"Şikayətim "Megastore" marketlər şəbəkəsinin Buzovna filialındandır... Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Kərim Kərimli adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Rəfdə endirimli qiymətə pivə göstərilməsi və endirimin 15 sentyabr tarixinə qədər keçərli olması açıq görsənir.
Kassaya yaxınlaşıb "Ozio" kartını da təqdim etdim amma məhsul mənə köhnə qiyməti olan 2.10 ilə satılmaq istəndi. Nə qədər irad bildirsəm də, rəfdəki qiymətə satmayacaqlarını dedilər..."(Dia-az)