• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bir də yuxudan oyanarlar ki, 5 il keçdi - Gecə qutudan çıxan deputat gündüz parlamentdə yatar

Gündəm / Araşdırma

25-09-2024, 15:38

Bir də yuxudan oyanarlar ki, 5 il keçdi - Gecə qutudan çıxan deputat gündüz parlamentdə yatar

Azərbaycan xalqının millət vəkili sarıdan bəxti gətirmədi ki, gətirmədi. O parlamentin ki tərkibi seçkidən əvvəl bəlli ola, ondan nə gözləyəsən?! O parlamentə ki kimlərin mandat alacağının tam siyahısını əvvəlcədən səhih biləsən, xalq Milli Məclisindən daha nə istəsin? Budur, ilk iclas başlar-başlamaz, siftə elədilər: kimisi yuxuladı, kimisi əsnədi, kimisi mürgülədi, kimisi də donuq və ifadəsiz nəzərlərlə prezidentin çıxışını dinlədi; bir çoxunun üzündə isə nə bir məna var, nə bir emosiya, nə bir reaksiya... Sanki zorla gətirib ora oturdublar bir çoxlarını. Hər şey bir yana, axı ilk iclasdır, axı Prezident İlham Əliyev çıxış edir, axı dünya və Azərbaycan sizə baxır, heç olmasa burada 1-2 saat dözmək olmazdımı? Amma bəlkə də təzə və köhnə deputatların haqqına giririk, gecəni rahat yatmayıblar, həyəcandan gözlərinə yuxu getməyib, səhəri tavana baxaraq açıblar, ona görə iclasda dözmədilər, yuxu gözlərindən töküldü, Prezident danışa-danışa xumarlanıb yatdılar. Onları lentə alanlar da "insafsızlıq" ediblər, yorğunluqlarını nəzərə almayıblar. Adamın lap yazığı gəlir, ürəyi yanır ki, fədakar, gecəsini gündüzünə qatan, seçkidə qarışqa kimi işləyən, səhərdən axşama kimi seçicilərin yanında olan deputatlar indi necə yorğun-arğındırlar. Ona görə qınamaq lazım deyil, belə gərgin, həyəcan dolu seçki kampaniyasından hansı deputat qalib çıxsa, ilk iclasda mürgüləyər. Özü də necə şəffaf, maraqlı, qızğın rəqabət şəraitində seçkilər keçirilibsə, Anaxeber.info-nun bir ay əvvəldən yaydığı siyahıdan 123 nəfərin adı düz çıxdı, ikisini isə heç kəs tanımırdı deyə təxmin etmək olmamışdı. Ona görə də ürəklərinə salmasınlar, elə bu minvalla davam eləsinlər, iclaslarda yuxulasınlar, lazım gələndə qulaqlarına pambıq da taxsınlar ki, birdən həmkarlarından biri bərkdən danışar, bilməz, çaşıb uşaq pulundan, kommunal xərclərin bahalığından, limitlərin ləğvindən, cərimələrin yüksək olmasından, hər şeyin bahalaşmasından, korrupsiya və monopoliyadan ağzına gələni danışıb şər-böhtan atar, yanında yatmışları narahat edib oyadar, yuxularına haram qatar. O baxımdan qulaqcıq da pis deyil, pambıq çox kustar üsuldur, amma qulaqcıqla həzin musiqi sədaları altında yuxuya getmək olar. Lazım gəlsə, Elza Seyidcahan "lay-lay deputatım, lay-lay" mahnısı bəstələyər.
İntəhası, bizim deputatların arasında yatanlar üçün daha komfort şərait yaradılmasını təklif etmək lazımdır. Əvvəla, parlamentdə oturduqları kreslolar narahatdır, adam yuxulayanda bixəbər başı gedir, yaxşısı Milli Məclisdə ayrıca çarpayı qoymaq lazımdır. Kimin yuxusu gəlsə, gedib uzanıb yuxusunu alsın. Misal üçün Yaponiyada iş yerlərində işçilərə belə şərait yaradılır. Onsuz da parlamentdə gedən müzakirələri dinləməyə həvəs də yoxdur, üstəlik, yorucudur. Məsələn, Prezidentin iştirak etdiyi iclasda mürgüləyənlərdən biri Könül Nurullayeva idi. Digəri "çiçəyi burnunda" deputat, hələ mandatın ləzzətini çıxarmamış Əlibaba Məhərrəmzadə idi, elələri də vardı ki, heç tanımaq olmurdu. Necə deputatdırlar ki, tanımaq da olmur. Bu da bir ayrı dərd.
Kəsəsi, axı onların nəyinə lazımdır ki, iclasda Siyavuş Novruzov nə deyəcək, yaxud Cavanşir Feyziyev nə danışacaq. Onsuz da 30 ildir danışırlar. Ondansa gedib yatmaq yaxşıdır. Hətta elələri var ki, 5 ildə bir dəfə ağızlarını açmırlar. Onlara el içində "lal deputat" deyirlər. Həmin deputatlar yuxulamağı tam haqq edirlər. Çünki parlamentdəki əksər çıxışları dinləyib əsəbləşməkdənsə, yuxulamaq yaxşıdır. Psixoloqlar da tövsiyə edirlər ki, yatmaq beynin inkişafına kömək edir, xüsusən də günortalar yarım saat da olsa mürgüləmək lazımdır. Nəzərə alsaq ki, parlamentin iclasları günortaya qədər davam edir, o zaman qarşıdan gələn "qış yuxusu"na getmək olar. Və beləcə gözlərini açıb görəcəklər ki, yatdılar, yatdılar, 5 ilin tamamına çatdılar, növbəti seçkilərə hazırlıq başlayır. Üsətəgəl, əgər özlərini yaxşı aparsalar, daha 5 il yuxulamaq mandatı qazanacaqlar, sağlıq olsun, biz də seçkiyə bir ay qalmış siyahını yayacağıq. Amma bu dəfə oxuculara söz veririk, heç iki dairədə də səhv etməyəcəyik, 125 dairədən kimlərin deputat olacağını qabaqcadan dəqiq təqdim edəcəyik. Bu dəfə iki yerdə səhv etdiyimizə görə adam lap xəcalət çəkir. O vaxta qədərsə mürgüləyən deputatlarımıza ancaq bunu arzulamaq olar - yuxunuz şirin olsun!

Azər Talıbov
Anaxeber.info

Oxunub: 6 734
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Siyasət

23-09-2024, 11:45

MM-də iclas: İlham Əliyev iştirak edir

Cəmiyyət

2-09-2024, 09:08

Onların ataları da deputat idi, özləri də mandat aldı... - ADLAR...

Gündəm / Cəmiyyət

29-08-2024, 19:15

Eldar Quliyevi “ömürlük statusa” həvəsləndirən nədir? - HƏQİQƏTƏN DƏ...

Gündəm / Araşdırma

13-08-2024, 18:30

71 saylı dairənin QARA YAZISI... - AXI NİYƏ?

Gündəm / Araşdırma

8-08-2024, 18:15

Əmlak məsələsi onlardan sorulur... - SİYAHI

Gündəm / Cəmiyyət

5-08-2024, 15:02

Daha beş il susmaq üçün YENİDƏN NAMİZƏDDİR... - AXI NİYƏ?

Araşdırma

10-06-2024, 11:15

Milli Məclisdə daha bir deputat yeri boşalır: Millət vəkili icra başçısı təyin edilir? - İDDİA

Gündəm / Cəmiyyət

24-05-2024, 14:39

Azərbaycanda kataloqdan "ər" seçmək: Bu biznesdən XƏBƏRİNİZ VAR? - ARAŞDIRMA

Gündəm / Araşdırma

15-02-2024, 22:11

MM sabah toplanır: Baş nazirliyə namizəd kimdir?

Gündəm / Araşdırma

13-12-2023, 11:59

Heç bu deputatların səsini eşitmişiniz? – İllərlə parlamentdə susanlar...

Gündəm / Araşdırma

1-09-2023, 12:00

Vasif Talıbovdan sonra BU DA OLDU: İşçiləri QOVURLAR... - NARAZILIQ VAR!

Gündəm / Siyasət

5-07-2023, 10:40

Prezident İlham Əliyev tədbirdə çıxış edir - VİDEO

Gündəm / Cəmiyyət

27-06-2023, 13:00

Deputat Sevinc Hüseynova kimin qohumudur? - AKTUAL

Gündəm / Siyasət

14-06-2023, 14:16

Milli Məclis Prezident və xanımını TƏBRİK ETDİ

Gündəm / Siyasət

12-05-2023, 14:04

Milli Məclisin xüsusi iclası keçiriləcək

Araşdırma
Yenə “İdeal TM” - “Azəristiliktəchizat”ın keçirdiyi tenderin qalibi bu şirkət oldu
Peşə Mərkəzi çilingər emalatxanasını "POLİNOM" MMC-yə həvalə etdi: 25 minlik tender tamamlandı
Novxanıda dənizkənarı ərazidə qanunsuz tikinti aparılır? - VİDEO
Kənan Basqala hökm oxundu
Kapadokiyadan yarımçıq təkzib - direktor niyə təşvişə düşüb?
Həsən Şərifovun çox milyonluq YEYİNTİSİ - necə gizlədib?
Hadisə
Bu gün, 11:17
Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video
Bu gün, 10:45
Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü
Dünən, 10:50
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
1-08-2026, 16:32
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
1-08-2026, 12:42
Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
31-07-2026, 09:36
Vüsal Nəsirli hələ "təmizlik işi" görür - Əsas işlər hələ gözləyir
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 19:00
    Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
  • Bu gün, 18:00
    Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
  • Bu gün, 17:53
    Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
  • Bu gün, 17:21
    QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...
  • Bu gün, 16:16
    "Vidadi İsayev deyir ki, ona söz deyə bilmərəm, deputat Fatma Yıldırımın adamıdır" - Bərdədə özbaşınalıq
  • Bu gün, 14:54
    "Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə