ETN öz fəaliyyətini dövlətçilik prinsipləri əsasında deyil, ayrı-ayrı şəxslərin ambisiyaları, maraqları və avtoritetliyi üzərində həyata keçirir”.
Ötən həftələrdə Bakının 225 saylı məktəbində baş verən faciə ilə bağlı çəkiliş aparan jurnalistlərin döyülməsi təkcə bir cinayət hadisəsi deyildi; bufakt Elm və Təhsil Nazirliyində kommunikasiyasinın, media ilə əlaqələrin necə bərbad səviyyədə qurulmasını göz önünə sərdi.
Əslində demək üçün əsas yarandı ki və məlum oldu ki, nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzazadənin fəaliyyəti fiasko imiş. Bu yerdə“Bəyin oğurlanması” filmində rəhmətlik Səyavuş Aslanın dediyi fraza yada düşür – “8 min pul alıblar məndən, oynamaqlarına bax…”
Bir faktdan doğan 10 fakt
225 saylı məktəbdə baş verən hadisə ilə bağlı verilən açıqlama da bu fraza ilə üst-üstə düşür. Çünki dövlətin büdcəsindən media vəkommunikasiya ilə bağlı nazirliyə ayrılan vəsait çırpışdırılıb, Səbuhi Rzazadə isə nəticədə ETN nin rəhbəri Emin Əmrullayevi çətin vəziyyətə salıb.
Bu məsələlərlə bağlı jurnalist Samir Feyruzov maraqlı detallar açıqlayıb. Onun sosial media hesabında paylaşdığı məlumatlarda Səbuhi Rzazadənin nazirliyin işinə zərər vuran fəaliyyəti ifşa olunub. Az sonra təqdim edəcəyimiz nüanslar bütövlükdə onu təsdiqləyir ki, Rzazadə ən yarıtmaz mətbuat xidməti rəhbərlərindən biridir. Yəni maraqları əslində başqa xidmətlər olduğu üçün ,nazir Əmirullayevə zərər vurmaqla məşğul olduğu son hadisələrdə özünü göstərdi.
Samir Feyruzov qeyd edir: “225 saylı məktəbdə baş verən faciə və ardınca jurnalistlərə qarşı başverən fiziki zorakılıq ölkənin təhsil sistemindəki dərin böhranı bir daha ortaya çıxardı. Elm vəTəhsil Nazirliyinin rəsmi mətbu orqanı olan“Azərbaycan müəllimi” qəzetinin 28 oktyabr tarixli və “jurnalisti döymək olmaz, amma jurnalistikanın da sərhədləri var” başlıqlı rəsmi mövqeyi ictimaiyyətdə ciddi və haqlı narazılıq dalğası yaratmış oldu”.
Jurnalist bildirir ki, nazirliyin mətbu orqanının jurnalistlərin döyülməsi faktını arxa plana keçirməsi, hücuma məruz qalan media nümayəndələrini günahlandırması və dolayısı ilə hadisəyə bəraət qazandırması dövlət etikasından kənar bir mənzərə ortaya qoydu: “Bu bir daha göstərdi ki, ETN öz fəaliyyətini dövlətçilik prinsipləri əsasında deyil, ayrı-ayrı şəxslərin ambisiyaları, maraqları və avtoritetliyi üzərində həyata keçirir”.
O bəyanat necə hazırlanıb?
Feyruzovun əldə etdiyi məlumata görə, “Azərbaycan müəllimi” qəzetinin yaydığı həmin bəyanatın əsl müəllifi Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzazadədir:
“Rzazadənin nazir Əmrullayevlə birbaşa məsləhətləşmədən məlum açıqlamanı hazırlayaraq, icra üçün "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Çingiz Səfərliyə ötürdüyü bildirilir. İlkin mərhələdə nazirlik daxilində belə bir aqressiv açıqlamanın yayılmasının ziyanlı tərəfləri müzakirə edilsədə, Səbuhi Rzazadə naziri inandıra bilib ki, bu taktika quruma yönələn tənqidləri minimuma endirəcək və bütün hücumlar Məktəbəqədər və Ümumtəhsil üzrə Agentliyin direktoru Eşqi Bağırovun üzərinə yönələcək”.
Yəni Rzazadə həm Eşqi Bağırova şimşəkləri yönəldir və məsuliyyəti onun rəhbəri olduğu qurumun üzərinə qoyur, həm də guya nazirliyi bununla qorumuş olur.
Jurnalist isə bildirir ki, Rzazadənin planlaması əsasında bu hücumların Eşqi Bağırova yönləndirilməsi də təsadüf deyil, çünki onun nazir Emin Əmrullayevlə münasibətləri çox soyuqdur.
“Əmrullayevlə Bağırov arasındakı münasibətlərdə uzun müddətdir davam edən soyuqluğun dərinləşməsində məhz Rzazadənin bölücü kommunikasiya siyasəti dayanıb. Hətta bu günə qədər müxtəlif media qurumlarında və sosial şəbəkələrdə Bağırovun əleyhinə yazılan məqalələrin məhz nazirlikdən qaynaqlandığı və bu prosesin Rzazadə tərəfindən idarə edildyi qeyd olunur. Məlumatlı şəxslər bilirlər ki, həqiqətəndə Bağırov Əmrullayevin adamı kimi o vəzifəyətəyin edilməyib. Bağırovun hər üç müavini isə birbaşa nazirin adamıdır”, - deyə Feyruzov vurğulayıb.
Bağırova qarşı “Bağırov üsulu”
Onun sözlərinə görə, agentlik direktorunun əleyhinə kampaniya xarakterli materialların təşkilatlanması da bu iddiaları rəsmiləşdirir. Poses birbaşa nazirliyin ictimaiyyətlə əlaqələrvə kommunikasiya şöbəsindən idarə olunub. Jurnalist bildirib ki, Səbuhi Rzazadəninrəhbərlik etdiyi şöbəyə PR istiqaməti və mediaya əməkdaşlıq məqsədilə dövlət büdcəsindən ildə 1-1,5 milyon manat vəsait ayrılır: “Mediada öz yaxın çevrəsini əməkdaşlığa cəlb edən Rzazadə hazırda 1,5 milyon manatlıq büdcənin başında oturub. PR və media sahəsinə ildə 1,5 milyon manat vəsaitin şəffaf şəkildə xərcləndiyi sübuta yetirilə bilməz. Vəsaitlərin böyük bir hissəsi “TəhsilTV”yə yeri gəldi-gəlmədi alınan texniki avadanlıqlar vasitəsilə silinir. Bununla yanaşı, “Azərbaycan müəllimi” qəzetinin kağız vəelektorun abunə pullarına da nəzarət məhz Rzazadənin nəzarətindədir. Amma məsələ bununla bitmir və ən maraqlısı da budur. Yəqinki, bu məsələ aidiyyəti dövlət qurumlarının diqqətini cəlb etməlidir”.
Onun dediyinə görə, Rzazadə hazırda xəbər saytları almaqla məşğuldur, artıq bir neçə saytı və sosial şəbəkə hesablarını pul ödəyərək alıb: “Həmin saytların adları, hansı şantaj üsullarla ələ keçirilməsi barədə dəhşətli məlumatlar var.Rzazadə bu gün nazir Emin Əmrullayevin qərarlarına ən çox təsir edə bilən, onun üzərində ciddi manipulyasiya imkanları olan bir nömrəli şəxsə çevrilib. Bunu hər kəs bilir ki, naziri və nazirliyi ictimaiyyətdən təcrid edən məhz bu adamdır”.
Süni “zona” və nazirliyə zərər
Ancaq Feyruzov deyib ki, bu günə qədər Elm vəTəhsil Nazirliyinin müsbət imicinin qurulması, cəmiyyətdə etimad mühitinin yaradılması və strukturun real reputasiyasının yüksəldilməsi istiqamətində heç bir fundamental,sistemli iş görülməyib: “PR və kommunikasiya sahəsi mahiyyət etibarilə iflic vəziyyətindədir. Bəs 1,5 milyon manat nəyə xərclənir, ortada görünən hansı səmərəli fəaliyyət var? Bu problemin kökündə Rzazadənin nazir Əmrullayevə aşıladığı “sükut və laqeydlik” strategiyası dayanır. Təhsil sistemindəki çoxsaylı idarəçilik nöqsanları, məktəblərdəki problemlər və cəmiyyəti narahat edən neqativ hallar barədə mediada dərc olunan əsaslı tənqidi məqalələrə, ictimai etirazlara "fikir verməmək", onları sadəcə görməzdən gəlmək taktikası birbaşa şöbə müdirinin nazirə verdiyi əsas məsləhətdir. Rzazadə naziri inandırmağa çalışır ki, medianın tənqidlərinə reaksiya verməmək rəsmi qurumun üstünlüyüdür. Qurulan bu süni “zona” yalnız Rzazadənin maraqlarına xidmət edir, nəticədə nazirlik, onun strukturları, bütün əməkdaşları“sakit və laqeydlik” strategiyasının qurbanlarına çevrilirlər. Bütün bunlar ona görə baş verir ki, Rzazadə naziri arxayınlaşdıraraq, pulunu qazansın…”
Rzazadənin rəzaləti
Göründüyü kimi, Səbuhi Rzazadə şəxsi maraqlarını üstün tutaraq nazirliyin media ilə kommunikasiya işini iflic vəziyyətə salıb. Onun“faktlara susaq, başımız sakit olsun, pulumuzu qazanaq” yanaşması bir tərəfdən ETN-nin mətbuatla əlaqələrini darmadağın edib, bir yandan Əmirullayevlə Bağırov arasında qarşıdurma prosesinə çevrilib.
Son hadisə də bu yarıtmaz fəaliyyətin üzə çıxması idi. Rzazadə məktəbdəki hadisə ilə bağlı açıqlamanı özbaşına şəkildə hazırladaraq agentliyin yaymasına təhrik edir. Ümumiyyətlə, dövlət orqanlarının mətbuat xidmətləri arasında media ilə bərbad işləyənlər az deyil. Onlardan biri və ya birincisi elə Səbuhi Rzazadənin rəhbəri olduğu şöbədir. Bu fəaliyyət isə ilk növbədə nazirin media ilə kommunikasiya problemlərinə səbəb olur.
Nazirə zərbə və sovrulan pullar
Onun bundan öncə işlədiyi yerlərdə də fəaliyyəti effektiv olmayıb. Əksinə, intriqalara yol açıb. Elm və Təhsil Nazirliyi isə cəmiyyətlə hər gün təmas olan bir strukturdur, sosial-humanitar sahədir. Yəni bu nazirlikdə ictimaiyyətlə əlaqələr və media sektoruna cavabdeh olan şəxs cəmiyyətə açıq olmalıdır, ünsiyyətdən qaçmamalı, jurnalistlərin suallarını cavablandırmalıdır, mətbuatla əməkdaşlıq etməlidir. Lakin Rzazadənin hazırladığı jurnalistin döyülməsinə az qala haqq qazandıran bəyanatı bu siyasətin tamamilə tərsidir.
Odur ki, nazir Əmirullayev də bu hadisədən sonra mətbuatla təmaslar, kommunikasiyasiya sətinə yenidən baxmalıdır. Çünki Rzazadənin yanlış yanaşması nazirin onsuzda bərbad olan imicinə, ona münasibətə təsir edir. Eyni zamanda, bu məsələdə ciddi maxinasiyalar, yeyintilərin olduğu üzə çıxır. Feyruzovun açıqladığı məqamlar, 1,5 milyonluq vəsaitin hara xərclənməsi ilə bağlı şübhələr nazirliyin bu məsələləri təkrar nəzər yetirməsinə zəruri edir.
ARDI VAR
PS: NÖVBƏTİ YAZIMIZDA S. RZAZADƏNİN FETO QAYNAĞLARI, İŞ BİRLİYİ BARƏDƏ MƏLUMAT VERƏCƏYİK ...
NİCAT MAHMUDOV -fraksiya.az