• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Maddi və mənəvi cəhətdən çox yorulmuşam..." - "Xəstəxana" adı altında QƏSSABXANA...

Gündəm / Araşdırma

25-06-2024, 09:44

"Maddi və mənəvi cəhətdən çox yorulmuşam..." - "Xəstəxana" adı altında QƏSSABXANA...

Paytaxtın Nəsimi rayonunda yerləşən “Referans Wellbeing Centr” klinikasının baş həkimi, endekrinoloq Ülya Quliyevadan şikayət var.

“Dəryaz” qəzeti redaksiyasına müraciət edən vətəndaş Sadıxova Mələk Ələkbər qızı bildirir ki, 2024-cü ilin mart ayının əvvəlində doktorun köməkçisi ilə əlaqə saxlayıb və ayın 9-da onu qəbula yazıblar:

“İlk qəbul Badamar Plaza”da baş tutdu. Qəbulda 100 (bir yüz) manat ödəniş etdim, amma mənə heç bir çek təqdim olunmadı. Həkimin qəbuluna girdim, məni narahat edən səhhət problemlərim haqda danışdım, boğazımda, boynumda limfa düyünləri olduğunu dedim.

İnfeksionist tərəfindən müayinələrim olub ve limfa düyünlərim reaktiv olduqu üçün ciddi problemə səbəb olacağı barədə mənə net şəkildə bir söz deyilməyib. Müəyyən müalicələr, o cümlədən antibiotik müalicələri almışam, durumum stabilləşib, amma limfa düyünləri yerində qalıb. Özümü çox yorğun, halsız hiss edirəm. Həkim təqdim etdiyim analizlərə baxdı, hansı həkimlərdən hansı tövsiyələr aldığımı, hansı müalicələri qəbul etdiyimi izah etdim. O, məndən əlavə olaraq müəyyən analizlər istədi, mənə analiz blankı verib bildirdi ki, yalnız həmin analizlərin nəticəsinə baxıb konkret nəsə deyə bilər. Əlavə etdi ki, analizləri dürüstlüyünə inandığı “Referans” Klinikasına, yaxud, Ailə Sağlamlıq Klinikasına verməyimi tövsiyə etdi.

Ertəsi gün onların ofislərinin yaxınlığında yerləşən “Ailə Sağlamlıq Klinikasına gedib analizlərimi verdim, təxminən 600 (altı yüz) manat civarında pul ödədim. Ödənişi təsdiqləyən qəbz də aldım.

Analizlərin cavabı hazır olandan sonra təkrar müayinə üçün məni martın 16-da qəbula yazdılar. Təkrar müayinədə analizlərin nəticəsinə baxan həkimdən nə gördüyünü, mənim müalicəmi boynuna götürüb-götürməyəcəyini soruşdum. Bir daha xatırlatdım ki, maddi və mənəvi cəhətdən çox yorulmuşam, indiyədək üz tutduğum çoxsaylı həkimlər ən yaxşı halda mənim durumumu yalnız stabilləşdirməyi bacarıblar, amma tam müalicə etməyə nail olmayıblar.

Limfalarımın şişmə səbəbini nə ilə əlaqələndirdiyi soruşdum. Bildirdi ki, səbəbi çox şey ola bilər, “bizim müalicə metodumuz fərqlidir, biz xəstəliyə yönlənmirik, kök-hüceyrə səviyyəsində müalicə aparırıq. Müəyyən dərmanlar var ki, evdə qəbul etməyiniz üçün verəcəyik, bəzi preparatlar isə sistem şəklində hər həftə klinikanın özünə gəlməklə orqanizminizə köçürüləcək”. Əvvəllər qəbul etdiyim, effektini görmədiyim preparatların adını çəkdim. Həkim köçürülecek sistemlerin İtaliyadan gətirildiyini, keyfiyyətli olduqlarını, Bakının apteklərində onları tapa bilməyəcəyimi dedi:

Onlardan aldiqim dermanlar
155 azn ŏdedim.
Ŏzleri qeyd edibler qelemle.
Ancaq cek vermediler.

“Narahat olmayın, arxayın olun, özünüzü mənə əmanət edin”. Elə həmin gün ilk sistem köçürülməsini tətbiq etdilər. İkinci sistem köçürülmə proseduru ayın 22-də, üçüncüsü ayın 30-da baş tutdu. Birinci sistemdə özümü normal hiss edirdim. Artıq ünçü sistemdə özümdə şişkinliklər hiss etməyə başladım. Aprelin 6-da dördüncü sistemin qəbulunda həkim özü məndən nə qədər çəki atdığımı soruşdu. Mən isə əksinə, iki-üç kilo əlavə çəki aldığımı söylədim. O dedi ki, belə şey mümkün ola bilməz, yəqin nəsə düz getmir. Soruşdum ki, mən nəyi səhv edə bilərəm, axı bütün proses onun nəzarəti ilə həyata keçirilib. O, köməkçisinə məni üç gün ərzində nəzarətə götürməyi, yediklerim haqqinda onlara melumat verməyimi tapşırdı. Sonrakı günlər ərzində mən qəbul etdiyim qidaların şəklini belə çəkib votsapla həkim köməkçisinə göndərir, müfəssəl məlumat verirdim. Hekim hətta mənə rasionumda ət və ət məhsullarına az yer verdiyimi, bir az artırmaq lazım olduğunu tövsiyə etdi. Həmin həftə bayram ərəfəsinə düşdüyü üçün növbəti sistem qəbulu bir neçə günlüyə təxirə düşdü. Aprelin 13-də aniden səsim tutuldu, keçirdiyim narahatliq barədə həkim köməkçisinə məlumat verdim. Köməkçi həkimlə danışıq səslərini vatsap üzerinden mənə göndərdi. Duydum ki, həkim emosional çıxış edir, guya mənimçün əlindən gələni etdiklərini bildirir. Çifayda, mən gördüyüm tibbi xidmətdən narazı qaldım. Onlar mənimlə yenidən görüşmək istədiklərini bildirdilər, klinikaya təkrar dəvət etdilər. Aprelin 20-de artıq onların köçdükləri Nəsimi rayonundakı yeni ünvanlarına getdim. Yenidən həkimlə danışanda şişməyə başladığımı,çekimin 126 kiloqramdan 130 kiloqrama qalxdığını, qəbzlik yarandığını, səsimin iki günün içində qəfildən tutulub-açıldığını dedim. Həkim bu dəfə də panikaya düşməməyimi məsləhət gördü: “Əgər məni deyib gəlmisənsə, sənə kömək olacam! Sistemləri dayandırma, davam et. Ola bilər ki, dərmanlardan yüklənmisən. O halda hidrokolon terapiyaya getməyin lazımdır”. Sonra isə məne bir telefon nömrəsi verib özündə bağırsaqların yuyulmasını ehtiva edən hidrokolon terapiyası üçün həmin nömrə ilə əlaqə saxlamağımı, danışanda onun adını verməyimi tövsiyə etdi ve hemen gün beşinci sistemi qebul etdim.Mən həkimin tövsiyəsinə uyğun olaraq Koreya Şərq Təbabəti Kilinikasına yollanıb 70 (yetmiş) manat ödəməklə hidrokolon terapiyasına da getdim. 27 apreldə altıncı, mayın 4-də yeddinci və axırıncı sistemi qəbul etdim. Bir sözlə, hekim nə dedisə,hamsini etdim. Ancaq axırıncı dəfə sistem qəbul etdikden sonra tərəzidə çəkimi ölçüb 130 kiloqramdan birdən-birə 136 kiloyadək artdığını öyrəndim. Tərəzinin göstəricisinin şəklini çəkib həkim köməkçisinə məlumat verdim. Şişkinlikdən, təngnəfəslikdən şikayətləndim. Doktorla danışmaq istədiyimi xahiş etdim. Köməkçi doktorla əlaqə saxlayıb cavabını mənə bildirdi: “Baxsın Mələk xanım, əgər alınmırsa, müalicəni dayandırsın”. Mən təəccübləndim, həm də çox məyus oldum. Köməkçiyə bildirdim ki, mənim müalicə gedişində belə vəziyyətə düşməyimə mənim qədər, elə məndən də artıq həkimim özü narahat olmalıdır, səbəbini araşdırmalıdır. Həkimin cavanının absurd olduğunu, müalicəni dayandırmağa qərar verməyin mənim ixtiyarıma buraxılmamalı olduğunu bildirdim. Həmçinin, həkimin mənə on sistem köçürüləcəyini, artıq ikinci sistemdən sonra fayda hiss edəcəyimi dediyini xatırlatdım. Köməkçi həmin gün etirazıma reaksiya vermədi, ertəsi gün zəng edib əvvəlki mövqeyinin üstündə durdu: “Biz əlimizdən gələn köməkliyi etməyə çalışmışıq, bu bizlik deyil”. Mən artıq özümdən çıxdım, doktorun mənlə əlaqə saxlamağını tələb etmeyime baxmayaraq menle elaqe saxlayib maraqlanan olmadı.Sonrakı bir neçə gün ərzində mənim vəziyyətim daha da pisləşdi. Yoldaşım mənim qolumdan tutub məni həkimin yanına apardı. Həkimdən xahiş etdi ki, xəstəni sağalda bilmirsə də, heç olmasa əvvəlki vəziyyətinə qaytarsınlar. Həkim yenə emosional tərzdə əlindən gələni etmiş olduğunu, vəziyyətimin ağırlaşmasına cavabdeh olmadığını söylədi: “Siz mənim yanıma gəlməsəydiniz belə, zatən ağırlaşmaq üzrəydiniz ki, belə şey baş verib. Yazdığım müalicənin sizə heç bir ziyanı ola bilməz”. Bir növ elə danışdı ki, mənim ağırlaşma vəziyyətimdə müraciət etməyim onun bəxtsizliyidir. Halbuki, mən onun yanına gedəndə hazırki şikayətlərim yox idi, tamam başqa şikayətlər idi. Yeri gəlmişkən, mən həkimin yanına gedəndə başqa tibb mərkəzində çıxartdırdığım USM müayinəsi nəticəsini aparmışdım. Əgər daha əvvəlki USM müayinəsində qara ciyərimin ölçüləri 150-yə qarşı 155 idisə və həkim bu göstəricinin müalicəyə ehtiyaclı olduğunu demişdisə, sonrakı ultrasəs müayinəsində həmin göstərici artıq 180 çıxmışdı. Bundan başqa, həkimin “müalicəsindən” sonra böyrəyimdə 16 mm-lik kista yarandı, həmçinin kreatinin səviyyəsi qalxdı,böyreyimde şiddetdi ağrılar yarandı.Qol altımda, sinəmdə, çənəmin altında çoxsaylı limfalar yarandı. Həkimin qarşısına USM nəticələrini qoyanda dedi ki, bu müayinə nəticələrini qəbul etmir, bir sözlə, hər şeydən boyun qaçırdı. Bundan sonra həyat yoldaşım həkimdən indiyədək mənim üzərimdə hansı müalicə vasitələri tətbiq edibsə, hamısının siyahısını istədi. O, bizi bayıra çıxardı, köməkçisini çağırdı, kağıza siyahı yazıb bizə verdilər. Düzü, həmin siyahıda həqiqətən bütün məruz qaldığım müalicə vasitələrinin əhatə olunduğu tam inandırıcı gəlmir. Həkimin son sözü bu oldu ki, “sənin vəziyyətin zatən ağırlaşmaq üzrəymiş, get MRT müayinəsindən, onkoloji müayinələrdən keç” və s. Onun danışıqlarının məna kəsb etmədiyini görüb klinikanı tərk etdik. Sonuncu analizlərimin nəticəsi kimi bəlli oldu ki, şəkərimdə yüksəlmə, insulin dirənci var. Biokimya testində qlükoza səviyyəsi normalda 70-100 aralığında olmalı halda, əvvəlki neticem 112-idi.Bu müaliceden sonra 156 mg/dL göstəriciyə qalxdı. Qara ciyer sınaqlarimda yükselib
ALT- 77, AST- 48 olub. Hazırda əlim-ayağım şişib, əmək qabiliyyətimi itirmişəm. Hərəkət edə bilmirəm, oturub-durmağıma mütləq kimsə əlimdən tutub köməklik etməlidir”.

Ülya Quliyeva klinikada tibbi xidmətin haqqının ödənişi məsələsində şəffaflığın, hesabatlılığın olmadığını deyib: “Bir daha xatırladım ki, qəbula ödədiyim 100 (bir yüz) manatın çeki verilmədi, özləri mənə verdikləri dərmana görə ödədiyim 155 (bir yüz əlli beş) manata görə də çek təqdim olunmadı. Vurulan sistemlərin də nağd şəkildə ödədiyim pullarına görə qəbz verilmədi. Yalnız kartla ödədiyim pullara görə qəbz verilirdi”.

Ümumilikdə iki min manata yaxın xərcim çıxmağına baxmayaraq xəstəliyim nəinki azaldı, əksinə məndə olmayan digər ciddi xəstəliklər yarandı.

Vət. Sadıxova başına gələnlərin mediada ictimailəşdirilməsi ilə aidiyyəti qurumların diqqətini problemə yönəltmək, Ülya Quliyevanın ona hədər yerə xərclətdirdiyi iki min manata qədər pulların geri qaytarılmasına nail olmaq istəyir.

Aidiyyatı qurumlara ünvanladığımız müraciətə cavab aldıqdan sonra mövzuya yenidən qayıdacağıq.

P.S. Qarşı tərəfin mövqeyini öyrənmək üçün klinikanın 012-310-00-22 iş nömrəsinə zəng edib və 070-653-00-33 votsap nömrəsinə yazıb məlumatlandırsaq da, klinikadan bildirdilər ki, müraciətiniz aidiyyatı üzrə yönləndirilib. Nə vaxt deyilən faktlara mövqelərini bildirsələr qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Deryaz.az

Oxunub: 5 106
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Dünya

24-06-2024, 18:47

Qaziyə hörmətsizlik edilən doğum evindən daha bir ŞİKAYƏT: Pasiyentinə "Mənim arxam o qədərdir ki, sizi yer üzündən silərik" dedi

Gündəm / Cəmiyyət

5-06-2024, 09:20

Xırdalanda ev aldı, rəsmi şəkildə adına keçirdi, amma… - MÜRACİƏT

Gündəm / Cəmiyyət

29-05-2024, 14:58

Gəncənin icra başçısının qəbuluna yazılıb, AMMA... - onu qəbul eləyən olmayıb...

Gündəm / Araşdırma

9-05-2024, 12:59

Xəstələri şikəst edən `Lor Hospital`… - NARAZILIQ VAR...

Gündəm / Araşdırma

20-04-2024, 12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

Gündəm / Cəmiyyət

17-04-2024, 18:48

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

Gündəm / Araşdırma

13-04-2024, 12:16

"Azər Kərimov məni səhv əməliyyat edib..." - GİLEY

Gündəm / Araşdırma

7-03-2024, 10:28

Yeyinti aşkarlanan xəstəxanada ÖZBAŞINALIQ - MÜRACİƏT

Gündəm / Cəmiyyət

30-01-2024, 13:40

Səhiyyə Nazirliyinin “Dent Star” stomotolji klinikasının varlığından xəbəri var? - ŞİKAYƏT

Gündəm / Cəmiyyət

20-12-2023, 08:55

`Ege Hospital`da POZULAN HİPPOKRAT ANDI... - BU NƏDİ BELƏ?!

Gündəm / Cəmiyyət

17-10-2023, 08:45

“Baş həkim deyir ki, orqanların fəaliyyətini itirib, yeriyə bilməyəcəksən, amma bu haqda arayış vermir” – ŞƏRUR SAKİNİ ADƏM İMANOVDAN ŞİKAYƏTÇİDİR

Gündəm / Araşdırma

10-10-2023, 08:28

“Olympus MMC” ÖZBAŞINALIĞI: Vətəndaş nə etsin? - “Evin sökülməsi ilə razılaşmadığım üçün qazı və suyu kəsiblər”

---

29-08-2023, 21:59

"İndi Əmək Müfəttişliyi bizə 4 min manat cərimə yazıb" - GİLEY

Gündəm / Cəmiyyət

1-06-2023, 18:17

Mədəniyyət idarəsində QALMAQAL: intihar anonsu verildi - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

9-05-2023, 11:36

Ağstafa səhiyyəsi ACINACAQLI DURUMDA... - İTTİHAM VAR!

Araşdırma
İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Saleh Məmmədov getdi, vurduğu ziyan illərlə qalacaq - Yeraltı piyada keçidləri düzgün tikilməyib- VİDEO
‘Möcüzə’ Market niyə toxunulmazdır? - NARAZILIQ VAR...
Sabah 23 dərəcə isti olacaq
XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır
NDU-da Tender "Ehtiyatı": 8 minlik yanacaq + Qalib şirkətdəki Talıbov izləri və keçmişi
Hadisə
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
22-03-2026, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
22-03-2026, 12:00
Ağsuda iki evdə yanğın oldu
15-03-2026, 14:30
Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
15-03-2026, 12:30
Dəm qazından boğulub ölən Lətafətin - Fotosu
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 15:49
    “Eyni vaxtda 17 istiqamətdən hücum ediblər”
  • Bu gün, 15:19
    İcra başçısı Novruz şənliyində 17 min manatlıq qoz-fındıq, şəkərbura, yumurta yeyib
  • Bu gün, 14:29
    Polis 763 çağırışa reaksiya verib
  • Bu gün, 14:21
    UNESCO Azərbaycandakı məktəbəqədər təhsil nailiyyətlərini nümunə göstərdi
  • Bu gün, 14:01
    Azərbaycanda 2 ayda istehsal olunan güc transformatorlarının sayı açıqlanıb
  • Bu gün, 13:50
    Sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib
  • Bu gün, 13:38
    Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb
  • Bu gün, 13:23
    Dağıstanda leysan yağışları səbəbindən 60 mindən çox insan işıqsız qalıb
  • Bu gün, 13:15
    KİV: İranın Səudiyyə Ərəbistanındakı ABŞ aviabazasına hücumları nəticəsində 29 amerikalı hərbçi yaralanıb
  • Bu gün, 13:06
    Amerikalı basketbolçu Maykl Rayt: "Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır"
  • Bu gün, 12:58
    PUA hücumları nəticəsində Küveyt hava limanının RLS-i zədələnib
  • Bu gün, 12:45
    Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda növbəti dəfə çıxış edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə