• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gülbəniz Babaxanlıdan sonra Əlyazmalar İnstitutunda vəziyyət nə yerdədir?

Gündəm / Araşdırma

17-02-2025, 18:33

Gülbəniz Babaxanlıdan sonra Əlyazmalar İnstitutunda vəziyyət nə yerdədir?

Bir müddət öncə mətbuatda gedən “Əlyazmalar İnstitutunun direktoru kimdir? Gülbəniz Babaxanlı ya Teymur Kərimli?”, ardınca da tiktok və youtubeda yayılan “Gülbəniz Babaxanlının özbaşınalıqları davam edir” başlıqlı yazılardan sonra nəhayət, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gülbəniz Babaxanlıya ərizəsini yazdıra bildi.
Bəli, G.Babaxanlının Hüseyn Cavidin Ev Muzeyindəki 20 illik, Əlyazmalar İnstitutunda isə 10 illik işğalına son qoyuldu. Hamı onun gedişinə elə sevinir ki, sanki Qarabağ işğaldan azad olunub. G.Babaxanlının saytlardan məqalələri pulla sildirməsi də köməyinə çatmadı. Hətta G.Babaxanlının kürəkəni tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov da şöbə müdirliyindən imtina edərək yarımştat da olsa işçi kimi qalmaq istəmişdi.
Lakin çıxan məqalələrdən sonra tam olaraq işdən ərizəsini yazıb çıxdı. Bunlardan sonra gözlər çevrildi Əlyazmalar İnstitutuna. Məqalələrdə rüşvətdə və özbaşınalıqda adı hallanan institutun Həmkarlar İttifaqının sədri Samirə Əliyeva və baş mühasib Leyla Cavadova isə yerlərində qalaraq yenə də köhnə “fəaliyyətlərini” davam etdirirlər. Bundan başqa institutda boş qalan elmi işlər üzrə direktor müavini vəzifəsini isə AMEA rəhbərliyi boş qoymadı.
Əlyazmalar İnstitutunda vakant olan elmi işlər üzrə direktor müavini vəzifəsini G.Babaxanlı üçün saxladırdı. Cari ilin martın 1-i onun müqaviləsinin vaxtı bitirdi. Lakin mətbuatda işıqlanan xəbərlərdən sonra G.Babaxanlı işdən azad olunduğu üçün akademik İsa Həbibbəyli direktor müavini vəzifəsinə öz cəsusu filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovu təyin etdi. Ə.Bağırov həmin institutun şöbə müdiri, dosent, mətnşünas, farsşünasdır. Vaxtilə xasiyyətcə qalmaqallı şəxs olan Ə.Bağırov alimlərlə plagiat, mübahisələrlə bağlı məhkəmələrdə çəkişmələrdə idi. AMEA prezidenti, akademik İ.Həbibbəyli onu çağırıb dedi ki, səni şöbə müdiri qoyuram, bir şərtlə: heç kəslə qalmaqal etmə. Bir də mənə cəsusluq et, hər şeyi mənə xəbər ver. Neçə vaxtdır müavin yeri boş idi. Filologiya üzrə fəlsəfə doktoru S.Əliyeva 3 ay bu vəzifədə əvəzçiliklə işləmişdi, lakin əvvəlki yazılarda da qeyd olunduğu kimi adı korrupsiyada hallandığı üçün vəzifədən azad edildi. Onsuzda indi də Həmkarlar İttifaqında korrupsiya məsələlərinə, pul yazıb silmələrə davam edir. Təbii ki, bundan AMEA və institut rəhbərliyinin xəbəri var.
G.Babaxanlının gedişi ilə Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli istiqlal qazandı. 10 illik G.Babaxanlı əsarətindən qurtuldu. Artıq möhür, ştamp özündədir. Qazancını G.Babaxanlı ilə bölməyəcək. Tək yeyib yuxarının haqqını verəcək. T.Kərimli dostu Ə.Bağırovu da razı salacaq. Ona da nəsə ödənişlər edəcək. Məlum məsələdir ki, Ə.Bağırov da rüşvət alanlardandır. Müdafiələrdə aldığı rüşvətlər hamıya məlumdur.
AMEA düzəlmir ki, düzəlmir baba. 73 yaşında ötən il insult keçirmiş bir insanı müavin təyin edirlər. İsa müəllimin oğlunun, qardaşının əməlləri, akademiyada baş verən əyintilər, qalmaqallar, neqativ hallar əmək fəaliyyətinə pis təsir edib. Əmək qabiliyyətini itirmək üzrədir. Yaxşı olar İ.Həbibbəyli oturub evdə “şedevr” əsərlərini yazsın. İldə 170 elmi məqalə, 6 kitab yazır. Deyir mən yatmıram.
Biz inanırıq ki, özü yazır, yazdırmır. Evdə otursa 365 elmi məqalə, 200 kitab yazar bir ilin içində. Balam, ay qadanızı alım, İsa qağa dahidir də. AMEA-nın işi Allaha qalıb. Görək axırı nolajax. P.S. Bu gün Əlyazmalar İnstitutunda Elmi Şura çağırılıb. Rəyasət Heyətinin Elm şöbəsinin müdiri Sərxan Xavəri və kadrların rəisi Aynur Mahmudova qocaman Əkrəm Bağırov Daxil oğlunu müavin kimi kolkektivə təqdim ediblər. T.Kərimlinin qanı qaraymış. Əkrəm bəylə zahirən dost olsa da öz adamı var imiş. İsa müəllim agenti Ə.Bağırovu Teymur Kərimliyə nəzarətçi qoyub.

Müasir texnalogiyadan, internetdən, ekektron bilgilərdən başı çıxmayan Ə.Bağırov danışılanları anlamır, yazıq- yazıq baxırmış ki, mən nə təhər işləyəcəyəm, ay qadanızı alım? Həm də Teymur müəllimin qara işlərini gərək İsa müəllimə xəbər verim, çuğulluq etməkdən bezmişəm, o qəriblikdəki balalarım canı.
Hələ bunlar harasıdır ki? Elmi işlər üzrə direktor müavini institutun elmi katibi ilə eyni otaqda oturacaq. O boyda institutda bir otaq tapılmadı direktor müavini üçün? Əslində otaq var.
Lakin G.Babaxanlının qızı tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanlı işə normal gəlib-getməməsinə baxmayaraq, direktor müavini otağını təkcə özü üçün zəbt etmişdir. Anası getdi amma qızı qaldı. Axı hələ də G.Babaxanlıya institutda baş verən xəbərləri çatdıran lazımdır.
Bunlardan başqa Əlyazmalar İnstitutunda əlyazmaların alınması məsələsi də ayrı bir problemdir. Xəbərlərdə pafoslu yazılarla xaricdən bu qədər əlyazma almışıq deyən institut rəhbərliyi əslində həmin əlyazmaları ya internetdən tapıb yükləyir, ya hədiyyə verilir, ya da xaricə ezamiyyə yazdıraraq kimisə yalandan göndərir hədiyyə kimi gətirilən əlyazmanı 30, 40, hətta 100 min manat pulu yazdıraraq dövlətdən alıb cibinə qoyur. Əlyazma bərpaçılarının isə günü qaradır. Onlara nə xaricdə kurs keçməyə şərait yaradılır, nə kimyəvi məhsullarla işlədikləri üçün əlavə ödəniş verilir. Əllərində olan cüzi materialla kustar üsullarla da olsa əlyazmaları bərpa etməyə çalışırlar.
Axı tarixi abilərə belə laqeydliklə yanaşmaq olmaz. Onları yalnız pul mənbəyi kimi görüb Mirzə Ələkbər Sabirin dili ilə desək “Qoy mən tox olum, cümlə-cahan batsa da batsın” hərəkətini etmək bir alimə, elm ocağının rəhbərliyinə yaraşırmı? Bir ölkənin tarixini, mədəniyyətini silmək istəyirsənsə onun əlyazma, arxiv materiallarını məhv etmək kifayətdir. Eh, Əlyazmalar yanmır deyirlər, bunlar isə yandırır. AMEA və institut “rəhbərləri”nin əməlləri bütün alimləri yandırır. Atalar düz deyir: “Balıq başdan iylənər”. Akademik İsa Həbibbəyli akademiyanı məhv elədi. Ölkə rəhbəri Cənab Prezident yəqin bunların dərsini verəcək...

Gundemxeber.az

Oxunub: 5 587
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

21-01-2025, 10:16

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR

Gündəm / Cəmiyyət

12-12-2024, 11:29

Əlyazmalar İnstitutunun "əllənən" tenderləri - AMEA-da müəmmalı satınalmalar...

Gündəm / Cəmiyyət

11-12-2024, 09:20

Gəncə şəhər 1 nömrəli məktəbdə rüşvət qalmaqalı - VİDEO

Gündəm / Araşdırma

29-11-2024, 10:03

Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI

Gündəm / Cəmiyyət

20-11-2024, 09:30

SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL

Araşdırma

6-09-2024, 17:48

Adı korrupsiyada hallanan Əzizağa Nəcəfovdan YENİ XƏBƏR

Gündəm / Araşdırma

26-08-2024, 12:27

Azərbaycan Təhsil İnstitutunda yeni təyinatlar olub - DETALLAR

Gündəm / Cəmiyyət

24-07-2024, 09:12

İbrahim Cəfərov burada da çox otura bilmədi... - İDDİA

Gündəm / Cəmiyyət

11-06-2024, 16:35

Kardiologiya İnstitutunda qarşıdurma: Baş həkim Gülnaz Dadaşovanı məhkəməyə verdi

---

14-02-2024, 17:04

Şöbə müdiri işdən çıxarıldı, narazı qaldı - NƏ BAŞ VERİB?

Gündəm / Araşdırma

26-12-2023, 14:08

Emin Əmirullayev Botanika İnstitutunda islahat aparacaq

Gündəm / Araşdırma

11-12-2023, 13:03

“Premium Bank”ın Müşahidə Şurasında dəyişiklik edilib – TƏYİNAT

Gündəm / İqtisadiyyat

22-05-2023, 13:29

Mehriban Əliyeva Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olub

Cəmiyyət

13-05-2023, 18:10

Bakıda evli kişi gizli görüşdüyü qadının başına oyun açdı

Gündəm / Siyasət

10-05-2023, 10:39

Gülnaz Dadaşovanın kardiologiya İnstitutunda “şumlama” əməliyatı davam edir - Atəşlə oynama!

Araşdırma
Yenə “İdeal TM” - “Azəristiliktəchizat”ın keçirdiyi tenderin qalibi bu şirkət oldu
Peşə Mərkəzi çilingər emalatxanasını "POLİNOM" MMC-yə həvalə etdi: 25 minlik tender tamamlandı
Novxanıda dənizkənarı ərazidə qanunsuz tikinti aparılır? - VİDEO
Kənan Basqala hökm oxundu
Kapadokiyadan yarımçıq təkzib - direktor niyə təşvişə düşüb?
Həsən Şərifovun çox milyonluq YEYİNTİSİ - necə gizlədib?
Hadisə
Bu gün, 10:50
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
Dünən, 16:32
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
Dünən, 12:42
Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
31-07-2026, 09:36
Vüsal Nəsirli hələ "təmizlik işi" görür - Əsas işlər hələ gözləyir
26-07-2026, 13:00
Dənizdə batan Ümid müstəntiq işləyirmiş
26-07-2026, 10:30
Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 16:00
    Çində daşqın nəticəsində 25 nəfər ölüb
  • Bu gün, 15:00
    İran yenidən İraqın şimalına zərbə endirib
  • Bu gün, 14:00
    İlham Əliyev və Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib
  • Bu gün, 13:00
    Kartdan-karta köçürmələrə limit qoyuldu
  • Bu gün, 12:30
    Trampın Ukrayna danışıqları ilə bağlı qərarı - Açıqlandı
  • Bu gün, 11:25
    Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə