• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Deyəsən, xalqımız Sahil Babayevi gündüz “əli çıraqlı” axtarmalı olacaq... - GÖRÜNƏNİ BUDUR...

Gündəm / Cəmiyyət

15-02-2025, 10:06

Deyəsən, xalqımız Sahil Babayevi gündüz “əli çıraqlı” axtarmalı olacaq... - GÖRÜNƏNİ BUDUR...

Azərbaycanda vətəndaşların ən çox narazı olduğu, eynilə ən çox şikayət olunan rəsmi qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olduğu şübhəsizdir. Buna hardasa normal yanaşmaq olar, çünki əhalinin xüsusilə imkansız təbəqəsi ilə məhz bu qurum məşğul olur. Bu zaman isə haqlı və yaxud haqsız şikayətlərin ortaya çıxması anlaşılandır. Çünki bu quruma müraciət edən onminlərlə, bəlkə də yüzminlərlə vətəndaşın hamısını razı salmaq mümkün deyil.

Amma çox təəssüflə qeyd edirik ki, Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilən gündən bu qurumdan haqlı şikayətlərin sayı surətlə artmağa başladı. Büdcəni doldurmaq, daha dəqiq desək xalqın pulunu onun özünə xərcləməmək üçün bütün yollara əl atıldı. Çarəsiz, bir qarın çörəyə möhtac insanlar ölümə tərk edildi. Ümumiyyətlə, vətəndaşlara insan gözü ilə yanaşılmadı, müxtəlif bəhanələrlə minlərlə, onminlərlə insan açlığa, səfalətə sürükləndi.

Sahil Babayev bu “xidmətləri”nin qarşılığında daha yüksək vəzifə ilə mükafatlandırılsa da, yeni “sosnazir”in sələfindən daha rəhmli olacağı güman edilirdi. Ən azı ona görə ki, onun qanında erməni qarışığı yoxdur, millətimizin bir fərdidir. Amma necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır”.

Belə ki, son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətlərin artması, ən əsası isə insanların haqsız yerə süründürməçiliyə məruz qoyulması faktları artdığından, istər-istəməz belə düşünməyə məcbur oluruq ki, deyəsən, Anar Əliyev sələfinin ölənlərinə rəhmət oxutdurmağa gəlib. Belə getsə, xalqımız Sahil Babayevi gün işığında “əli çıraqlı” axtaracaq.

Hörmətli oxucularımızın diqqətinə çatdıraq ki, bir neçə ay əvvəl Azərbaycan Respublikasının vətəndaşı Əliyeva Nuranə Azad qızı redaksiyamıza müraciət edərək, Əmək və Əhalinin Sosial Nazirliyindən olan şikayətini dilə gətirmişdi. Xarici ölkə vətəndaşı olan həyat yoldaşının günəmuzd fəhləlik etdiyini bildirən N.Əliyeva qeyd etmişdi ki, iki azyaşlı uşaqları ilə yataqxanada çox acınacaqlı vəziyyətdə yaşayırlar. Onun sözlərinə görə, həyat yoldaşının aylıq gəliri təxminən 350 manat olur ki, bununla da 4 nəfərin dolanması olduqca çətindir.

Bu səbəbdən o, 2023-cü ilin ikinci yarısında ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Müraciəti araşdırıldıqdan sonra ona 1 illik ünvanlı sosial yardım ayrılması ilə bağlı qərar qəbul edilib. Bu müddət başa çatdıqdan sonra N.Əliyeva yenidən müvafiq sənədləri toplayaraq, nazirliyə təqdim edib. Təxminən 2 ay sonra qurumun “qaynar xətti” ilə əlaqə saxladıqda ona bildirilib ki, həyat yoldaşı xarici vətəndaş olduğu, ən əsası rəsmi iş yeri olmadığı üçün ona ünvanlı sosial yardım verilə bilməz. Bu zaman N. Əliyeva haqqlı olaraq sual verib ki, əgər həyat yoldaşının rəsmi gəliri olmadığı üçün ona ünvanlı sosial yardım düşmürsə, bəs 2023-cu ildə nə üçün müraciətinə müsbət cavab verilib? Təəssüf ki, qurumun məsul əməkdaşı bu sualı cavablandırmaqda aciz qalıb.

Qeyd edək ki, N.Əliyevanın “Hüriyyət”ə müraciəti ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə sorğu ünvanladıq. O, əməkdaşımıza yazılı cavabında qeyd etdi ki, N.Əliyevaya imtina verilməsi nazirliyə təqdim olunan sənədlərdə həyat yoldaşının xarici vətəndaş olduğunu qeyd etməməsi ilə bağlıdır, təkrar müraciət etsin:

“Əliyeva Nuranə Azat qızının ünvanlı dövlət sosial yardımla bağlı elektron sistemə sonuncu müraciəti 6 noyabr 2024-cü il tarixində olub. Müraciətə əsasən ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilsə də, imtina qərarı sistem tərəfindən verilib. İmtinaya səbəb əmək qabiliyyətli üzv olan Ramil Alıevin orta aylıq gəlirinin özündən asılı olan səbəblərə görə sıfıra bərabər olması olub. Belə ki, həmin şəxs ərizə-bəyannamədə əcnəbi olaraq qeyd edilmədiyindən sistem tərəfindən ailə üzvündə nəzərə alınaraq məşğulluğunun olmaması səbəbi ilə imtina qərarı verilib.

Qeyd edək ki, ailənin yardımla bağlı 2023-cü ildə olan təyinat statuslu müraciətində R.Alıevin əcnəbi olması barədə məlumat ərizə-bəyannamədə qeyd edilmişdir. Bu səbəblə həmin şəxs ailə tərkibində nəzərə alınmadığından məşğulluğu yoxlanılmamış və təyinat qərarı verilmişdir.

Ailə yardımla bağlı yenidən müraciət edərkən R.Alıevin əcnəbi olması barədə məlumatı ərizə-bəyannamədə qeyd edərsə, ailənin hüququna yenidən baxılacaq və bu səbəbdən çətinlik yaranmayacaq”.

Maraqlıdır ki, R. Mehdilinin məlum açıqlamasından sonra yenidən DOST mərkəzinə müraciət edən N.Əliyevaya bu dəfə də imtina cavabı verilib. Üstəlik, qurumun əməkdaşı onu təhdid edərcəsinə bildirib ki, 2023-cu ildə ona ayrılan sosial yardım “qanunsuz olub”, bu səbəbdən geri alına bilər.

Təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yetkili əməkdaşının vətəndaşla bu cür davranışı onu narahat etməyə bilməzdi. Görəsən, o, kimdən cəsarət alıb, vətəndaşla bu cür danışır?!

Ən dəhşətlisi isə odur ki, bu qurumun vəzifəli şəxsi olan Rəşad Mehdilinin mətbuata rəsmi açıqlamasında vətəndaşın haqlı olduğu dolayısı ilə öz təsdiqini tapsa da, nazirliyin müvafiq qurumu çarəsiz xanımı təhdid edir, onunla şantaj dilində danışır. Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən vətəndaşlarımız hələ “çox çəkəcək”. Görünür, yeni “sosnazir”in sələfinin erməni qohumlarına belə, rəhmət oxudacağı haqda şübhələrimiz heç də əsassız deyil.

Hüriyyət

Oxunub: 3 367
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

13-02-2025, 18:11

Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ

Gündəm / Cəmiyyət

7-02-2025, 16:13

Prezident Anar Əliyevi nazir təyin etdi

Gündəm / Siyasət

6-02-2025, 16:51

Sahil Babayev maliyyə naziri təyin edilib

Gündəm / Araşdırma

23-12-2024, 10:52

Sahil Babayevə növbəti fakt: 21 baş xəstə heyvan tələf oldu - Foto

Gündəm / Cəmiyyət

21-12-2024, 14:59

Sahil Babayev nə üçün Qida Təhlükəsizliyi Agentliyini hədəfə gətirdi? –ƏHALİYƏ XƏSTƏ HEYVANLARIN VERİLMƏSİNƏ GÖRƏ AQTA MƏSULİYYƏT DAŞIYIR, YOXSA NAZİR YALAN DANIŞIR?

Gündəm / Araşdırma

26-11-2024, 16:50

“Orada 80 faiz əhalinin məşğulluğu təmin edilib”

Gündəm / Araşdırma

20-06-2024, 11:02

Dövlət qayğısının ARZUOLUNMAZ SAHİLİ... - O DA YARITMADI...

Gündəm / Cəmiyyət

2-05-2024, 12:53

Qazi Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi qarşısında üsyan etdi VİDEO

Gündəm / Özəl

24-04-2024, 10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Gündəm / Cəmiyyət

11-04-2024, 15:25

Nazir mərkəz direktorlarını dəyişdi - Bu xanımlara da vəzifə verdi

---

29-03-2024, 11:26

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Gündəm / Cəmiyyət

25-01-2024, 18:59

DSMF-nin Ağdam şöbəsində sağlam şəxslər NECƏ "ƏLİL" OLUR? - Dövlətin külli miqdarda vəsaiti talan edilir

Gündəm / Cəmiyyət

18-12-2023, 18:35

“Sahil Babayev və “komandası” körpə uşaqların haqqına girir” - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

28-08-2023, 11:01

Ucar sakini buna görə şikayətçi düşüb... - MÜRACİƏT

Gündəm / Araşdırma

25-08-2023, 12:26

72 yaşlı qadın 2,5 milyon manatlıq dövlət sifarişini necə həyata keçirəcək, ay Sahil Babayev?

Araşdırma
Yenə “İdeal TM” - “Azəristiliktəchizat”ın keçirdiyi tenderin qalibi bu şirkət oldu
Peşə Mərkəzi çilingər emalatxanasını "POLİNOM" MMC-yə həvalə etdi: 25 minlik tender tamamlandı
Novxanıda dənizkənarı ərazidə qanunsuz tikinti aparılır? - VİDEO
Kənan Basqala hökm oxundu
Kapadokiyadan yarımçıq təkzib - direktor niyə təşvişə düşüb?
Həsən Şərifovun çox milyonluq YEYİNTİSİ - necə gizlədib?
Hadisə
Bu gün, 10:50
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
Dünən, 16:32
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
Dünən, 12:42
Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
31-07-2026, 09:36
Vüsal Nəsirli hələ "təmizlik işi" görür - Əsas işlər hələ gözləyir
26-07-2026, 13:00
Dənizdə batan Ümid müstəntiq işləyirmiş
26-07-2026, 10:30
Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 16:00
    Çində daşqın nəticəsində 25 nəfər ölüb
  • Bu gün, 15:00
    İran yenidən İraqın şimalına zərbə endirib
  • Bu gün, 14:00
    İlham Əliyev və Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib
  • Bu gün, 13:00
    Kartdan-karta köçürmələrə limit qoyuldu
  • Bu gün, 12:30
    Trampın Ukrayna danışıqları ilə bağlı qərarı - Açıqlandı
  • Bu gün, 11:25
    Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə