• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın” - Aqil Babayevin ailəsindən müraciət

Gündəm / Cəmiyyət

Bu gün, 15:55

“Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın” - Aqil Babayevin ailəsindən müraciət

Babayev Aqil Zalış oğluna qarşı Natiq Sadıqov və onun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin planladığı cinayət nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Nağıyev küçəsi, ev 32B ünvanında törədilən cinayət hərəkətləri, həmin ünvanda bağ evimizdən külli miqdarda qızıl-zinət, külli miqdarda pul vəsaitləri və ABŞ dolları və Avro ilə müxtəlif miqdarlarda vəsaitlərinin quldurluq yolu ilə ələ keçirilməsi, Aqil Babayevə fiziki zor tətbiq etməklə onu köməksiz vəziyyətdə saxlamaqla azadlığını məhdudlaşdıraraq qanunsuz təcrid etmələri, bundan başqa hadisənin törədildiyi günün gecə saatlarında onun mobil telefonundan istifadə edərək və Aqilin adıından həyat yoldaşı ilə yazışma apararaq, etibarını süni formada qazanaraq Bakı şəhəri, Xətai rayonu, Rahim Məmmədov 1C ünvanında yerləşən mənzilə daxil olaraq xüsusi ilə külli miqdarda qızıl-zinət əşyalarını, 9 (doqquz) milyon manat pulun, 4 (dörd) yaşayış mənzilinin sənədlərini ələ keçirilməsi, eyni zamanda külli və xüsusi ilə külli miqdarda adı çəkilən yaşayış mənzilimizdən ABŞ dolları və Avronun oğurlanması, həyat yoldaşının 2 aylıq körpəsi ilə quldurluğa məruz qalması, bundan əlavə xüsusi mülkiyyəti olan “Shaurma №1” MMC-nin cinayətkar qruplaşma tərəfindən ələ keçirilməsi, habelə onların törətdikləri bu cinayətkar əməlləri ifşa edilməsinin qarşısının alınması üçün ailəsi tərəfindən ictimaiyyətə müraciət ünvanlanıb.

Aqil Babayevin oğlu Məhəmməd Babayev müraciətində yazır: “Natiq Sadıqovun başçılıq etdiyi cinayətkar dəstənin atama qarşı törətdiyi cinayət əməllərinin hələ də araşdırılmamış qaldığını bildirmək istəyirəm. Artıq beş ildən çoxdur ki, atama və ailəmizə qarşı təzyiqlər göstərilir. Bizi apardığımız mübarizədən çəkindirmək, ədalətin bərqərar olunması uğrunda səylərimizi dayandırmaq üçün dəfələrlə cəhdlər edilib. Lakin bütün bu təzyiqlərə baxmayaraq, həqiqətin üzə çıxması uğrunda mübarizəmizdən geri çəkilməmişik. Həmin cinayətkar dəstənin nəinki atama qarşı törətdiyi cinayətlər, hətta müxtəlif dövlət qurumlarını aldatmaq cəhdləri və dövlət mülklərin qanunsuz şəkildə mənimsənilməsi faktları da aşkar olunub. Cinayət əməlini törədən əsas şəxslər barəsində müvafiq orqanlarda cinayət işi belə başlanılıb. Atamın işinin düzgün araşdırıldığı halda, əminəm ki, bu cinayətkar dəstənin ictimaiyyətə məlum olmayan digər cinayətləri də üzə çıxacaq. Bundan əlavə, xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu dəstəyə rəhbərlik edən Natiq Sadıqov, Anar Aslanov və digər şəxslər cinayət işində adı hallanan, guya zərərçəkmiş qismində təqdim olunan bəzi şəxslərin törədilmiş cinayətləri etiraf etməsinə və həqiqəti açıqlamaq cəhdlərinə dəfələrlə mane olublar. Onlardan bəziləri maddi vəsaitlə şirnikləndirilib, digərlərinə isə fiziki zorakılıq tətbiq edilərək təzyiq göstərilib. Beləliklə, atama qarşı törədilmiş cinayət əməllərinin gizlədilməsinə və həqiqətin üzə çıxmasının qarşısının alınmasına kobudcasına nail olunub. Bu faktlar həmin şəxslərin yalnız bir ailənin taleyinə təsir etmədiyini, eyni zamanda cəmiyyətin təhlükəsizliyi və ədalət prinsipləri üçün nə qədər ciddi təhlükə yaratdığını göstərir. Mən bir oğul kimi atamın işinin ədalətli şəkildə araşdırılmasını, bütün cinayət əməllərinə hüquqi qiymət verilməsini və bu əməlləri törədən şəxslərin qanun qarşısında məsuliyyətə cəlb olunmasını istəyirəm”.

Aqil Babayevin anası Havanisə Babayeva da müraciətində oğluna qarşı bu cinayətləri törədən dəstənin məsuliyyətə cəlb olunmasını xahiş edir: “Bir ana olaraq mənim yeganə istəyim həqiqətin üzə çıxması, oğlumun haqqının özünə qaytarılması və ədalətin bərpa olunmasıdır. Xahiş edirəm, səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və oğlumun işi ədalətlə araşdırılsın. Natiq Sadıqov və onun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstə yalnız ailəmizə və oğlum Aqil Babayevə qarşı deyil, həmçinin müxtəlif dövlət qurumlarını və vəzifəli şəxsləri qəsdən yanlış məlumatlandırmaqla onları aldatmağa nail olmuş, saxta və təhrif edilmiş məlumatlar əsasında qərarların qəbul edilməsinə təsir göstərmişdir. Nəticədə dövlət orqanlarının resurslarından və səlahiyyətlərindən qanunsuz məqsədlər üçün istifadə edilməsinə zəmin yaradılmış, dövlətin vəsait və imkanlarına zərər vurulmuşdur. Hesab edirik ki, bu şəxslərin fəaliyyəti nəticəsində dövlət əmlakının və maliyyə vəsaitlərinin qanunsuz mənimsənilməsi, vəzifəli şəxslərin etimadından sui-istifadə edilməsi və dövlət maraqlarına zidd hərəkətlərə yol verilməsi halları da hərtərəfli araşdırılmalı, həmin əməllərin hüquqi qiyməti verilməli və təqsirkar şəxslər qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilməlidirlər”.

Cumhuriyyət.az

Oxunub: 0
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

21-06-2023, 18:49

Qurban bayramı günlərində heyvanların satışı və kəsim yerləri - SİYAHI

Gündəm / Cəmiyyət

9-10-2024, 08:34

Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları: maliyyə xəyanətindən sənəd saxtalaşdırılmasınadək

Gündəm / Cəmiyyət

14-11-2024, 11:16

“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin işində DTX araşdırması!

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

19-10-2024, 21:55

Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:maliyyə xəyanətindən sənəd saxtalaşdırılmasınadək

Gündəm / Cəmiyyət

26-12-2024, 09:36

Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə

Gündəm / Siyasət

21-12-2023, 22:01

Tarixi günün ən yaddaqalan - Fotoları

Araşdırma

22-07-2023, 18:17

Bakı Apellyasiya Məhkəməsininn hakimi İTTİHAM OLUNUR... - İLGİNC

Gündəm / Araşdırma

3-04-2024, 20:31

Nazirlər Kabinetinin vəzifəli şəxsi ilə “Göyçay-Şərab” ASC arasında MƏHKƏMƏ qalmaqalı - İLGİNC İDDİALAR...

Gündəm / Siyasət

16-11-2024, 14:42

Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ

Araşdırma

22-12-2025, 15:04

“Azure Residence” sakinlərinin üsyanı: Məhkəmə qərarına baxmayaraq bina “qanunsuz idarə olunur” – istilik və su kəsilib

Gündəm / Cəmiyyət

21-01-2026, 15:00

Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı

Gündəm / Araşdırma

29-10-2024, 11:09

Aqil Babayevə qarşı saxta ittihamlar ifşa olunur: Şübhəli İttihamlar və Sübutların Yoxluğu

Gündəm / Cəmiyyət

15-07-2023, 10:24

Qara bəxtli “Yasmin”, indi də, qara hasarda – ÜZÜNTÜLÜ GÖRÜNTÜLƏR

Gündəm / Araşdırma

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
KTN-də qalmaqallı təyinata hazırlıq - Çərkəz Şirinov rəis təyin edilir
Gömrük komitəsində kadrların rəisi BAZAR AÇIB - İTTİHAM VAR...
Yağış yağsa, bu evlər çökəcək! - Masazırda biabırçı inşaatın pərdəarxası VİDEO
Sabiq deputatın şirkətinə cinayət işi açıldı: 5 milyonluq obyekti söküblər - BU NƏDİ BELƏ?..
Mənə qanundan danışan Gülər xanım, bəs öz məktəbinizdə qanun necə işləyir?
Hadisə
24-10-2026, 17:30
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
24-10-2026, 11:48
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
6-10-2026, 17:39
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
4-10-2026, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Son xəbərlər
  • 25-10-2026, 20:52
    Ömrün onillikləri
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 16:41
    GƏNCƏDƏ 55 KÜÇƏDƏ ASFALT ÖRTÜYÜ YARARSIZ VƏZİYYƏTƏ DÜŞÜB — AZƏRBAYCAN AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİ AÇIQLAMA VERMƏLİDİR!
  • Bu gün, 15:55
    “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın” - Aqil Babayevin ailəsindən müraciət
  • Bu gün, 15:05
    Lerikin İcra Hakimiyyəti “ELNUR-2” şirkəti hələ də işbirliyindədi – Hesablama Palatasının aşkarladığı pozuntulara baxmayaraq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə