• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Papaq Lounge” restoranınında qadınlar arasında dava

Gündəm / Cəmiyyət

15-07-2025, 11:04

“Papaq Lounge” restoranınında qadınlar arasında dava

Bakının Nəsimi rayonunda qadınlar arasında mübahisə dava ilə nəticələnib.

Xalq-ın əldə etdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, Vaqif prospektində yerləşən “Papaq Lounge” restoranında baş verib.
“Papaq Lounge” restoranınında qadınlar arasında dava

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Vüsalə Babayeva həmin restoranın mətbəxində iş yoldaşı Sahibə Ağayeva (ad-soyad şərti verilib – red.) ilə mübahisə edib.

Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Sahibənin baş nahiyəsinə əli ilə qəsdən bir neçə dəfə zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən V. Babayevanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, Nəsimi rayonu, Vaqif prospektində yerləşən “Papaq Lounge”da xadimə işləyir:

“Hadisə günü, təxminən saat 14:45-də iş yerində mətbəxdə olan zaman iş yoldaşım Sahibə məndən yuyucu tozun harada olmasını soruşdu. Həmin yuyucu toz mətbəxdə masanın üzərində olduğu üçün ona cavab vermədim. Ona cavab vermədiyim üçün mətbəxdən çıxan zaman dilinin altında məni təhqir etdi. Sahibənin bu təhqirindən əsəbləşərək onun arxasınca getdim və saçından tutaraq dartdım. Bu zaman Sahibə də mənim saçımdan dartdı. Bundan sonra zərərçəkmiş restorandan əşyalarını götürdü, sonra isə getdi. Mən onu vurmamışam. Məni təhqir etdiyi üçün cavab olaraq onun saçını yolmuşam. Həmin vaxt mənim də üzüm göyərib. Lakin mən heç bir yerə müraciət etməmişəm, tibbi ekspertizadan keçməmişəm”.

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, “Papaq Lounge” restoranında təmizlikçi işləyib.

İş üzrə zərərçəkmiş S. Ağayevanın sözlərinə görə, 2024-cü ilin oktyabr ayından “Papaq Lounge” restoranın da xadimə işləyir:

“Hadisə günü, təxminən saat 14:45-də işdə restoranın mətbəxində olan zaman iş yoldaşım Vüsalədən yuyucu tozun harada olmasını soruşdum. Təqsirləndirilən şəxs mənə cavab vermədi. Mən bir qədər ətrafı axtarsam da, yuyucu tozu tapa bilmədim. İşlərimi görə bilmədiyim üçün Vüsalədən bır neçə dəfə də təkrar olaraq yuyucu tozun yerini soruşdum. Buna baxmayaraq, yenə də cavab vermədi. Bunda sonra ona “mən işlərimi görməliyəm, bu təmizləyicinin yerini mənə nə üçün demirsən” deyərək etirazımı bildirdim.

Mətbəxdən çıxmaq istəyən zaman qəflətən arxadan yaxınlaşaraq sacımdan dartdı və baş nahiyəmdən əli ilə bir neçə dəfə zərbə endirdi. Daha sonra mətbəxdən çıxaraq öz əşyalarımı götürdüm və restoranı tərk etdim. Baş vermiş həmin hadisə zamanı təqsirləndirilən şəxsə heç bir fiziki zor tətbiq etməmişəm və ona hər hansı bir xəsarət yetirməmişəm. Restoranın mətbəxində heç kim olmadığı üçün həmin hadisənin şahidi heç kim olmayıb. Baş vermiş hadisə təxminən 2-3 dəqiqə davam etdi”.

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə V. Babayeva 1000 manat miqdarında cərimə cəzasına məhkum edilib.

Xalq

Oxunub: 3 108
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

3-06-2025, 16:20

“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi

Mədəniyyət

23-05-2025, 14:45

Keçmiş əri Naibə Allahverdiyevanı döydü - Həbs edildi

Gündəm / Hadisə

6-09-2024, 14:22

Tovuzdakı kütləvi davanın səbəbkarı həbsxanadan necə çıxıb? – ŞOK DETALLAR

Gündəm / Hadisə

10-06-2024, 20:40

Yevlaxda toy mərasimində gənc oğlan qətlə yetirilib - TƏFƏRRÜAT, YENİLƏNİB-2

Gündəm / Hadisə

13-02-2024, 18:48

3 ailə üzvünü öldürən şəxs TUTULDU

Gündəm / Hadisə

31-01-2024, 10:53

Bacısını yumruqla öldürən şəxsə hökm oxundu

Gündəm / Hadisə

21-12-2023, 22:57

Şamaxıda qohumlar arasında ədavət faciə ilə bitdi - Yenilənib

Cəmiyyət

1-11-2023, 08:44

Bu gün Vaqif Xaçaturyanın növbəti məhkəməsi KEÇİRİLƏCƏK

Hadisə

13-10-2023, 15:22

​Əfsanə Qalabəyli qətl törədilərkən anlaqsız olubmuş - Rəy açıqlandı

Hadisə

22-09-2023, 15:39

Ondan xəbərsiz yas mərasiminə gedən arvadına irad tutdu, qızını döydü

Gündəm / Cəmiyyət

3-08-2023, 12:58

Astarada qohumlar arasında dava: - “Dedik, nə dəniz qırağı, ayıbdır...”

Gündəm / Hadisə

25-07-2023, 08:49

Azərbaycanda qadın əri və sevgilisi ilə birlikdə içki məclisi qurdu — Gecəyarısı isə...

Mədəniyyət

6-07-2023, 14:20

Meyxanaçı restoranda qadın müğənnini döydü- Bu cəzanı aldı

Gündəm / Siyasət

23-05-2023, 16:55

Prokuror yeniyetmə idmançını qətlə yetirən şəxsə 20 il cəza istədi

Hadisə

12-05-2023, 09:31

Bakıda DƏHŞƏT: Oğul atasını öldürdü

Araşdırma
Sakinlər narahatdır, tikinti davam edir -"Qurtuluş 93"də dəmir konstruksiyalı artırma kimindir? - video
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
İcra başçısı niyə şəhid anasını dinləmək istəmir?
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Gülnarə Vəlixanlını nə birləşdirir? - …xeyli məbləğdə vəsait toplanıb
“Bravo“da kiflənmiş “Holland pendiri“ satılıb? - Müştərilərdən ard-arda şikayətlər
Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... - ƏSLİNDƏ İSƏ...
Hadisə
1-07-2026, 14:57
Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? - RƏQƏMLƏR
28-06-2026, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:22
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 12:41
    Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
  • Bu gün, 12:00
    Sakinlər narahatdır, tikinti davam edir -"Qurtuluş 93"də dəmir konstruksiyalı artırma kimindir? - video
  • Bu gün, 10:36
    Ekologiya Və Təbii Sərvətlər Naziri Rəşad İsmayılovu Kimlər və Necə aldadırlar?!
  • Bu gün, 10:02
    Burun əməliyyatından sonra xəstənin gözü çəpləşdi
  • Dünən, 19:08
    Türkiyədə 1 tondan çox narkotik vasitə aşkarlanıb, 26 nəfər həbs edilib
  • Dünən, 18:37
    Cəlilabad Peşə Təhsil Mərkəzində birmənbə üsulu ilə tender - 72 min manat bu şirkətə verildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə