• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hacı Qalibə qarşı şok ittihamlar - TƏFƏRRÜAT

Gündəm

30-05-2024, 15:17

Hacı Qalibə qarşı şok ittihamlar - TƏFƏRRÜAT

Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus olan villanın qapısının daşla hörülməsi ilə bağlı qalmaqal səngiməmiş “POSAT” Bağ Tikinti Kooperativinin 28 üzvü də ayağa qalxıb.

Onlar ölkə rəhbərliyindən Hacı Qalib Salahzadənin onlara məxsus 4, ümumilikdə isə 5.3 hektar bağ torpaq sahəsinin zəbtdən azad olunmasını xahiş edirlər. “Keçmiş deputat və keçmiş bələdiyyə sədri Qalib Salahzadə heç bir əsası, kötüyü olmayan bir kağızı əlinə alıb. Həmin kağızı özü Bilgəh bələdiyyəsinin sədri olarkən yazıb. Bələdiyyə sədri kimi kooperativə məxsus 4 hektar torpaq sahəsini vəfat etmiş nənəsi Kübra Camalovanın adına həyətyanı sahə kimi verib. Əlavə olaraq da 1.3 hektar torpağı da həmin 4 hektara qataraq yekun olaraq 5.3 hektarı nənəsinin adına rəsmiləşdirib. Respublikanın hansı bir yerində qoca arvada həyətyanı sahə olaraq 5.3 hektar torpaq verirlər? Məhkəmələrdə Hacı Qalibdən nənəsinin adına verdiyi sənədin kötüyünü tələb edirlər, yazır ki, Bilgəh Bələdiyyəsində yanğın olub, arxiv yanıb. Saxtakarlığı bu şəkildə ört-basdır edirlər” – bu sözləri redaksiyamıza müraciət edən “POSAT” Bağ Tikinti Kooperativinin sədri Yusif Nağıyev deyib. Onun sözlərinə görə kooperativin 28 üzvü sabiq deputat Hacı Qalib Salahzadənin onlara aid 4 hektar torpaq sahəsini zəbt etməsindən şikayətçidirlər: “Hacı Qalib Salahzadə nənəsi Kübra Camalovanın adına Bilgəh bələdiyyəsinin sənədini 2005-ci ildə çıxarıb və bizə məxsus 4 hektar ərazini də digər 1.3 hektar torpağa qataraq hasarlamaqla zəbt edib.

Halbuki həmin bağ torpaq sahəsi 5 hektar olmaqla Bakı Şəhər Xalq Deputatları Sovetinin İcrayə Komitəsinin (XDS İK) 7 may 1976-cı il tarixli 25/247 nömrəli qərarı ilə keçmiş Azərbaycan SSR Tikinti Nazirliyinə ayrılıb. Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı ilə həmin ərazinin 4 hektarı kooperativ bağların tikintisi üçün ayrılıb. Tikinti Nazirliyinin tabeliyindəki “Tikintiavtonəqliyyat” İstehsalat Birliyinin nəzdində həmin idarənin qısaldılmış abreviaturasını əks etdirən “POSAT” (Производственное Обьядинение СтройАвтоТранспорт) Bağ Tikinti Kooperativi təsis edilib və keçmiş Şaumyan (indiki Xətai rayonu) rayon XDS IK-nın 27 oktyabr 1989-cu il tarixli 81/58 nömrəli qərarı ilə həmin Kooperativ qeydiyyatdan keçib. Hacı Qalib Salahzadə ərazinin kooperativə məxsus olduğunu bildiyi halda ərazini zəbt edib. Bu gün həmin ərazi oğlu Əliabbas Salahzadənin adınadır. Cibində deputat mandatı gəzdirən Əliabbas Salahzadənin atası tərəfindən zəbt olunmuş kooperativə məxsus bağ torpaq sahəsinin adına keçirilməsi də əslində kriminaldır. Əliabbas Salahzadə gec-tez bu qanunsuzluğa görə Azərbaycan hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaq”.

“POSAT” BTK üzvləri deyiblər ki, kooperativə məxsus 4 hektar bağ torpaq sahəsinin qanunsuz olaraq zəbt olunması ilə bağlı qalaq-qalaq məhkəmə qətnamələri, qərarları var. Amma Azərbaycan dövləti adından verilən qərarlar icra olunmur, 15 ildən çoxdur ki, kooperativ üzvləri torpaq sahələrinə yaxın düşə bilmirlər: “Bu qədər göz önündə olan saxtakarlığı dövlət qurumları görmək istəmirlər. Bizə məxsus 4 hektar torpaq sahəsini və əlavə olaraq 1,3 hektar qonşu torpaq sahəsini həyətyanı torpaq sahəsi kimi Hacı Qalib Salahzadə nənəsi Kübra Camalovanın adına özəlləşdirib və sonradan oğlu Əliabbas Salahzadənin adına rəsmiləşdirib. Bu, absurd və qanuna tüpürməkdir. Çünki bələdiyyə sədrinin verdiyi sənədlərin saxtalığına və qanunsuzluğuna əmin olmaq üçün nə ekspert lazımdır, nə də məhkəmə hakimi. Vaxtilə Bilgəh bələdiyyəsinin sədri olan Fazil Rüstəmovun imzası var. Vəfat etmiş adamın adına torpaq sahəsində kadastr almamış BTİ çıxarış verib. Üzvləri olduğumuz “POSAT” Bağ Tikinti Kooperativinə 4 hektar torpaq sahəsi 1989-cu ildə ayrılıb”.

Kooperativ sədri Yusif Nağıyev deyib ki, müstəqillik dövründə 4 hektar sahəni təkrar qeydiyyatdan keçiriblər: “Bütün sənədlərimiz yerli-yerində var. Vergilər Nazirliyində təkrar qeydiyyatdan keçirmişik, Torpaq və Xəritəçəkmə Komitəsindən kadastr almışıq. Sonradan bizə məlum olub ki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeyri-qanuni olaraq, həmin torpaq sahəsinə 2010-cu ildə vəfat etmiş, mərhum Camalova Kübra Mirəbdül Hüseyn qızının adına xüsusi mülkiyyətdə olmasına dair 02.10.2013-cü il tarixdə RX seriyalı 0272020 saylı çıxarış verilib. Qalib Salahzadə nənəsinin adına olan torpağı vərəsəlik qaydasında oğlu Əliabbas Salahzadənin adına keçirib”.

Yusif Nağıyevin sözlərinə görə bundan sonra Qalib Salahzadə onların torpağa aid sənədlərini ləğv etdirmək üçün məhkəməyə müraciət edib. Lakin ilkin, apelyasiya və Ali Məhkəmə iddianın qanunsuz və əsassız olduğunu nəzərə almaqla rədd edib: “Bunu görən Qalib Salahzadə öz imkanlarından istifadə edərək, 2016-cı ildə yenidən Bakı Şəhər İcra Hakimiyyəti vasitəsilə Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli qərarının etibarsızlığına dair ikinci dəfə sərəncam qəbul etdirdi və biz yenidən həmin sərəncamı mübahisələndirmək məcburiyyətində qaldıq. Bu dəfə də məhkəmələrimiz ədalətli mövqe nümayiş etdirdi. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsinə dair iddiamız təmin olundu. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Bilgəh bələdiyyəsinə qarşı digər mübahisəmiz üzrə icraat təzələnərək, iş davam etdirildi. Məhkəmə icraatı təzələndikdə iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Qalib Salahzadə bizim başımızı digər məhkəmə çəkişmələrinə qatdığı müddətdə bizə ayrılmış torpaq sahəsinin bir hissəsini digər qohum-əqrəbasının adına rəsmiləşdirib.

Məhkəmə araşdırması zamanı alınmış sorğulardan da mübahisələndirdiyimiz qərarın nə bələdiyyənin arxivində, nə də ki, Milli Arxiv İdarəsində olmadığı müəyyən olundu. Yəni cinayət faktı aşkar edildi. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi 2018-ci ildə Bilgəh bələdiyyəsinin “vətəndaş Camalova Kübra Mirəbdül Hüseyn qızına fərdi yaşayış evinin tikintisi üçün 5,3 ha torpaq sahəsi ayrılması barədə” 22.11.2005-ci il tarixli, 041 saylı qərarının bizə ayrılmış 4,0 ha torpaq sahəsinin hüdudları daxilində etibarsızlığının tanınmasına və həmin qərarın hüquqi nəticələrinin qanunsuz sayılmasına dair qərar qəbul edib. Bundan sonra Qalib Salahzadə artıq çıxılmaz vəziyyətdə olduğunu gördüyündən, yenidən özünün və qanunvericiliyin yol verdiyi prosessual imkanlardan istifadə edir, bu dəfə artıq torpaq sahələrini adlarına rəsmiləşdirdiyi qohumlarının və onun təsiri altında olan Bilgəh bələdiyyəsinin adından müxtəlif əsassız şikayətlər, ərizələr və sairə xahişlər verərək məhkəmə baxışını, məhkəmə qərarlarının qanuni qüvvəyə minməsini yubatmağa çalışır”.

Yusif Nağıyev ölkə rəhbərliyinə, baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək Bilgəh bələdiyyəsinin Qalib Salahzadənin təsiri altında olduğunu bildirib və Bilgəh bələdiyyəsinin qanunsuzluqları ilə bağlı müvafiq araşdırma aparılmasını xahiş edib.

Musavat.com

Oxunub: 5 106
Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

23-05-2024, 18:51

Bilgəhdə Hacı Qalibin villasını yerlə bir edən icra başçısı danışdı - "O, özünü Bilgəhin qoçusu kimi aparır"

Gündəm / Araşdırma

23-05-2024, 15:59

"Adil Vəliyev məni təhqir edir, yüksək vəzifəli şəxslərin adını çəkir" - Hacı Qalib Salahzadə

Gündəm / Araşdırma

22-05-2024, 19:19

İcra başçısı Hacı Qalibin villasını qapısını bağlatdırdı - Bilgəhdə nə baş verir?

Gündəm / Cəmiyyət

22-04-2024, 22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

Gündəm / Araşdırma

17-04-2024, 18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

Gündəm / Araşdırma

5-03-2024, 10:52

Hacı Mazan qollarını heç də xeyir işə çırmamayıb... - İDDİA

Gündəm / Araşdırma

16-01-2024, 10:00

“Şeyx məndən 260 min dollar alıb villa tikib" - Qudasından ŞOK AÇIQLAMA

Gündəm / Cəmiyyət

20-10-2023, 11:52

Ağdam sakini Yevlaxdan torpaq aldı... PEŞMAN OLDU... - GİLEY

Gündəm / Cəmiyyət

16-10-2023, 08:47

“Bələdiyyə sədri icra başçısının göstərişini vecinə almır?” - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

5-09-2023, 22:15

Deputat məhkəmə işinə cəlb edildi – Torpaq mübahisəsi apellyasiya qaytarıldı

Gündəm / Araşdırma

14-07-2023, 17:39

Nazirlik deputatın İstirahət Mərkəzindən 1.2 hektar torpaq tələb edir (RƏSMİ)

Gündəm / Cəmiyyət

20-06-2023, 08:01

Neftçalada sakinləri üsyana KİM SÖVQ EDİR? - NARAZILIQ VAR...

Cəmiyyət

16-05-2023, 08:35

Xaçmazın bu bələdiyyəsini yoxlasalar... - İTTİHAM VAR!

Cəmiyyət

15-05-2023, 09:22

Cəlilabadın icra başçısı yerli məmurlarla ƏL-ƏLƏ VERƏRƏK... - NARAZILIQ VAR!

Gündəm / Cəmiyyət

12-05-2023, 10:29

Əliağa Hüseynov sahibkarın torpağını zəbt etdi və... - “Dedi ki, nə qədər lazımdırsa, xərcləyəcəyəm...”

Araşdırma
NEFTDƏN GƏLƏN YÜZ MİLYONLARA QURULAN ANAR ƏLİYEV TƏLƏSİ VƏ MEXANİZMİNİN SİRRİ - DETALLAR
“Qaçqınkom”un departamenti vaxtilə Ramiz Mehdiyevin də “işlərini görmüş” şirkətlə işbirliyinə başlayıb
Dəftərxana və təsərrüfat mallarının satınalmasını monopoliyaya alan “NUR-E.A.” və “OFİS-A.M.” MMC-lərin nə kimi bağlılığı var
Goranboy rayon Uşaq İncəsənət Məktəbində “öz fəaliyyət”
Sumqayıtda məktəbdə sınaq imtahanları ilə bağlı iddialar araşdırılma tələb edir
Qohumunun torpağını özəlləşdirən icra nümayəndəsi ,Adıgözəl Əliyev kimdir?
Hadisə
Dünən, 12:00
Mərkəzi Bankı vəzifəli şəxsi cərimələdi
Dünən, 11:00
Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
Dünən, 11:00
Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
Dünən, 09:30
Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ
13-12-2025, 18:00
Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxsi POLİS SAXLADI
13-12-2025, 16:30
27 yaşlı qadın abortdan sonra öldü
Son xəbərlər
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 10:53
    Bakıda dərəbəylik, qardaşlar sakinlərə zülm edir - GÖRÜNTÜ
  • Bu gün, 10:26
    Şeyx və Mübariz Mənsimovun adı “Boz kadinal” Ramiz Mehdiyevin çinayət işində? - ŞOK DETALLAR
  • Bu gün, 10:03
    NEFTDƏN GƏLƏN YÜZ MİLYONLARA QURULAN ANAR ƏLİYEV TƏLƏSİ VƏ MEXANİZMİNİN SİRRİ - DETALLAR
  • Bu gün, 09:44
    “Qaçqınkom”un departamenti vaxtilə Ramiz Mehdiyevin də “işlərini görmüş” şirkətlə işbirliyinə başlayıb
  • Dünən, 18:00
    Rüşvət verib “sertifikatlar” alan plastik cərrahlar – Üzərində “ölüm işi” olan da var
  • Dünən, 17:38
    DİN bir sıra xidmətləri təkmilləşdirir – Layihə hazırlandı
  • Dünən, 17:30
    DİN-dən yenilik: şəxsiyyət və sürücülük vəsiqələri onlayn veriləcək
  • Dünən, 17:11
    Azərbaycan müğənnisi sosial platformada müzakirə olunur
  • Dünən, 17:00
    Bu kredit təşkilatları hesabat vermədi- Cəzalandırıldı
  • Dünən, 16:30
    Baş həkimin ölkədən çıxışına qadağa qoyuldu
  • Dünən, 16:13
    Bravo”nun 4 marketində qanun pozuntusu aşkarlandı – MƏHKƏMƏ QƏRARLARI
  • Dünən, 16:00
    Azərbaycan bu ölkələrlə viza tələbini ləğv etdi
  • Dünən, 15:44
    Zərdabda yolun əsaslı təmir işlərinə 241 min xərclənəcək – İşi görəcək şirkətin nizamnamə kapitalı 10 manatdır
  • Dünən, 15:30
    İlham Əliyev onu məhkəmə sədri təyin etdi
  • Dünən, 15:19
    Dəftərxana və təsərrüfat mallarının satınalmasını monopoliyaya alan “NUR-E.A.” və “OFİS-A.M.” MMC-lərin nə kimi bağlılığı var
  • Dünən, 15:01
    Prezident bu şəxsləri təltif etdi - Siyahı
  • Dünən, 14:30
    TƏCİLİ! Bu xəstəlik Türkiyəyə də çatdı, Azərbaycanda… - “10 ilin ƏN GÜCLÜSÜDÜR”
  • Dünən, 14:00
    Nazirin həmin videosu ilə bağlı RƏSMİ AÇIQLAMA
  • Dünən, 13:28
    İmişlinin icra başçısı Elçin Rzayev sələfinin taleyini yaşaya bilər –Dövlətin pulun belə xərcləyir...
  • Dünən, 13:06
    Sumqayıtda abort olunan 27 yaşlı Zərifə Əliyeva həkim səhlənkarlığından ölüb? -Video
  • Dünən, 12:26
    DTX həbs olunan icra başçısının görünülərini YAYDI
  • Dünən, 12:00
    Mərkəzi Bankı vəzifəli şəxsi cərimələdi
  • Dünən, 11:44
    Goranboy rayon Uşaq İncəsənət Məktəbində “öz fəaliyyət”
  • Dünən, 11:30
    Bakının bu ərazilərinin qazı KƏSİLƏCƏK
  • Dünən, 11:08
    “P-Aqro” MMC onlarla fermerin pambığını alıb, pulunu vermir – Vətəndaşlardan ŞİKAYƏT…VİDEO
  • Dünən, 11:00
    Məşhur rejissorla həyat yoldaşı qətlə yetirildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə