• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT

Siyasət

25-07-2026, 10:55

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti : Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova
Ünvan: Bakı şəhəri İstiqlaliyyət küçəsi 19
Prezident Sarayı

Surəti: Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 9

Surəti: Azərbaycan Respublikasının Ali Məhkəmənin sədri İnam Kərimova
Ünvan: Bakı şəhəri Xətai rayonu Yusif Səfərov küçəsi 26

Surəti: Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədova
Ünvan: Bakı şəhəri Xətai rayonu Yusif Səfərov küçəsi 26

Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(104)440/2025 saylı inzibati iş üzrə iddaçı İsmayılova Solmaz Abbasəli qızı (Tovuz rayonu Qovlar şəhəri M.Hüseyn küçəsi ev 40) tərəfindən (Gəncə Apellyasiya Məhkəməsində tüğyan edən özbaşınalıqlara, hakim müstəqilliyini dərəbəyliklə səhv salan, əgər hakim demək mümkündürsə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun barəsində)

Ş İ K A Y Ə T - Ə R İ Z Ə S İ

Hörmətli, cənab Prezidentim və səlahiyyət sahibləri!

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlu icraatında olan 2-1(104)-440/2025 nömrəli inzibati işdə qarşı tərəflə qeyri-prosessual ünsiyyətini, öz marağını, məkrli niyyətini, çirkin əməllərini ört-basdır etmək məqsədi üçün hətta kassasiya instansiyası məhkəməsinin qərarını, tövsiyyəsini və göstərişini heçə sayaraq, 2-1(104)-440/2025 nömrəli inzibati işin baxılma müddətini lüzumsuz, qanunsuz, əsassız təxirəsalmalarla və icraat dayandırmalarla uzadaraq mənim 83 yaşım olmasına, xəstə və ahıl olmağıma məhəl qoymadan məni məhkəmə yollarında süründürür, çürüdür, Qanunu Şah deyil Şahı Qanun sayıb “burada mənəm Bağdadda isə kor xəlifə” tezisi ilə hərəkət edib vəzifə səlahiyyətlərindən sui-istifadə edib vəzifə səlahiyyətlərini aşaraq, hakim müstəqilliyini dərəbəyliyə çevirib, hakim toxunulmazlığından şəxsi toxunulmazlıq kimi istifadə edir. Belə ki, iddiaçılar mən - İsmayılova Solmaz Abbasəli qızı və qızım - İsmayılova Məhəbbət Ziyad qızı Tovuz rayonu Qovlar bələdiyyəsinə (üçüncü şəxs İbrahimov Aydın Qasım oğluna) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu Qovlar Bələdiyyəsinin 14 dekbr 2004-cü il tarixli 82 saylı qərarının Tovuz rayonu Qovlar Bələdiyyəsinin 23 aprel 2004-cü il tarixli 21-32 və 21-33 saylı qərarlarına əsasən müvafiq olaraq İsmayılova Tacirə Ziyad qızına və İsmayılova Məhəbbət Ziyad qızına satılmış torpaq sahələri ilə bağlı hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdik. Təxminən 2 (iki) il sürən məhkəmə çəkişməsindən sonra, nəhayət ki, Gəncə İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2-1(114)-60/2021 saylı qərarı (Sədrlik edən hakim Aygül xanım İsgəndərova) ilə iddia təmin edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2-1(114)-60/2021 saylı qərarından üçüncü şəxs İbrahimov Aydın Qasım oğlu apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxdıqdan, ötürdükdən 3 gün sonra apellyasiya şikayəti versə də Gəncə Apelyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlu qanunvericiliyin təməl və prinsiplərini heçə sayaraq və pozaraq, yəni apellyasiya şikayətinin mümkünlüyünü yoxlamadan, araşdırmadan apellyasiya şikayəti üzrə inzibati işi icraata qəbul edib, inzibati iş üzrə məhkəmə baxışı iclasını 17 yanvar 2022-ci il tarixə təyin etdi. 17 yanvar 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında isə sədrlik edən hakim Əlizamin Abdullayev yenə də lüzumsuz süründürməçiliyə yol verərək, inzibati işi obyektiv araşdırıb qərar qəbul etmək əvəzinə əsassız vaxt uzatma məqsədi güdərək inzibati işin baxışını yenidən 18 mart 2022-ci il tarixə təyin etdi. 18 mart 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında isə sədrlik edən hakimin bizimlə qərəzli mövqedə olmasını tam sübut edərək əsaslandırılmış etiraz verərək, işin hakim Əlizamin Abdullayevədən alınıb başqa hakimin icraatına verilməsini xahiş etsək də bizim qanuni və əsaslı etirazımız təmin edilmədi bizim qanuni və əsaslı etirazımızı haqlı bilib qanuna uyğun sayan, tərkibdə olan digər hakim Azər Bayramovu tərkibdən kənarlaşdırıb, inzibati işə sədrlik edən hakim Əlizamin Abdullayev qarşı tərəflə qeyri-prosessual ünsiyyətini, öz marağını, məkrli niyyətini, çirkin əməllərini həyata keçirmək naminə özünün bu işin nəticəsində nə qədər maraqlı və ya şəxsi marağı olmasını nümayiş etdirərək, yuxarıda qeyd etdiklərimi heçə saymış, öz şəxs marağına xidmət etmiş və bizim qanunla qorunan hüquqlarımızı məhv etmiş və ya bizim qanunla qorunan hüquqlarımızı məhdudlaşdıraraq qanunvericiliyin təməl və prinsiplarıni kobud, ciddi pozmuş və öz şəxsi marağına və manfeyinə xidmət edən Gəncə Apellyasiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2-1(104)-99/2022 saylı qərardadı ilə (hakim Əlizamin Abdullayevin tövsiyyəsi, göstərişi, məsləhəti, öyrətməsi, bir sözlə dolayı yolla ona vəkillik etməsi nəticəsində bizim hazırkı iddiamız üzrə üçüncü şəxs olan İbrahimov Aydın Qasım oğlunun Gəncə İnzibati Məhkəməsində bizə qarşı qaldırdığı iddia üzrə 2-1(114)-1038/2022 saylı inzibati işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək) inzibati işin icraatını tam qanunsuz və əsassız, qüvvədə olan bütün qanunvericiliyin tam ziddinə olaraq dayandırmışdır. Gəncə Apellyasiya Məhkəməsinin tam qanunsuz və əsassız, qüvvədə olan bütün qanunvericiliyin tam ziddinə olan 18 mart 2022-ci il tarixli 2-1(104)-99/2022 saylı qərardadından verdiyimiz kassasiya şikayətinə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmış, obyektiv, hərtərəfli araşdırma aparıldıqdan sonra Gəncə Apelyasiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2-1(104)-99/2022 saylı qərardadının tam qanunsuz və əsassız, qüvvədə olan bütün qanunvericiliyin tam ziddinə olması qənaətinə gəlinib, sübuta yetirildiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərarı ilə tam ləğv edilmiş və inzibati iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılaraq, işə baxan hakimə inzibati işə baxıb yekun qərar qəbul etməsi tövsiyyə edilmişdir. Yenə də inzibati iş Abdullayev Əlizamin Gülzalı oğlunun icraatına verilmiş və yenə də hakim Əlizamin Abdullayevin bu işdə marağı olmasını tam sübut etməyimizə baxmayaraq Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2023-cü il tarixli 2-1(104)-12/2023 saylı qərarına əsasən üçüncü şəxs İbrahimov Aydın Qasım oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, hətta sonradan istintaqın obyektiv və hər tərəfli araşdırması nəticəsində qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli 373 nömrəli və 08 aprel 2023-cü il tarixli 287 nömrəli qərarlarla öz təsdiqini tapmayan, 80 yaşlı qoca, ahıl və xəstə qadın olmağıma baxmayaraq hakim Əlizamin Abdullayev qarşı tərəflə qeyri-prosessual ünsiyyətini, öz marağını, məkrli niyyətini, çirkin əməllərini ört-basdır etmək məqsədi üçün bizim barəmizdə təqdimat və xüsusi qərardad da qəbul etmişdir. Yekun olaraq da Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 iyun 2025ci il tarixli 2-1(102)-869/2025 saylı qərarına əsasən, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2023-cü il tarixli 2-1(104)-12/2023 saylı qərardadı ləğv edilərək, bizim verdiyim ərizə təmin edildi və iş yeni açılmış hallala bağlı icraat qaydasında baxılması üçün həmin məhkəməyə göndərildi. Həmin qərarda bizim yeni açılmış hallala bağlı qeyd etdiklərimizin əsaslı olması və həmin əsasda ərizəyə baxılması tövsiyyə edilməsinə baxmayaraq, yenə də iş hakim Əlizamin Abdullayevin icraatına verilmiş, Əlizamin Abdullayev isə eyni ssenari üzrə hərəkətlərini davam etdirməkdədir. Belə ki, Əlizamin Abdullayev kassasiya instansiyası məhkəməsinin tapşırıq və tövsiyyələrinə məhəl qoymadan hər hansı bir qərar qəbul etmədən, qanunvericilikdə ümumiyyətlə mövcud olmayan “protokolla” (qüvvədə olan bütün qanunvericiliklərdə protokolla icraatın dayandırılması nəzərdə tutulmamışdır) 17 oktyabr 2025-ci il tarixdə inzibati işin icraatını dayandırmışdır. (Ali Məhkəmənin qərarı, tapşırığı və tövsiyyəsi icrasız qalıb, məhəl qoyulmayıb, əməl edilmirsə onda Ali Məhkəmə nə üçündür? Yaxında tərəfimdən Ali Məhkəmənin statusunun ləğvi ilə bağlı aidiyyəti səlahiyyətli orqanlara təkliflə müraciət ediləcəkdir. Çünki Ali Məhkəmənin Azərbaycan Respublikası adından qəbul etdiyi qərar hakim Əlizamin Abdullayev üçün heç bir əhəmiyyətə malik olmayan bir sənəddir və yaxud bir tullanqı kağız parçası hesab olunur) Səbəb olaraq isə əvvəllər Gəncə İnzibati Məhkəməsində baxılıb xitam verilmiş və sonradan qanunsuz və əsassız olaraq hakim Tağıyeva Ruhiyə Nadim qızı tərəfindən yenidən icraata qəbul edilmiş 2-1(114)-6082/2025 nömrəli inzibati işə baxılıb yekun məhkəmə aktının qanuni qüvvəyə minməsi göstərilmişdir. Burada da maraqlı bir nüans mövcuddur ki, hakim Əlizamin Abdullayev bu icraat dayandırmadan şikayət verilə bilməməsini göstərmişdir. (Əlizamin Abdullayev əmindir ki, protokoldan şikayət verilsə onun özü üçün yaxşı nəticələrə səbəb olmayan qərar qəbul ediləcək) Gəncə İnzibati Məhkəməsinin hakimi Tağıyeva Ruhiyə Nadim qızı isə həmin inzibati iş üzrə artıq bir ilə yaxındır ki, heç bir prosessual hərəkət nümayiş etdirmir. Görünür bu da hakim Əlizamin Abdullayevin göstərişi, tapşırığı, xahişi və s. hallarla bağlıdır. Onu da qeyd edib xüsusi ilə diqqətinizə çatdırıram ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2025-ci il tarixli 1(102)-2341/2025 xüsusi qərarı ilə (Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində) qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən kobud qanun pozuntularına yol vermiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əliyev Nural Turab oğlunun, Hüseynov Salman Bilal oğlunun və Abdullayev Əlizamin Gülzalı oğlunun barəsində xüsusi qərarın çıxarılması, xüsusi qərarın apellyasiya instansiyası məhkəmələrinin hakimləri barəsində müvafiq tədbir görülməsi üçün - Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin vasitəsilə Məhkəmə-Hüquq Şurasına göndərilməsi qərara alınmışdır. (Həmin xüsusi qərarı şikayətimə əlavə edirəm). Xüsusi qərarın qəbul edilməsinə səbəb isə mənim kimi bir çox vətəndaşların məhkəmə işlərində qarşı tərəflə qeyri-prosessual ünsiyyətini, öz marağını, məkrli niyyətini, çirkin əməllərini ört-basdır etmək məqsədi üçün əsassız təxirəsalmaların, lüzumsuz vaxt uzatmaların və qanunsuz icraat dayandırmaların olması olmuşdur. Görünür Məhkəmə-Hüquq Şurası tərəfindən Abdullayev Əlizamin Gülzalı oğlunun barəsində ciddi cəza tədbiri görülmədiyi üçün o, bu cəzasızlıqdan ilhamlanıb, ruhlanaraq mənim hazırda qeyd etdiyim oyunları mənim başıma açmaqda davam edir. Mən İsmayılova Solmaz Abbasəli qızı 1944-cü ildə anadan olmaqla hazırda 83 yaşım var. Abdullayev Əlizamin Gülzalı oğlunun cızdığı ssenari üzrə getsək bu inzibati iş üzrə qəbul ediləcək yekun qərarı mənim görüb-görməycəyim sual altındadır. Çünki hazırda yaşım və səhhətim elə vəziyyətdədir ki, buna, inzibati iş üzrə yekun qərar qəbul ediləcəyinə heç mən özüm də inanmıram. Abdullayev Əlizamin Gülzalı oğlunun da qarşı tərəflə qeyriprosessual ünsiyyətini, öz marağını, məkrli niyyətini, çirkin əməllərini ört-basdır etmək məqsədi üçün ən böyük arzusu da məhs budur. Hörmətli, cənab Prezidentim və səlahiyyət sahibləri! Odur ki, yuxarıda qeyd etdiyim faktları, halları, sübutları və xüsusatları nəzərə alıb, öz şəxsi nüfuzunuzdan və səlahiyyətlərinizdən istifadə edib, 2-1(104)-440/2025 saylı inzibati işi öz xüsusi nəzarətinizə götürməyinizi, inzibati işin Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlundan alınıb həmin məhkəmədə başqa hakimin icraatına verilməsini, tez bir zamanda inzibati iş üzrə qanunvericiliyə uyğun qaydada yekun məhkəmə qərarının qəbul edilməsini və hakim Əlizamin Abdullayevin etdiyi bu özbaşınalıqlara görə barəsində intizam icraatının açılmasını təmin edilməsini Sizlərdən artıq dərəcədə xahiş edirəm. Əvvəlcədən Sizlərə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm! (Gundelikxeber.org)

İmza: 23 iyul 2026-cı il İsmayılova Solmaz Abbasəli qızı

Oxunub: 148
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Siyasət

23-06-2026, 17:41

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Gündəm / Araşdırma

2-02-2026, 18:12

Gəncə Dövlət Universitetində baş verənlər şok edir... Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Gündəm / Siyasət

21-07-2025, 18:03

Media nümayəndələri təltif edildi - Siyahı

Gündəm / Siyasət

21-06-2025, 15:40

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

11-03-2025, 11:36

Bakı laboratoriya, insanlar da təcrübə siçanı deyil: AYNA-da görünənlər

Gündəm / Cəmiyyət

6-02-2025, 10:11

Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

22-10-2024, 15:21

“MTN işi” üzrə zərərçəkən Nərimanov İcra Şöbəsini məhkəməyə verdi –yarım milyon manat kimin cibindədir?

Gündəm / Araşdırma

17-07-2024, 14:47

YAP namizədlərinin siyahısını açıqladı - Tam siyahı

Gündəm / Cəmiyyət

31-05-2024, 12:03

Qovlar şəhərinin 30 min nəfər sakininə bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir -PROBLEM

Gündəm / Araşdırma

2-04-2024, 12:17

90-100 min nəfər sakinə bir ədəd təcili-tibbi yardım maşını... - ETİRAZ VAR...

Gündəm / Araşdırma

13-09-2023, 21:03

Hakimlər Aidə Hüseyn və Raquf Qurbanov Bank of Bakunun vəkili rolunda – İnam Kərimova sensasion müraciət

Gündəm / Araşdırma

11-09-2023, 14:00

Zaur Hümmətov hakimdir, yoxsa “YeloBank”ın vəkili? – İş adamından Tovuz Rayon Məhkəməsinin hakimi ilə bağlı sensaison müraciət

Gündəm / Araşdırma

17-05-2023, 13:26

İnam Kərimovun “Cənnət Park”a düşmə həvəsi... - KTN-in ardından məhkəmələr ŞUMLANIR

Gündəm / Siyasət

6-05-2023, 21:06

Onlara Azərbaycan Prezidentinin mükafatları verildi

Araşdırma
Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb
Gəncə Dövlət Universitetiində qalmaqallar səngimir...
Rövşən Nəcəf SOCAR-ı "SÖKÜR" - Dəniz özülləri və neft boruları qanunsuz sökülür - VİDEOLAR
AYYDA-nın yarım-yapalaq qoyub qaçdığı yol - Video
 Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
Hadisə
26-07-2026, 13:00
Dənizdə batan Ümid müstəntiq işləyirmiş
26-07-2026, 10:30
Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
25-07-2026, 13:30
Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
23-07-2026, 18:00
Meyvə bağındakı hovuzda boğulub öldü
23-07-2026, 17:00
Beyləqandakı silahlı insidentlərlə bağlı istintaq bitdi
19-07-2026, 15:30
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 12:03
    Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
  • Bu gün, 11:30
    Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb
  • Bu gün, 10:29
    İnsan həyatı ilə oyun: Azadxanovun ümidinə qalan qeyri - təcili yardım
  • Bu gün, 10:01
    Həkim yazır - görün Azərbaycan səhiyyəsi nə gündədir!
  • Bu gün, 09:32
    Gəncə Dövlət Universitetiində qalmaqallar səngimir...
  • Bu gün, 09:04
    Rövşən Nəcəf SOCAR-ı "SÖKÜR" - Dəniz özülləri və neft boruları qanunsuz sökülür - VİDEOLAR
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə