Tehranla Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında danışıqlar aparılıb və Aİ-yə İrana qarşı hücumlarda ABŞ ilə İsrailə yardım etməmək təklif edilib.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda yerləşən beynəlxalq nümayəndəliklərin üzvləri ilə görüşdə deyib.
"Bizim Avropa ölkələri ilə danışıqlarımız çox açıqdır və biz ümid edirik ki, onlar İrana qarşı yanaşmalarına yenidən baxacaq", - Əraqçi özünün "Telegram" kanalında yazıb.
O, NATO Baş katibi Mark Rüttenin Avropa ölkələrinin ABŞ-nin İrana qarşı müharibədə iştirak etməsi ilə bağlı etirafını xatırladıb:
"O, açıq şəkildə bildirib ki, İrana hücum etmək üçün 5000-dən çox Amerika qırıcısı Avropadakı mövcud bazalardan havaya qalxıb və biz hələ də Avropa ölkələrinin İrana qarşı bu müharibədə niyə təsirli iştirak etdikləri sualına cavab verməsini gözləyirik. Bununla belə, bu ölkələrə təklifimiz İran ilə danışıqlar qurmaq, ABŞ və İsrailin yenidən müharibə qızışdırmalarında hər hansı bir şəkildə iştirak etməkdən çəkinməkdir".