• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Nərimanov icra hakimiyyəti də tikinti şirkətinin qanunsuz fəaliyyətlərinə göz yumur” - NARAZILIQ VAR...

Gündəm / Araşdırma

8-04-2024, 13:34

“Nərimanov icra hakimiyyəti də tikinti şirkətinin qanunsuz fəaliyyətlərinə göz yumur” - NARAZILIQ VAR...


Nərimanov rayonunda bir neçə binanı sökərək yerində çoxmənzilli bina inşa etmək istəyən “Gold məkan” MMC tikinti şirkəti ilə yerli sakinlər arasında narazılıq yaranıb. Belə ki, sözügedən şirkət artıq bir neçə aydır ki, Fətəli Xan Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində iki binanın köçürülməsinə başlayıb.

Əksər sakinlər şirkətin onlara təklif etdiyi məbləğlə razılaşmadığı üçün mənzillərini boşaltmaq istəmirlər. Bildirilir ki, köçürülən sakinlər şirkətin yaratdığı süni maneələr, təhdidlər və ərazidəki dözülməz şərait ucbatından mənzillərini tərk etməli olurlar. Bina sakinləri ərazidə söküntü işləri aparan şirkətin heç bir rəsmi qurumdan icazə almadığını da iddia edirlər. Şikayətçilər, eyni zamanda “Gold məkan” MMC-nin tikdiyi binaların keyfiyyətsiz olduğunu bildirərək, qarşı tərəfin heç bir təklifi ilə razılaşmırlar.

Bu barədə Ağa Neymətulla küçəsi 58, 58/2, 54, Faiq Yusifov küçsi 43/a nömrəli binaların sakinləri ölkə Prezidenti İlham Əliyevə və bir sıra dövlət orqanlıarının rəhbərlərinə müraciət ünvanlayıb. Müraciətin bir surətini də "AzPolitika"-ya təqdim edən sakinlər bildirirlər ki, "Gold məkan" MMC şirkəti artıq 6 aydır ki, sakinlərin narazılığına məhəl qoymadan əraizdə qanunsuz söküntü işləri aparır:"Söküntü işləri ilə əlaqədar 1 oktyabr 2023-cü il tarixdə yaşadığımız binanın önü və ətraf küçələr bağlandı. Biz 2 oktyabr tarixində Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və bir sıra digər qurumlara müraciət etdik. Dövlət Şəhərsalma Komitəsindən və FHN-dən gələn cavab məktubunda bildirildi ki, sözügedən şirkətin ərazidə tikinti-söküntü işləri aparması üçün heç bir icazəsi yoxdur. Məlum oldu ki, Bakı Şəhər İcra Hakimiyyəti bizim binamız da daxil, bu torpağı sözügedən şirkətə icarəyə verib. Lakin həmin sənəddə ərazidə tikinti-söküntü işlərinin aparılmasıyla bağlı heç bir icazə bəndi yoxdur".

Şikayətçilər bütün aidiyyatı qurumlara müraciət edilməsinə baxmayaraq, sözügedən şirkətlə bağlı heç bir tədbir görülmədiyini deyirlər. Onlar Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyətinin məsələyə adekvat münasibət bildirmədiyini, şikayətlərinə məhəl qoyulmadığını, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan məktubların heç birinə cavab verilmədiyini deyirlər.

Bina sakinləri üzləşdikləri qanunsuzluqla bağlı Bakı İnzibati Məhkəməsinə, eləcə də Nərimanov Rayon Məhkməsinə müraciət etdiklərini deyirlər:"Bakı İnzibati Məhkəməsinin hakimi Aysev Almazova haqlı tələblərimizə əhəmiyət vermədən qarşı tərəfin xeyrinə qərar çıxardı. Biz işin müvəqqəti dayandırılmasını tələb edirdik. Lakin A. Almazova bunun mümkün olmadığını bildirərək, haqlı tələbimizi rədd etdi. Daha sonra biz Nərimanov Rayon Məhkəməsinə müraciət etdik və məhkəmə martın 12-dən ərazidəki söküntü işlərinin dayandırılmasıyla bağlı qərar çıxardı. Yəni bunun üçün aylarla mübarizə aparmalı olduq. Növbəti məhkəmə prosesləri 8-9 aprel tarixlərində keçiriləcək. Ən azından bu dəfə A. Almazovanın ədalətli qərar çıxaracağına ümid edirik".

Şikayətçilər hazırda ərazidəki işlərin dayandırıldığını, lakin buna qədər "Gold məkan" MMC-nin bir sıra qanunsuz fəaliyyətlər icra etdiyini bildirirlər:"Bizim məhəllədə 26 ağacı kəsdilər. Şirkət bina sakinlərinə müxtəlif cür təhdidlərlə, hədə-qorxu yolu ilə psixoloji təzyiqlər göstərdi. İndi Bakı Şəhər İcra Hakimiyytindən nümayəndə gəlib hesabat versin ki, burada yaşayış ola-ola necə etibarsız bir şirkətə bu qədər şərait yaradılıb? Həmin icarə sənədində bir sıra bəndlər var. Qeyd olunur ki, kommunikasiyalar bağlanmamalı, həmçinin ərazidəki yaşıllığa ziyan vurulmamaldır. Burada yollar da bağlanıb, ağaclar da doğranıb".

Şikayətçilər binaları söküləcəyi təqdirdə prsosesin qanuni əsaslarla icra olunmasını tələb edirlər:"Sökülən binalar, həmçinin bizim yaşadığımız bina qəzalı vəziyyətdə deyil. İndi yavaş-yavaş o fikrə gətirib çıxarırlar ki, guya bu binalar hamısı qəzalı vəziyyətdədir və sökülməlidir. Əgər binamız söküləcəksə, müqavilə saxta olmamalıdır, notariusda rəsmi qaydada qeydə alınmalıdır. Ancaq sözügedən şirkət bununla razılaşmır. Onlar 32 ailəni razı sala bilmirlər. Hamı bu şirkətin fəaliyyətindən narazıdır".

Şikayətçilər məktubun sonunda üzləşdikləri problemlərlə bağlı aidiyyatı qurumlardan kömək istəyir, haqlı etirazlarının nəzərə alınmasını xahiş edirlər.

Qeyd edək ki, yazıda qeyd olunanlarla bağlı adı keçən dövlət qurumları, həmçinin "Gold məkan" MMC-nin də mövqeyini işıqlandırmağa hazırıq.

"AzPolitika.info"

Oxunub: 7 141
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

24-02-2024, 10:40

"Həm suçlu, həm güçlü"... - "Söküntü" etmək istəyən tikinti şirkəti “Kubinka” sakinlərini məhkəməyə verib

Gündəm / Araşdırma

20-02-2024, 09:57

Təzə də bəhanə tapılıb: evlər qəzalıymış... - ÖZBAŞINALIQ!

Gündəm / Cəmiyyət

17-02-2024, 15:49

Nizami rayonunda qanunsuz obyekt tikilir: Sakinlər şikayətçidirlər - VİDEO

Gündəm / Cəmiyyət

15-02-2024, 10:16

Bakının mərkəzində “RR Construction” ÖZBAŞINALIĞI - Dövlət vətəndaşa sahib çıxmalıdır...

Gündəm / Siyasət

7-02-2024, 12:36

“Yeni Ailə” MTK köhnə ailələrə qan uddurur... - NARAZILIQ VAR...

Gündəm / Araşdırma

19-01-2024, 17:34

Deputatın şirkəti qanunu pozsa da, cəzasızdır - “Kristal Abşeron” minlərlə sakinin hüququnu pozur

Gündəm / Cəmiyyət

28-12-2023, 10:55

Deputatın şirkəti qanunu pozsa da, cəzasızdır: "Kristal Abşeron" minlərlə sakinin hüququnu pozur

Gündəm / Araşdırma

23-12-2023, 11:09

“Parktown Residence” qanunsuz söküntü işi aparır - GİLEY

Gündəm / Araşdırma

3-11-2023, 14:08

Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...

Gündəm / Cəmiyyət

2-11-2023, 13:44

Təptəzə başçıya lap yeni problem... - Sakinlər narazılıq edir...

Gündəm / Araşdırma

28-10-2023, 09:50

Deputatın şirkəti NARAZILIQ YARADIR - ÖZBAŞINALIQ!

Gündəm / Cəmiyyət

13-10-2023, 11:22

Nərimanovun başçısı `DİŞLƏRİNİ İTİLƏYİB`... - NEÇƏ AĞAC ZAVALA GƏLƏCƏK...

Gündəm / Cəmiyyət

11-10-2023, 08:28

Nərimanovda MTK-İcra İŞBİRLİYİ: ƏZİLƏN CAMAATDIR... - AXI NİYƏ?

Araşdırma

24-08-2023, 13:02

Masazırda gölü qurudub sənədsiz evlər tikən “Gold House” icra başçısı ilə necə anlaşıb? - Dövlət qurumları qanunsuzluqları görməkdə niyə çətinlik çəkir

Gündəm / Cəmiyyət

27-07-2023, 19:32

Körpü-Bina Tikinti Qarabağa “kitayski“ yol çəkir?

Araşdırma
“Azəraqrar”da qalmaqallı təyinat - Haqqında cinayət işi açılan vəzifəyə gətirildi
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib
Kəmaləddin Qafarovun başı biznəsə qarışıb: Milli Onkologiya Mərkəzində xəstə niyə intihar edib?
"Liv Bona Dea Hospitalında o blank, yoxa çıxıb” – Nigar Köçərli
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Hadisə
30-04-2026, 15:58
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
26-04-2026, 16:00
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
26-04-2026, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
26-04-2026, 15:00
İran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
26-04-2026, 14:00
Salyanda ağır qəza: Ölən var
26-04-2026, 10:00
İmtahan günüdür
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 18:15
    “Avropanın aviaşirkətləri müflis ola bilər”
  • Dünən, 17:33
    Texnologiya Universitetinin Qida Mühəndisliyi fakültəsi Kefdə-Damaqda "Şərab məclisi "ARAQ" içildi kimdir günahkar?
  • Dünən, 16:46
    Xırdalan məktəbində iddialar dərinləşir Sənan Xəlilovun maraqları yoxsa qanunlar: yoxlamadan sonra niyə dəyişiklik olmadı?
  • Dünən, 16:05
    “Azəraqrar”da qalmaqallı təyinat - Haqqında cinayət işi açılan vəzifəyə gətirildi
  • Dünən, 15:34
    Böyrək transplantasiyası xəstələri dərmansız qalıb- 1 aydır ala bilmirlər
  • Dünən, 15:00
    BU QURUMDAKI “QOHUM ŞƏBƏKƏSİ” TƏMİZLƏNİR – Yeznəsi, əmisi oğlu, xalası oğlu…
  • Dünən, 14:22
    Sabiq gömrük rəisi Kənan Məmmədovun “Villa Badam” macərası
  • Dünən, 13:19
    Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
  • Dünən, 13:00
    Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var
  • Dünən, 12:31
    172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
  • Dünən, 11:53
    Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib
  • Dünən, 11:21
    ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə