• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

`Kristal Bakı` ASC sakinləri BOĞAZA YIĞIB... - ETİRAZ VAR...

Gündəm / Araşdırma

8-06-2024, 14:10

`Kristal Bakı` ASC sakinləri BOĞAZA YIĞIB... - ETİRAZ VAR...

Xəbər verdiyimiz kimi, iyunun 5-də "Təzadlar" qəzeti redaksiyasında olan bir qrup sakin "Kristal Bakı" ASC rəhbərli ilə aralarında yaşanan problemlərini dilə gətirərək, konkret faktları, foto və videoşəkilləri, eləcə də, Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ, surəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazova, Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə, Bakı şəhər prokuroru Elşən Abbasova, Yasamal rayon prokuroru Elman Süleymanova rəsmi müraciətlərini imzalayaraq "Təzadlar" qəzeti redaksiyasına təqdim ediblər.

Bakının Yasamal rayonundakı “Qanlı göl”ün qərb sahilində yaşayan sakinlərin Prezident cənab İLHAM ƏLİYEVƏ ünvanladığı müraciəti təqdim edirik:

"Hörmətli cənab Prezident!

Bildirmək istəyirik ki, bizim haqlı şikayətimizə, müraciətlərimizə, mülkiyyətimizin dağıdılmasına, öz evimizdə yaşamaq hüquqlarımızın məhdudlaşdırılmasına heç bir müvafiq dövlət orqanı, məmur reaksiya vermədiyinə, problemimizi həll etmədiyinə və “KRİSTAL BAKI” ASC adlı tikinti şirkətinin törətdiyi cinayət xarakterli əməllərinin qarşısı alınmadığına görə Sizə müraciət etmək məcburiyyətində qaldıq.

Belə ki, bizim Bakının Yasamal rayonundakı “Qanlı göl”ün qərb sahilində şəxsi vəsaitimiz hesabına tikdiyimiz müxtəlif ölçülü fərdi yaşayış evlərimiz var. Uzun illərdir ki, ailə üzvlərimizlə birlikdə həmin fərdi yaşayış evlərində yaşayırdıq. Lakin son bir ildir “KRİSTAL BAKI” ASC-nin əməkdaşları bizim həmin evlərimizdə yaşamaq hüququmuzu məhdudlaşdırıblar. Belə ki, “KRİSTAL BAKI” ASC-nin əməkdaşları dəfələrlə qəsdən fərdi yaşayış evlərimizə gedən avtomobil və piyada yolunu qazıb dağıdaraq yararsız hala salıb, hətta həmin yollarda qanunsuz olaraq post-buraxılış məntəqəsi quraşdıraraq evlərimizə nəqliyyat vasitələrinin giriş-çıxışına maneçilik törədirlər. Eyni zamanda, “KRİSTAL BAKI” ASC tərəfindən evlərimizə gedən qaz və su xətləri yararsız hala salındığından su və qaz təchizatı dayandırılıb. Bu yolla “KRİSTAL BAKI” ASC-nin rəhbərliyi bizi həmin fərdi yaşayış evlərimizi tərk etməyə məcbur edirlər.

Biz evlərimizdə yaşamaq üçün şəraitin olmaması səbəbindən kirayə evlərdə yaşamağa məcbur olmuşuq. “KRİSTAL BAKI” ASC-nin əməkdaşları isə sahibsiz həyətlərə qanunsuz daxil olaraq evlərimizi və yardımçı tikililəri söküb dağıdırlar. Sonuncu dəfə isə 28 fevral 2024-cü il tarixdə, saat 11:00 radələrində “KRİSTAL BAKI” ASC-nin xeyli sayda “qoçuları” tərəfindən Vəliyev Bəxtiyar Surxay oğluna məxsus sözügedən ərazidəki 42 ünvanda yerləşən fərdi yaşayış evini ağır texnika ilə söküblər. Hal-hazırda da “KRİSTAL BAKI” ASC-nin əməkdaşları hüquqa zidd hərəkətlərini davam etdirirlər. “KRİSTAL BAKI” ASC-nin rəhbərliyi bu yolla bizim fərdi yaşayış evlərimizi dəyərindən dəfələrlə ucuz qiymətə onlara satmağa məcbur edir. Biz dəfələrlə “KRİSTAL BAKI” ASC-nin rəhbərliyinə iradımızı bildirərək hüquqa zidd hərəkətlərini dayandırmalarını tələb etsək də, heç bir tədbir görülməyib, əksinə, bizi şərlədib tutduracaqları ilə hədə-qorxu gələrək fərdi yaşayış evlərimizi sökəcəklərini bildiriblər.

“KRİSTAL BAKI” ASC-nin əməkdaşlarının hüquqa zidd hərəkətləri ilə bağlı dəfələrlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Bakı şəhər prokurorluğuna, Yasamal rayon prokurorluğuna və digər aidiyyəti orqanlara şikayət ərizələri ilə müraciət etsək də, heç bir müsbət nəticəsi olmayıb. Müraciətimiz üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılsa da, “KRİSTAL BAKI” ASC-nin vəzifəli şəxslərinin törətdikləri bu cinayətlərə hüquqi qiymət verilməyib, şikayətlərimizə laqeyidlik göstərilib. Belə ki, Yasamal rayon prokurorluğuna etdiyimiz müraciət cinayət xarakterli olmaqla “KRİSTAL BAKI” ASC-nin vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respublikası CM-nin 186.2.1, 308.1-ci və digər maddələrinin tərkibi olmasına baxmayaraq, bu günə kimi cinayət işinin başlanması təmin edilməyib, “KRİSTAL BAKI” ASC tərəfindən qanunsuz olaraq sökülmüş fərdi yaşayış evlərinin sahiblərinə dəymiş maddi ziyanın ödənilməsi təmin edilməyib.
Yasamal rayon prokurorluğundan “KRİSTAL BAKI” ASC tərəfindən fərdi yaşayış evinin sökülməsi ilə bağlı araşdırma aparılaraq müvafiq qərar qəbul edilməməsi səbəbini soruşduqda bizə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müraciətimiz üzrə araşdırma aparılmasına icazə verilmədiyini bildirdilər. “KRİSTAL BAKI” ASC-nin rəhbərliyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 saylı sərəncamına əsasən həmin fərdi yaşayış evlərimizin yerləşdiyi torpaq sahəsinin yeni yaşayış kompleksinin tikintisi məqsədilə icarə əsasında istifadəsinə verilməsindən sui-istifadə edirlər. Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının bizim mülkiyyətimizdə olan torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmayıb. Bakı şəhər İcra Hakimiyyəti Başçısının bizə məxsus torpaq sahəsini üçüncü şəxsə icarəyə verməsi barədə inzibati AKT tərtib etməsi, “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati AKT kimi etibarsız sayılır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 saylı sərəncamı etibarsız sayılsa belə, həmin sərəncamda Bakı şəhəri,Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (“Qanlı göl”ün şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyinin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “KRİSTAL BAKI” ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə “KRİSTAL BAKI” ASC-nin icarə əsasında istifadəsinə verilməsi göstərilib. Lakin “KRİSTAL BAKI” ASC-nin rəhbərliyi sərəncamda nəzərdə tutulan şərtlərə əməl etmir, fərdi yaşayış evlərinin sahibləri ilə evlərinin alınması ilə bağlı heç bir razılaşma olmadan, qanunsuz olaraq bizləri şəxsi mülkiyyətimizdən məhrum etməyə çalışır.

Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Hörmətli cənab Prezident!

Odur ki, “KRİSTAL BAKI” ASC-nin əməkdaşlarının barələrində əmlakı qəsdən məhv etmə, vəzifə səlahiyyətlərini aşma, özbaşınalıq və digər maddələrlə cinayət işinin başlanması, həmin şəxslərin məsuliyyətə cəlb edilərək bizlərə vurulmuş maddi ziyanın ödənilməsinə və hüquqa zidd hərəkətlərinin dayandırılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik.

Əvvəlcədən Sizə öz dərin minnətdarlığımızi bildiririk.

Müraciəti imzalayanlar:

Birinci Qarabağ Müharibəsi iştirakçısı Vəliyev Bəxtiyar Surxay oğlu; Vəliyev Elmidar Surxay oğlu; Məmmədov Yaşar Rəşid oğlu; Şirinov Nizami Eldar oğlu; Musayev Müşfiq Əfrasiyab oğlu; Qaraşov Səyyaf Kərəm oğlu; İmanov Müşfiq idris oğlu; Əliyev Emin Sabir oğlu; Zeynalov Etibar Səyfar oğlu; Səmədov Səməd Bürcəli oğlu; İmanov Əhliman İdris oğlu; İmanov Ramil Mehman oğlu; Əhmədova Nərgiz Rafiq qızı; Məmmədova Sevinc Rafiq qızı; İmanov Mehman Sərdar oğlu; Quliyev Zaur İciristan oğlu; Hacıyev Fərhad Mehman oğlu və Qaraşov Sərhad Kərəm oğlu".

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün "Kristal Bakı" ASC ilə telefon əlaqəsi saxladıq. Tikinti şirkətindən bildirdilər ki, məsələyə yalnız rəhbərlik münasibət bildirə bilər, direktor hazırda ofisdə yoxdur. Direktorun köməkçisi qeyd etdi ki, məsələ barədə rəhbərliyə məruzə edildikdən sonra sorğunuz tez bir zamanda cavablandırılacaq. Odur ki, qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə çalışacağıq.

"Təzadlar"

Oxunub: 5 513
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Siyasət

5-06-2024, 18:22

Prezident Məhəmməd Moxberlə İrandan keçməklə Zəngilanla Naxçıvanı birləşdirəcək yoldan DANIŞDI

Gündəm / Cəmiyyət

20-05-2024, 15:44

8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Gündəm / Siyasət

24-04-2024, 21:02

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Gündəm / Cəmiyyət

4-12-2023, 10:59

8 saylı Cəzaçəkmə Müəssəsinin məhkumu döyüb xəstəxanalıq edən əməkdaşlarından Prezidentə müraciət olundu

---

20-11-2023, 14:00

“Mənim evimi sələmiçi ələ keçirib iki azyaşlı uşaqla zirzəmidə qalmışam” - NARAZILIQ VAR...

Gündəm / Siyasət

4-10-2023, 12:33

Prezident və Birinci vitse-prezident Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndəriblər

Siyasət

25-08-2023, 13:38

Prezident və birinci xanım Kəlbəcərə səfər ediblər

Siyasət / Cəmiyyət

25-07-2023, 12:24

Gəncə Psixatriya Xəstəxanası ilə bağlı Prezidentə MÜRACİƏT OLUNDU - İTTİHAM VAR!

Siyasət

16-06-2023, 20:48

Kamerun rəhbəri İlham Əliyevə təbrik məktubu göndərib

Gündəm / Siyasət

13-06-2023, 07:46

İlham Əliyev və Ərdoğan o ifanı ayaq üstə alqışladı - VİDEO

Gündəm / Siyasət

5-06-2023, 21:32

Roma Papası İlham Əliyevə təbrik ÜNVANLADI

Gündəm / Siyasət

28-05-2023, 12:01

Birinci vitse-prezident Müstəqillik Günü ilə bağlı paylaşım edib

Gündəm / Siyasət

10-05-2023, 17:13

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər

Gündəm / Siyasət

9-05-2023, 12:17

İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər

Gündəm / Siyasət

8-05-2023, 14:51

İlham Əliyev və birinci xanım Şuşaya səfər ediblər

Araşdırma
İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Saleh Məmmədov getdi, vurduğu ziyan illərlə qalacaq - Yeraltı piyada keçidləri düzgün tikilməyib- VİDEO
‘Möcüzə’ Market niyə toxunulmazdır? - NARAZILIQ VAR...
Sabah 23 dərəcə isti olacaq
XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır
NDU-da Tender "Ehtiyatı": 8 minlik yanacaq + Qalib şirkətdəki Talıbov izləri və keçmişi
Hadisə
Bu gün, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
Bu gün, 10:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
22-03-2026, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
22-03-2026, 12:00
Ağsuda iki evdə yanğın oldu
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 14:01
    Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti dəfə təyinat alıb
  • Bu gün, 13:35
    Qalibaf: ABŞ gizli şəkildə İrana quru hücumu planlaşdırır
  • Bu gün, 13:23
    Zelenski: Rusiya yavaşlamır və müharibəni davam etdirməyi hədəfləyir
  • Bu gün, 13:11
    "Al Araby" telekanalının Tehrandakı ofisinə raket zərbəsi endirilib
  • Bu gün, 12:27
    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
  • Bu gün, 12:20
    Ceyhun Bayramov: Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır
  • Bu gün, 12:15
    FAKTİKİ HAVA: Ölkə ərazisində intensiv yağışlar davam edib, dağlıq ərazilərə qar yağıb
  • Bu gün, 11:11
    Antonelli "Formula 1" üzrə Yaponiya Qran-prisinin qalibi olub
  • Bu gün, 11:04
    Səudiyyə Ərəbistanına son sutkada 12 PUA hücumu olub
  • Bu gün, 11:00
    Yaponiya hərbçisi Çinin Tokiodakı səfirliyinə qanunsuz şəkildə daxil olub
  • Bu gün, 10:56
    "Formula 1" üzrə Yaponiya Qran-prisinin başlama saatı qəzaya görə dəyişdirilib
  • Bu gün, 10:49
    Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə