlib onu götürməli olduğumu deyir, mən də məcburiyyət qarşısında qalıb onu adətən barlardan, kafelərdən, restoranlardan götürməli olurdum. Bəzi hallarda isə, idarənin avtomobilini özü ilə bara, kafeyə və s. apardığından, gecə saat 2-4 radələrində ictimai nəqliyyat işləmədiyindən öz vəsaitim hesabına taksi ilə onun olduğu “meyxanaya” gedib “şərab əhlini” evinə gətirməli olurdum. Gün ərzində demək olar ki, söhbət etməkdən, yutubda müxtəlif filmlərə baxmaqdan və siqaret çəkməkdən başqa heç bir iş görmədiyi halda əsassız olaraq 10 min manata yaxın maaş alan Hasil Abbasov ən azından cibindən çıxarıb heç taksi pulumu da ödəmirdi. Bəzi hallarda isə gecə saat 3-4-də restoranlarda yeyib-içib idarəyə məxsus avtomobilin açarlarını “parkovşik”ə verib, mənə zəng edib avtomobili Neftçilər ərazisindən götürməyi tapşırırdı. Beləcə gecəm gündüzə, gündüzüm gecəyə qarışmışdı. İdarəyə, dövlətə can yandırmaqdan ağız dolusu populistcəsinə danışan Hasil Abbasov dövlət idarəsinin sürücüsünü, dövlətin avtomobilini, yanacağını şəxsi əyyaş məqsədləri üçün istismar edirdi. Gecələrlə yanaşı, gündüzlər də Hasil Abbasov istismarçılığını davam etdirir, məni nəinki iş saatlarından sonra, iş saatlarında da müxtəlif şəxsi məqsədləri üçün (ailəsini hardansa götürmək, uşağı məktəbdən götürmək, ona aid nəyisə hardasan almaq və s.) istismar etməkdə idi.

Bütün bunlarla kifayətlənməyən Hasil Abbasov qeyri-iş günlərində, şənbə, bazar günləri də məni və dövlətin avtomobilini şəxsi məqsədləri üçün istismar edirdi. Həftə içi onu gecə saatlarında “meyxanalardan” götürməkdən yuxu rejimim və sağlamlığım o qədər pozulmuşdu ki, bir şənbə günü məhz onun tapşırığı ilə, yenə də onun şəxsi işlərini icra etmək üçün gedəndə 20 Yanvar dairəsi adlanan ərazidə yorğunluqdan qəza törətdim və H.Abbasovun tələbi ilə öz vəsaitim hesabına təxminən 400 manat xərc çəkərək avtomobili təmir etdirdim. Danışanda vicdandan pafoslu cümlələr quran H.Abbasov isə 1 qəpik də olsa mənə kömək etmədi və mən borc-xərc hesabına, maddi-məişət şəraitim (daha doğrusu şəraitsizliyimin) acınacaqlı olmasına və kirayədə yaşamağıma baxmayaraq avtomobili özüm təmir etdirməli oldum.
Milli Observatoriyanın rəhbərliyi xalqa necə xidmət edir? – Qurumun İdarə Heyəti üzvünün sürücüsünün şok iddiaları

Təbii ki, bütün bunları Hasil Abbasov Milli Observatoriyanın İdarə Heyətinin sədri Səfərli Elnur Novruz oğlunun və onun himayəçisi Nazirliyin Strateji planlaşdırma şöbəsinin müdir müavini Rəşad Zalovun, həmçinin həmin şöbənin müdiri Əliyev Sadiq Cabir oğlunun himayəsi ilə edirdi. Çünki, idarənin digər sürücüsü də idarənin işlərindən daha çox Rəşad Zalovun uşağını məktəbə aparıb gətirməklə məşğul idi”, - Kərəm Həsənova yazılan məktubda belə deyilir.

Şikayətin aktuallığını nəzərə alıb sürücü Şərifov Elmar Vüqar oğlunun məktubunu olduğu kimi dərc edirik.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri cənab Kərəm Həsənova

Qarabağ müharibəsi veteranı, Şabran rayonu, Çölquşçu kəndində yaşayan Şərifov Elmar Vüqar oğlu tərəfindən

Tel: (055) 640 08 40
Milli Observatoriyanın rəhbərliyi xalqa necə xidmət edir? – Qurumun İdarə Heyəti üzvünün sürücüsünün şok iddiaları

ŞİKAYƏT

Məmur özbaşınalığı haqqında

Bildirirəm ki, mən Şərifov Elmar Vüqar oğlu 6 ildən artıq Silahlı Qüvvələrimizin tərkibində (DQ) MAXE (Müddətdən artıq hərbi qulluqçu) kimi qüsursuz hərbi xidmət etmiş, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qalib ordumuzun tərkibində Füzulinin, Cəbrayılın, Hadrutun və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, rəşadətli döyüş yolu keçmiş hərbçiyəm.

Şuşadan ordu sıralarından xidmət müddətimin başa çatması ilə əlaqədar tərxis olunduqdan sonra mülki həyatda ailəmi dolandırmaq və halal zəhmətimlə dolanışığımı təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada idarənin sürücüsü kimi əmək fəaliyyətinə başladım. İşə başlayarkən işlə təmin olunmağıma sevinsəm də bu sevincim uzun çəkmədi və “qara günlər”imin məhz bundan sonra başladığını anladım.

Açığı, müharibədə döyüşərkən, elə bilirdim ki, dövlətimizin və xalqımızın düşmənləri təkcə cəbhənin o tərəfində, önümüzdəki erməni separatçılarıdır. Lakin bu qurumda işə başladıqdan sonra anladım ki, xalqımızın əsl və ən məkrli düşmənləri elə arxa cəbhədə, mülki həyatda imiş.
Milli Observatoriyanın rəhbərliyi xalqa necə xidmət edir? – Qurumun İdarə Heyəti üzvünün sürücüsünün şok iddiaları

Belə ki, İdarənin əməkdaşlarını iş saatlarında xidməti zərurətlə bağlı DOST-5 və digər inzibati binalara aparıb-gətirmək üçün istifadəmə idarənin balansında olan Mersedes E class 90-AO-790 dövlət nömrə nişanlı avtomobil təhkim edilsə də, Milli Observatoriyanın (əslində antiMilli) İdarə Heyətinin üzvü Hasil Vasif oğlu Abbasov məni sözün həqiqi mənasında qul kimi işlətməyə, dövlətin avtomobilini və yanacağını, habelə məni şəxsi məqsədləri üçün istismar etməyə başladı. Belə ki, əmək müqaviləsinə əsasən iş vaxtım 18.30-da bitməli olduğu halda alkoqolik, yüngül və melanxolik həyat tərzi keçirən Hasil Abbasov demək olar ki, hər gün gecə saat 2-4 radələrində mənə zəng edir, içkili olduğunu, idarənin avtomobili ilə gəlib onu götürməli olduğumu deyir, mən də məcburiyyət qarşısında qalıb onu adətən barlardan, kafelərdən, restoranlardan götürməli olurdum. Bəzi hallarda isə, idarənin avtomobilini özü ilə bara, kafeyə və s. apardığından, gecə saat 2-4 radələrində ictimai nəqliyyat işləmədiyindən öz vəsaitim hesabına taksi ilə onun olduğu “meyxanaya” gedib “şərab əhlini” evinə gətirməli olurdum. Gün ərzində demək olar ki, söhbət etməkdən, yutubda müxtəlif filmlərə baxmaqdan və siqaret çəkməkdən başqa heç bir iş görmədiyi halda əsassız olaraq 10 min manata yaxın maaş alan Hasil Abbasov ən azından cibindən çıxarıb heç taksi pulumu da ödəmirdi. Bəzi hallarda isə gecə saat 3-4-də restoranlarda yeyib-içib idarəyə məxsus avtomobilin açarlarını “parkovşik”ə verib, mənə zəng edib avtomobili Neftçilər ərazisindən götürməyi tapşırırdı. Beləcə gecəm gündüzə, gündüzüm gecəyə qarışmışdı. İdarəyə, dövlətə can yandırmaqdan ağız dolusu populistcəsinə danışan Hasil Abbasov dövlət idarəsinin sürücüsünü, dövlətin avtomobilini, yanacağını şəxsi əyyaş məqsədləri üçün istismar edirdi. Gecələrlə yanaşı, gündüzlər də Hasil Abbasov istismarçılığını davam etdirir, məni nəinki iş saatlarından sonra, iş saatlarında da müxtəlif şəxsi məqsədləri üçün (ailəsini hardansa götürmək, uşağı məktəbdən götürmək, ona aid nəyisə hardasan almaq və s.) istismar etməkdə idi. Ovqat

Oxunub: 9 472
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

24-07-2024, 12:25

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada NƏLƏR BAŞ VERİR - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

22-07-2024, 08:55

Bu gün Milli Mətbuat Günümüzdür

Gündəm / Cəmiyyət

2-05-2024, 12:53

Qazi Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi qarşısında üsyan etdi VİDEO

Gündəm / Araşdırma

26-04-2024, 13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Gündəm / Cəmiyyət

24-04-2024, 19:51

Azərbaycanda yeni kollec yaradıldı

Gündəm / Cəmiyyət

11-04-2024, 15:25

Nazir mərkəz direktorlarını dəyişdi - Bu xanımlara da vəzifə verdi

Cəmiyyət

7-11-2023, 11:23

Bu şəxslərin maaşlarının artırılması TƏKLİF EDİLİR

Gündəm / Cəmiyyət

6-10-2023, 11:27

Samir Şərifov HANSI MARAĞA QULLUQ EDİR? - BU NƏDİ BELƏ?!

Gündəm / Cəmiyyət

18-09-2023, 20:49

Nazir keçmiş rəislər üçün əlavə ştat açıb: Sabiqlər necə və niyə müşavirə çevriliblər? - İLGİNC FAKTLAR

Gündəm / Siyasət

7-09-2023, 15:00

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC yaradılır

Gündəm / Siyasət

24-07-2023, 16:12

Daha bir Qarabağ Qazisi CANINA QƏSD EDİB... - FOTO

Gündəm / Cəmiyyət

22-07-2023, 10:05

Azərbaycanda Milli Mətbuat Günüdür

Cəmiyyət

14-07-2023, 20:58

İyulun pensiya ödənişi yekunlaşdı

Gündəm / Siyasət

6-06-2023, 22:11

Milli Məclisin növbədənkənar sessiyasının iclasının gündəliyi AÇIQLANDI

Gündəm / Siyasət

8-05-2023, 19:08

Milli Məclisin növbəti plenar iclasının GÜNDƏLİYİ

Araşdırma
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - ŞİKAYƏT
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bakı və Azərbaycan Yepiskopu Aleksiy (Smirnov) vətəndaşın hüquqlarının bərpası əvəzinə, əksinə olaraq vətəndaşın hüquqlarını əlindən almaq istəyir.
Fərid Əhmədov “Tubzon”u Əhəd Abdiyevə həvalə etdi - Nə dəyişəcək?
Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı –Həm də qanunu pozmaq yolu ilə
“Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
Hadisə
10-05-2026, 12:00
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
30-04-2026, 15:58
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
26-04-2026, 16:00
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
26-04-2026, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
26-04-2026, 15:00
İran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
26-04-2026, 14:00
Salyanda ağır qəza: Ölən var
Son xəbərlər
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 15:46
    Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
  • Dünən, 15:20
    Peskov türk dilini necə öyrənməsindən danışdı
  • Dünən, 12:28
    4 ayda 52 min şəxs işlə təmin olunub
  • Dünən, 11:41
    Ordular hazır vəziyyətə gətirildi: ABŞ-İran savaşı hər an başlaya bilər
  • Dünən, 11:02
    İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir?
  • Dünən, 10:30
    Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
  • Dünən, 09:23
    “Azərlotereya”nın sahibi “Demirören”in KİRLİ DOSYESİ: Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
  • 15-05-2026, 18:52
    “Pearl Kids” bağçasında 4 yaşlı uşağaı psixoloji şiddət: “Uşağım qorxudan…”
  • 15-05-2026, 18:12
    114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
  • 15-05-2026, 17:27
    “Metinvest“ MMC-nin bir qrup işçisi maaşlarını ala bilmədiklərindən şikayətçidirlər - VİDEO
  • 15-05-2026, 16:54
    Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - ŞİKAYƏT
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə