• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...

Gündəm / İdman

21-11-2024, 15:24

Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...

Azərbaycan futbolu öldürülür. Metodiki, yeknəsək, anlaşılmaz nifrət və ehtiyatsızlıqla. Artıq uzun illərdir. Son zərbə, inşallah ki, hələ ölümcül deyil, İsveçdə Millətlər Liqasının qrup mərhələsinin son oyununda vuruldu. Azərbaycan millisi bu turnirdə meydan sahiblərinə 0:6 hesabı ilə məğlub olaraq səfərini “şərəflə” başa vurdu.

Prinsipcə, azarkeşlərimiz millinin məğlubiyyətinə təəccüblənməyəcək, xüsusən də hesabda daha kəskin fərqlərlə çox itkilərin şahidi olmuşuq. Amma burada məsələ başqadır. Bu fiaskodan sonra futbolçularımız, əgər belə desəm, Avropanın ən zəif komandalarının toplaşdığı bu turnirin D liqasına vəsiqəni rəsmən təmin etdilər. Razılaşın – bu hadisə hətta xalqımız üçün də “epoxaldır”.

Amma Azərbaycanın C Liqasında San-Marinonu əvəzləməsi anın kədərini daha da artırır. Deyəsən, bu idmanda biz artıq dibə çatmışıq, getməyə yer yoxdur. Amma dəqiq deməyək: kim bilir, kim bilir...

Birinci günahkar AFFA-dır

Belə acınacaqlı vəziyyətin yaranmasında günahkar kimdir? Təbii ki, birinci və əsas günahkar AFFA-dır. Ölkə futbolunun vəziyyətinə cavabdeh olan bu qurumdur. Daha doğrusu, bu, nəzəri hesablamadır. Əslində, federasiya bu işlə heç maraqlanmır və heç nəyə görə cavabdeh deyil, məsuliyyət daşımır və belə vəziyyətdə, görünür, yaxın gələcəkdə də heç nəyi dəyişmək fikrində deyil.

Aydan aya 8 Noyabr prospektindəki binanın sakinləri mütəmadi olaraq maaş alırlar ki, bunun milli komandanın nəticələrinə heç bir aidiyyəti yoxdur. Komanda uduzur, heç-heçə edir, qalib gəlir (sonuncu variant sırf hipotetik olaraq qeyd olunur) - fərqi yoxdur. Bu, nə futbol rəsmilərinin maddi təminatına, nə də mənəviyyatına təsir edir.

Uduzduq? Olsun. Nə vaxt udmuşuq ki? Onlar belə yaşayırlar. Yerli futbolu korlayan savadsızlar və nadanlar...

İkinci günahkar isə yenə də AFFA-dır

Bəli, ikinci günahkar yenə AFFA-dır. Bu illər ərzində federasiya başa düşməyib ki, ev təməldən tikilməlidir. Əgər təməl yumşaqdırsa və ya bizimki kimi ümumiyyətlə yoxdursa, bu tikintiyə nə qədər sərmayə qoysanız da, ondan yaxşı heç nə gəlməyəcək.

AFFA komandanı birtəhər tamamlamaq üçün illərdir müxtəlif ölkələrdə azərbaycanlı kökənli futbolçular axtarır. Çünki sadəcə 90 dəqiqə qaçmağa qadir olan evdə yetişdirilənlər yoxdur. Bir sözlə, federasiya bayağı saxtakarlığa, dərhal nəticəyə yönəlib. Bəzən, əvvəllər bu metod işləyirdi. Axı ildə bir dəfə hətta taxta da güllə atır. Amma bu, seçmə mərhələdə alınmadı.

Niyə? Çünki federasiya layiqli bir taxta belə, formalaşdıra bilmədi. Fernando Santuş baba nə etməli idi? Onu günahlandırmağa adamın dili də gəlmir. O, sadəcə olaraq rasional hərəkət edir. O, çox gözəl başa düşür ki, bundan sonra nə klublardan, nə də millilərdən ciddi təkliflər olacaq. Onun iş həyatı bitdi.

Bəs niyə uzaq Azərbaycanda pul qazanmasın? İş tozlu deyil, maaş ləyaqətlidir, dəmir zəmanət var: “3+1” müqaviləsi. Yaşa da! Sizdən getməyinizi xahiş edəcəklər? Olsun. O, əliboş, daha doğrusu, cibi boş getməyəcək. Beləliklə, bu, Santuş üçün məğlubiyyətsiz variantıdır.

Yenə də AFFA

Və federasiyaya işi təməldən başlamaq lazımdır. Milyon dəfə deyilib, milyon birinci dəfə xüsusi “ağıllılar” üçün təkrar edək: uşaq futbolu olmasa, bu idmanın Azərbaycanda gələcəyi yoxdur! Yaşlı nəsil çox yaxşı xatırlayır: Bakının demək olar ki, bütün həyətlərində uşaqlar top qovurdular. Və bütün yaşlarda və bütün fəsillərdə. Xüsusi örtüklərə, duşlara və ya ən gözəl toplara ehtiyac yox idi. Bütün bunlar bu idman növünə məhəbbətlə əvəz olundu.

Xeyr, təbii ki, biz hər cür şəraiti olan müasir sahələrin, meydanların əleyhinə deyilik. Amma bütün bunlar hər bir valideynin ödəyə bilməyəcəyi müəyyən bir ödənişlə təklif olunur. Amma Böyük Futbol məhz uşaq futbolu ilə başlayır. Bizdə isə uşaq futbolu yoxdur. Çünki məmurların heç biri gələcək üçün işləmək istəmir. İllərlə gözləmək istəmirlər. Onlara nəticə burada və indi lazımdır. Beləliklə, heç olmasa bir şey göstərsinlər. Məsələn, turnir planında heç kimə lazım olmayan hansısa matçda qalibiyyət...

"Sehrli" təpiyi gözləyirik

Bəs indi? Həmişə olduğu kimi, son onilliklərdə də gözləyirik və ümid edirik. Ümid edək ki, Azərbaycanda futbolu anlayan bir-iki ağıllı insan var. Onlar nəhayət uşaq futboluna sərmayə qoymağa başlayacaqlar. Ki, indi olmasa, bir neçə ildən sonra Azərbaycan futbolundan əbədi məğlub olmaq damğasını yumaq mümkün olacaq. Ümid edirik.

Amma tək ümid bu məsələdə uğur qazandıra bilməyəcək, bunu dəqiq bilirik. Güclü əl lazımdır. Və... arxadan çox güclü təpik. İndi AFFA-nın binasına sığınan, qəhvə içən, isti kabinetindən və rahat kreslosundan əl çəkməyi düşünməyən hər kəsə. Buradan başlamalıyıq. Bu, sadəcə bir zərurətdir.

Müəllif: Vüsal Əliyev AYNA.az

Oxunub: 3 996
Paylaş:
Oxşar xəbərlər

Gündəm / İdman

28-08-2024, 16:00

ÇL: “Qarabağ” bu mərhələni adlasa nə qədər qazanacaq?

Gündəm / Cəmiyyət

2-05-2024, 09:14

AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

İdman

23-03-2024, 15:21

Rövşən Nəcəf rəsmən AFFA prezidentliyinə namizəd oldu

Gündəm / İdman

15-03-2024, 23:31

"Qarabağ"a qollar vurdu, həftənin ən yaxşısı oldu

Gündəm / İdman

21-02-2024, 13:20

“Qarabağ”ın futbolçusu: İlk oyunun nəticəsi "Braqa"nı təəccübləndirmədi

Gündəm / İdman

15-12-2023, 17:49

Azərbaycan çövkən liqası keçiriləcək

İdman

8-11-2023, 19:01

“Bayer”ə qarşı həddən artıq dinamik olmalıyıq - Qurbanov

İdman

25-10-2023, 22:32

“Çox ciddi komandaya qarşı oynayacağıq” - Qurban Qurbanov

Gündəm / Cəmiyyət

17-10-2023, 19:13

Milyard dollardan çox pul qoyulan Azərbaycan futbolu niyə can verir? - Tahir Süleymanov

İdman

7-08-2023, 20:22

Millimiz biabırçı hesabla uduzdu

İdman

2-08-2023, 22:22

"Qarabağ” ÇL-də mübarizəni DAYANDIRDI

İdman

23-05-2023, 18:23

“Fənərbağça” rəsmən etiraz etdi: “Türk futbolu adına tarixi skandaldır”

İdman

17-05-2023, 07:33

“İnter” 13 ildən sonra Çempionlar Liqasının finalında

Müsahibə

3-05-2023, 16:05

Karyerasını 27 yaşında başa vuran millimizin sabiq üzvü ilə - Müsahibə

İdman

3-05-2023, 16:04

"Arsenal" azarkeşi lazer işığına görə həbs edildi

Araşdırma
Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
“Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
TƏBİB-də “Laboratoriya mafiyası” - ARAŞDIRMA
Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
ADSEA 41 milyon manatı Sumqayıtda hara xərcləyib? - Şəhər su altındadır - FOTO - VİDEO
DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
Hadisə
31-03-2026, 15:22
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
29-03-2026, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
29-03-2026, 10:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
22-03-2026, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 11:30
    Tramp: ABŞ İrana qarşı əməliyyatın əsas məqsədlərinə çatmağa yaxındır
  • Bu gün, 11:00
    Hörmüz boğazında yüzlərlə gəmi yığılıb
  • Bu gün, 10:30
    İndoneziya sahillərində güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib
  • Bu gün, 10:00
    Stress sizi necə dəyişir? - Əlamətləri və çıxış yolları
  • Bu gün, 09:30
    Günün qoroskopu: Köhnə borcları qaydaya salaraq irəli gedə bilərsiniz
  • Bu gün, 09:00
    KİV: Tramp İrana qarşı əməliyyatın bitdiyini elan etmək niyyətindədir
  • Dünən, 18:05
    Qaradağda yolu sel apardı - Belə keçirlər- AAYDA-nın yeni şefi nə düşünür?- Video
  • Dünən, 17:11
    Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
  • Dünən, 16:30
    Məzahir Pənahovun oğlu keçmiş arvadına bu sərvəti qaytaracaq – SİYAHI
  • Dünən, 15:57
    “Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
  • Dünən, 15:23
    Rəhbərlik dəyişsədə AAYDA-də "köhnə hamam köhnə tas" - Saleh Məmmədovun “3 muşketyoru” vətəndaşların əmlakına qənim kəsilib
  • Dünən, 13:46
    İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə