• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Peşə təhsilində coğrafiyaçılar “fəth yürüşündə”- Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?

Gündəm / Araşdırma

Bu gün, 10:15

Peşə təhsilində coğrafiyaçılar “fəth yürüşündə”- Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?

Peşə Təhsili üzrə Dövlət Agentliyində elə karyera marşrutları cızılır ki, coğrafiya dərsliyinə yeni xəritə əlavə etmək lazım gəlir.
Bizimesr.info bildirir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində kadr təyinatları ilə bağlı redaksiyamıza daxil olan məlumatlar qeyri-adi karyera mənzərəsi ortaya çıxarır. Məlum olur ki, peşə təhsilində adi coğrafiya müəlliminin üfüqləri o qədər geniş ola bilər ki, bir müddət sonra xəritədəki bütün nəqliyyat vasitələrinə rəhbərlik etmək ehtimalı da müzakirə mövzusuna çevrilər.
Coğrafiyadan sənayeyə, sənayedən səmaya, səmadan yerin altına!
Belə marşrutu turizm şirkətləri belə təklif etmir. Üstəlik, burada nə aviabiletə, nə qatara, nə də transferə ehtiyac var. Sadəcə kadr təyinatı kifayətdir! Bir müəllim, dörd istiqamət, bir karyera xəritəsi və vəzifələr...
Məlumata görə, hazırda Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində direktor müavini vəzifəsində çalışan Zərin Ələsgərova ixtisasca coğrafiya müəllimidir. O, təxminən üç il məcburi köçkün məktəblərinin birində coğrafiya müəllimi işlədikdən sonra, 2023-cü ildə Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində təlim-tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
2026-cı ilin sentyabrında isə Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə tədris hissə müdiri vəzifəsinə keçirilib, təxminən 1 ay sonra Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində direktor müavini təyin olunub. Hələ bitməyib... İndi isə onun həmin mərkəzə direktor təyin ediləcəyi barədə məlumatlar dolaşır. Və yəqin ki, çızılmış xəritə planı bununıla da bitəcək...
Peşə təhsilində coğrafiyaçılar “fəth yürüşündə”- Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?

Bir vaxtlar şagirdlərə dağları, düzənlikləri, çayları və ölkələrin coğrafi mövqeyini öyrədən müəllimin karyera xətti indi sənaye müəssisələrindən təyyarələrə, avtomobillərdən qatarlara qədər uzanır. Bu, artıq coğrafiya deyil, bütöv nəqliyyat atlasıdır! Deyəsən, adi coğrafiya dərsində “Nəqliyyatın coğrafiyası” mövzusu keçiləndə nəzəriyyə ilə kifayətlənməyənlər də var.
Bəziləri mövzunu praktikada öyrənir - əvvəl sənaye, sonra aviasiya, daha sonra dəmir yolu... Karyera belə davam etsə, növbəti dayanacağın dəniz nəqliyyatı olması da xəritədə özünə yer tapa bilər. Əlbəttə, bu, bizim zarafatımızdır. Amma mövcud marşrutun özü kifayət qədər maraqlıdır.
Zərin Ələsgərova direktor müavini oldu | Tribuna.Az
Coğrafiya müəllimi hara, aviasiya hara?
Əlbəttə, diplomda yazılan ixtisas insanın bacarıqlarına vurulan möhür deyil. Coğrafiya məzunu yaxşı rəhbər də ola bilər, bacarıqlı idarəçi də. Ancaq peşə təhsili müəssisələrinin rəhbərliyindən söhbət gedəndə məsələ bir qədər fərqlidir. Burada gələcəyin mexanikləri, dəmiryolçuları, avtomobil mütəxəssisləri, sənaye işçiləri hazırlanır. Bu sahələrin hər birinin öz texniki xüsusiyyətləri, tədris tələbləri və istehsalat ehtiyacları var. Coğrafiya müəllimi xəritədə hava limanını asanlıqla tapa bilər. Amma aviasiya üzrə kadr hazırlığının idarə edilməsi xəritədə hava limanının yerini göstərməkdən bir qədər fərqli məsələdir.
Məhz buna görə rəhbər vəzifələrə təyinatda ixtisas uyğunluğu, idarəçilik təcrübəsi və konkret sahəni bilmək məsələləri kənarda qala bilməz.
Peşəkarlar depoda, karyera ekspresində kimlərdir?
Peşə təhsili müəssisələrində illərlə çalışan, istehsalat təlimini bilən, tələbələrlə işləyən, müvafiq sahələr üzrə təcrübə toplayan mütəxəssislər var. Onlar bəzən illərlə öz sahələrində çalışır, təcrübə qazanır, sistemin içində yetişirlər. Belə mütəxəssislər qala-qala kənardan gətirilən kadrların müxtəlif istiqamətlər üzrə rəhbər vəzifələrə təyin edilməsi təbii olaraq diqqət çəkir. Dəmiryolunu bilən mütəxəssislər, aviasiya üzrə təcrübəsi olan kadrlar, sənaye sahəsində çalışan peşəkarlar mövcud olduğu halda, bu vəzifələrə namizədlər hansı meyarlarla seçilir?
Görünür, peşə təhsilində iki ayrı xətt var - biri illərlə təcrübə toplayanların getdiyi xətt, digəri isə qısa müddətdə müxtəlif müəssisələr arasında hərəkət edən karyera ekspresi. Birincilər stansiyalarda dayanıb təcrübə toplayır, ikincilərin marşrutu isə elə sürətlə dəyişir ki, sərnişinlər yox, müşahidəçilər çaşır.
Agentlikdə coğrafiya sevgisi, yoxsa yeni kadr strategiyası?
Mövzunun daha maraqlı tərəfi də var. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov da coğrafiya ixtisası üzrə təhsil aldığı deyilir. Beləliklə, coğrafiya ixtisası ilə peşə təhsili rəhbərliyi arasındakı əlaqə müzakirəyə əlavə rəng qatır. Bəlkə Agentlikdə coğrafiyaçılara xüsusi rəğbət var? Bəlkə yeni kadr siyasətinin əsas prinsipi “dünyanı tanıyan, bütün sahələri idarə edə bilər” yanaşmasıdır?
Yoxsa coğrafiyaçılar peşə təhsilinin inkişaf xəritəsini hamıdan yaxşı oxuyurlar? Bunlar, əlbəttə, yumorlu suallardır. Amma bir məqamı da unutmayaq - diplomun adı nə olursa-olsun, rəhbər vəzifəyə təyinatın əsaslandırılması peşəkar meyarlarla aparılmalıdır. Yox, əgər məsələ sadəcə təsadüflərdən ibarətdirsə, onda bu təsadüflər də bir-birinə elə uyğun gəlib ki, ortaya ayrıca coğrafi marşrut çıxıb.
Nazir kadr siyasətindən danışır, Agentlik isə marşrut çəkir?
Elm və təhsil naziri Emin Əmrullayev kadr potensialının inkişafından, düzgün təyinatlardan və təhsilin keyfiyyətindən danışır. Peşə Təhsili üzrə Dövlət Agentliyində isə son kadr yerdəyişmələri fərqli mənzərə yaradır. Görünən odur ki, müəssisələrin ixtisas istiqamətləri dəyişsə də, bəzi kadrların karyera marşrutu daha sürətlə yenilənir. Maraqlıdır, bu təyinatların arxasında hansı peşəkar meyarlar dayanır?
Bizimesr.info

Oxunub: 0
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Siyasət

25-02-2026, 12:17

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Gündəm / Cəmiyyət

24-10-2025, 13:18

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Gündəm / Siyasət

13-06-2024, 14:43

İlham Əliyev Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib

Gündəm / Araşdırma

22-07-2025, 16:22

BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT

Gündəm / Cəmiyyət

24-12-2024, 09:01

Lerik təhsilində savadlı kadr problemi - İTTİHAM VAR...

Gündəm / Siyasət

10-05-2025, 13:01

İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Gündəm / Siyasət

18-04-2025, 19:00

Baş Prokuror Milli Aviasiya Akademiyasında mühazirə oxuyub - Fotolar

Gündəm / Araşdırma

25-06-2024, 11:32

Emal Sənayesi üzrə Peşə Təhsil Mərkəzində YARIM MİLYONLUQ MƏNİMSƏMƏ... - Mətləb Hüseynov NƏZARƏTSİZ QALIB?

Gündəm / Cəmiyyət

30-08-2024, 12:10

Rövşən Rüstəmovun DƏMİR KİMİ QANUNLARI... - BU NƏDİ BELƏ?!

Gündəm / Araşdırma

4-06-2024, 09:26

Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!

Cəmiyyət

19-07-2024, 10:51

“Yeni Gəncə Tibb Mərkəzi”ndə KÖHNƏ OVQAT... - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

7-06-2023, 18:38

TƏHSİLİN ƏDALƏTİ BUDURSA... - İTTİHAM VAR!

Gündəm / Cəmiyyət

11-01-2025, 09:25

"Topaz"dan "Metropoliten"ə: Aslanov uda-uda gedir...

Gündəm / Araşdırma

11-06-2024, 13:08

Turizm Agentliyinin yarım milyonluq tenderin qalibi seçdiyi “Vitam” MMC kimə məxsusdur

Gündəm / Cəmiyyət

22-09-2025, 18:14

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri açıqlandı

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
Yasamalda parkın ərazisini "Şərur" MTK-ya kim satıb? - VİDEO
Peşə təhsilində coğrafiyaçılar “fəth yürüşündə”- Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Rövşən Rzayevi “AĞA-EE İnşaat” MMC ilə nə kimi tellər bağlayır və ya Antiinhisar Agentliyi Komitə sədrinin havadarı rolunda
"Uğur-2" MTK-dan sakinlərə BORC TƏLƏSİ - NARAZILIQ VAR...
Gəldilər... Baxdılar... Getdilər: 300-500 MANAT ÖDƏMƏLİSƏN! - GİLEY
Hadisə
24-10-2026, 17:30
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
24-10-2026, 11:48
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
6-10-2026, 17:39
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
4-10-2026, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Son xəbərlər
  • 25-10-2026, 20:52
    Ömrün onillikləri
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 16:00
    10 manatlıq şirkət 3 müsabiqənin qalibi oldu - "VNM İnşaat" kimindir?
  • Bu gün, 15:17
    Azərbaycanda “Halloween” və ya öz "şeytanlarımız" kifayət qədər deyil? - AXI NİYƏ?
  • Bu gün, 14:19
    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi rəsmən KOLXOZA ÇEVRİLİB... - İTTİHAM VAR...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə