• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -FOTOLAR

Gündəm / Araşdırma

26-01-2026, 10:49

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -FOTOLAR

Bu faktlar hüquq-mühafizə orqanları tərəfindən ciddi və obyektiv şəkildə araşdırılmalıdır. Əks halda, cəmiyyətdə haqlı olaraq belə bir fikir formalaşır ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qərarlarına bilərəkdən göz yumulur və bu qurum faktiki olaraq toxunulmaz elan edilib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrinin təhlili zamanı qarşımıza çıxan faktlar artıq təsadüf və ya texniki səhv kimi izah edilə bilməz. Bu faktlar QHT-lərə Dövlət Dəstəyi Agentliyində qrantların hansı prinsiplərlə bölüşdürüldüyünü, dövlət vəsaitinin necə xərcləndiyini və bu prosesdə şəxsi münasibətlərin hansı rol oynadığını açıq şəkildə ortaya qoyur.
Söhbət “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin təqdim etdiyi “Xoşbəxtlik nikahla yox – təhsillə başlayır!” adlı layihədən gedir. Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsində qalib elan edilib və ona 9 min manat dövlət vəsaiti ayrılıb.
Məsələnin mahiyyəti layihənin mövzusunun cəmiyyət üçün faydalı olub-olmamasında deyil. Əgər söhbət erkən nikahların qarşısının alınmasından, təhsilin təşviqindən gedirsə, bu, əlbəttə ki, ictimai baxımdan müsbət təşəbbüsdür. Problem ondadır ki, bu layihə onu təqdim edən QHT-nin nizamnaməsi ilə heç bir əlaqəyə malik deyil...
“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi rəsmi saytında və nizamnaməsində açıq şəkildə bəyan edir ki, təşkilatın əsas məqsədi reklam və marketinq bazarında sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. QHT öz fəaliyyət istiqamətlərini də konkret göstərir: reklam və marketinq sahəsində dövlət siyasətinin təbliği, bu sahədə müasir texnologiyaların və yanaşmaların tətbiqi, araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə maarifləndirmə işlərinin görülməsi.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -FOTOLAR

Bu sənədlərdə nə erkən nikah, nə təhsil siyasəti, nə sosial-mənəvi problemlər, nə də ailə münasibətləri ilə bağlı bir cümlə belə yoxdur. Buna baxmayaraq, bu QHT tamamilə fərqli bir mövzuda layihə hazırlayır, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təqdim edir və həmin layihə heç bir sual doğurmadan maliyyələşdirilir.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi və məsul şəxsləri hər dəfə çıxışlarında, müsahibələrində və rəsmi tədbirlərdə pafosla bildirirlər ki, layihələr ciddi şəkildə qiymətləndirilir, QHT-lərin nizamnamə məqsədlərinə uyğunluq əsas meyarlardan biridir, dövlət vəsaiti yalnız hüquqi çərçivədə xərclənir. Lakin faktlar bu bəyanatların real vəziyyətlə heç bir əlaqəsinin olmadığını göstərir.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -FOTOLAR

Əgər QHT-lərə Dövlət Dəstəyi Agentliyində layihələr doğrudan da ciddi təhlil edilirsə, bu layihə hansı əsasla müsabiqədən keçib? Əgər nizamnaməyə uyğunluq yoxlanılırsa, reklam və marketinq yönümlü bir QHT-nin sosial-ideoloji mövzuda layihəsi necə təsdiqlənib? Bu sualların cavabı yoxdur.
Daha da narahatedici məqam ondan ibarətdir ki, Ədliyyə Nazirliyi də bu prosesdə faktiki olaraq passiv mövqe tutur. Layihələr üzrə bildirişlər verilir, lakin QHT-nin nizamnaməsi ilə təqdim etdiyi layihə arasında uyğunluq yoxlanılmır. Beləliklə, iki dövlət qurumu – biri maliyyələşdirən, digəri hüquqi nəzarəti həyata keçirən qurum – eyni uyğunsuzluğa göz yumur. Bu isə artıq sistemli problemdir.
Yenixeber.org-a daxil olan məlumatlar sırasında daha maraqlısı bu QHT-nin rəhbərinin kimliyi və kimə bağlılığıdır... Rəsmi sənədlərdə QHT-nin sədri Xəyalə Mütəllimova göstərilsə də, təşkilatın faktiki təsir imkanlarının media sahəsində tanınan şəxs – “Yurd FM” və “Media FM” radiostansiyalarının rəhbəri Rüstəm Əliyevlə bağlı olduğu məlum oldu. Qeyd edək ki, həmin radioların yaradılması və fəaliyyətə başlaması da vaxtilə Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun adı ilə bağlı idi(?)
Burada diqqət çəkən daha bir məqam QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinə nəzarət edən Tural Əliyevin keçmişdə məhz “Yurd FM” radiosunda, Rüstəm Əliyevin rəhbərliyi altında çalışmasıdır. Sözsüz ki, bu fakt ayrıca götürüldükdə hüquq pozuntusu kimi qiymətləndirilə bilməz. Lakin bu əlaqələr fonunda reklam yönümlü bir QHT-nin nizamnaməsinə zidd layihəsinin problemsiz şəkildə maliyyələşdirilməsi artıq təsadüf kimi görünmür.
Burada əsas məsələ kiminsə harada işləməsi və ya kimin hansı QHT-də təmsil olunması deyil. Əsas məsələ ondan ibarətdir ki, keçmiş əlaqələr bu gün dövlət vəsaitinin bölüşdürülməsində rol oynayırmı? Əgər oynamırsa, bu qədər açıq uyğunsuzluqlar necə izah olunur?
Faktiki olaraq QHT Şurası dövründən qalma “dost-tanış”, “keçmiş iş yoldaşı”, “şəxsi əlaqə” mexanizmlərinin QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha da dərinləşdiyi müşahidə olunur. Hər il fərqli QHT-lərdə, fərqli layihələrdə eyni qanunsuzluqlar üzə çıxır. Bu isə artıq fərdi səhv deyil, idarəetmə problemidir.
Dövlət büdcəsindən ayrılan vəsait şəxsi münasibətlərin, qeyri-rəsmi əlaqələrin və nizamnaməyə zidd yanaşmaların qurbanına çevrilməməlidir. Bu, təkcə QHT sektorunun problemi deyil, dövlət idarəçiliyinin əsas prinsiplərinə ziddir.
Bu faktlar hüquq-mühafizə orqanları tərəfindən ciddi və obyektiv şəkildə araşdırılmalıdır. Əks halda, cəmiyyətdə haqlı olaraq belə bir fikir formalaşır ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qərarlarına bilərəkdən göz yumulur və bu qurum faktiki olaraq toxunulmaz elan edilib.
Bu cür yanaşma dövlətə, dövlət institutlarına və şəffaflıq prinsipinə birbaşa zərbədir.(Yenixeber.org)
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

Oxunub: 2 257
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

22-01-2026, 11:48

Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -FOTOLAR

Gündəm / Araşdırma

21-01-2026, 11:15

QHT Agentliyinin “Məlahətli Ana” seçimi -Dövlət suverenliyi necə təhlil edilir?

Gündəm / Araşdırma

16-01-2026, 18:25

Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-FOTOLAR

Gündəm / Cəmiyyət

12-01-2026, 18:00

Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-Nəzarət mexanizmi dəyişməlidir/FOTOLAR

Gündəm / Cəmiyyət

25-12-2025, 10:18

Aygün Əliyeva “ölü QHT”ni dirildib, "özəlləşdirib" -“Rəfiqə qrantları” seriyasından.../FOTOLAR

Gündəm / Araşdırma

17-12-2025, 10:17

Aygün və Sona Əliyevaları birləşdirən dəyər: “rəfiqə qrantları” seriyasından daha bir nümunə…-FOTOLAR

Gündəm / Cəmiyyət

8-12-2025, 10:50

Tikiş fabrikindən QHT-lərin Şuşa qrantına açılan yollar -Daha bir rəfiqəbazlıq nümunəsi!/FOTOLAR

Gündəm / Siyasət

8-11-2025, 13:15

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Gündəm / Araşdırma

3-10-2025, 11:33

QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi

Gündəm / Cəmiyyət

29-09-2025, 14:54

QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –ŞOK FAKTLAR

Gündəm / Cəmiyyət

14-08-2025, 10:43

QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR

Gündəm / Cəmiyyət

16-04-2025, 18:57

“Uğur 777” klinikası ilə bağlı narahatlıqlar artır: xəstələrin şikayətləri səngimir - FOTOLAR

Gündəm / Siyasət

28-11-2024, 15:04

Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar

Gündəm / Cəmiyyət

19-03-2024, 11:08

Elm və Təhsil Nazirliyinin ŞÜBHƏLİ qrant müsabiqəsi - Pullar paylanıb, ancaq…

Gündəm / Siyasət

8-11-2023, 13:23

İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar

Araşdırma
İstirahət mərkəzi yox, xəstəlik mənbəyi imiş! - GİLEY
Şeyxülislam Allahşükür Paşazadənin adını kim və nə üçün hallandırır?
Tovuz MMTİB-dən yaşıllaşdırma işləri üzrə 35 minlik satınalma
Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı - Ərazini alan sahibkar kimdir? - VİDEO
Reklam Agentliyi bələdiyyə sədrinin müavinindən mebel alır: Əsəd Əzizov kimdir?-ARAŞDIRMA
Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR
Hadisə
12-08-2026, 19:00
Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var
8-08-2026, 11:47
Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
7-08-2026, 18:30
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
5-08-2026, 14:39
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
3-08-2026, 11:17
Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video
3-08-2026, 10:45
Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü
Son xəbərlər
  • Dünən, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 13:31
    Masallının da öz SULTANI var imiş... - BU NƏDİ BELƏ?
  • Bu gün, 12:58
    Birmarketlə bağlı 150 min manatlıq iddia üzrə məhkəmə araşdırması davam edir – sahibkar bir sıra pozuntuların araşdırılmasını tələb edir
  • Bu gün, 12:16
    Zəyəmçay özü ilə zir-zibil gətirir... - Bu görüntülər gündəm oldu
  • Bu gün, 11:26
    MTK-ların hökmranlığına nə vaxt son qoyulacaq? - Su, işıq, qaz, təmirə başlamağa görə 5 min
  • Bu gün, 10:39
    İstirahət mərkəzi yox, xəstəlik mənbəyi imiş! - GİLEY
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə