• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Zəngəzur dəhlizi: Bakının yaratdığı reallığı artıq heç kim inkar edə bilmir

İqtisadiyyat

29-11-2025, 18:54

Zəngəzur dəhlizi: Bakının yaratdığı reallığı artıq heç kim inkar edə bilmir

Bakıda keçirilən MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası regionun nəqliyyat arxitekturasında yeni bir strateji dönüş nöqtəsi oldu. Azərbaycan, İran və Rusiya arasında imzalanan üçtərəfli Anlaşma Memorandumu yalnız bir texniki sənəd deyil, “Şimal-Cənub” dəhlizinin qərb seqmentinin real iqtisadi gücə çevrilməsi istiqamətində fundamental addım kimi qiymətləndirilir. Bu razılaşma tarif siyasətinin uzlaşdırılmasını, vahid qiymət mexanizminin tətbiqini və blok-qatarların koordinasiyalı hərəkətini təmin etməklə marşrutun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Dəhlizin üç əsas qolu - şərq, qərb və Trans-Xəzər seqmentləri son illərdə müşahidə edilən ticarət yükünün artımı fonunda daha böyük strateji çəkilər qazanır. Şərq marşrutu üzrə illik yükdaşımaların 2 milyon tona çatması, Trans-Xəzər xəttinin aktivləşməsi və qərb seqmenti üzrə artan dinamika, region ölkələrinin bu dəhlizi uzunmüddətli iqtisadi əməkdaşlıq platforması kimi gördüyünün göstəricisidir. Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran dəmiryolçularının koordinasiyalı işi nəticəsində Moskvadan Bəndər Abbasa daşımaların 27 gündən 16 günə endirilməsi isə dəhlizin praktiki səmərəsinin ən bariz nümunəsidir.

Qərb marşrutunun real potensialını müəyyən edən əsas amil Azərbaycanın inkişaf etmiş infrastrukturudur. Ölkənin şimal və cənub istiqamətlərində magistral yolların yenilənməsi, ödənişli yol sisteminin tətbiqi, 2018-ci ildən etibarən cənub istiqamətində yeni avtomobil magistrallarının istifadəyə verilməsi, habelə Ələt–Osmanlı–Astara layihəsi üzrə tikintinin davam etməsi tranzit sürətini və buraxıcılıq qabiliyyətini kəskin artıracaq. Bununla yanaşı, Astaraçay üzərində yeni dəmiryolu körpüsünün tikintisi və İran Astarasında terminalın yaradılması qərb seqmentinin texniki baxımdan tam yekunlaşmasına zəmin yaradır.

Regionun nəqliyyat xəritəsində növbəti həlledici addım Rəşt–Astara dəmiryolunun 2029-cu ilə qədər tamamlanması olacaq. Əgər bu dəmir yol xəttinin tikintisi nəzərdə tutulan qrafikdə başa çatarsa, o zaman şimaldan cənuba yüklərin fasiləsiz daşınması təmin olunacaq və dəhlizin tranzit həcmi yeni mərhələyə keçəcək. Paralel olaraq Zəngəzur dəhlizinin reallaşması Culfa üzərindən daha bir istiqamətin açılmasına imkan verəcək ki, bu da Azərbaycan ərazisindən İrana iki müstəqil çıxış xəttinin formalaşması deməkdir.

Üçtərəfli memorandumun iqtisadi nəticələri də bu baxımdan diqqət çəkir. Tariflərin unifikasiyası, prosedurların sadələşdirilməsi və blok-qatarların vahid qrafiklə hərəkəti Rusiya–Azərbaycan–İran xəttini daha proqnozlaşdırılan, stabil və sərfəli logistika platformasına çevirəcək. İran Dəmir Yollarının rəhbərliyinin qeyd etdiyi kimi, bu mexanizmlər yaxın perspektivdə dəhliz üzrə 5 milyon ton, növbəti mərhələdə isə 15 milyon ton yük daşınmasına imkan yarada bilər. Bu, təkcə Hindistan və Pakistanla əlaqələri deyil, eyni zamanda Körfəz ölkələrinin şimala və Mərkəzi Asiyaya çıxış imkanlarını da genişləndirəcək.

Zəngəzur dəhlizinin açılması isə Şimal-Cənub dəhlizinin marşrutunun şaxələnməsinə, təhlükəsizliyinin artmasına və daha çevik logistika sisteminin formalaşmasına mühüm töhfə verərcək.

Birincisi, Zəngəzur dəhlizinin işə düşməsi Şimal–Cənub xəttinin qərb seqmentinə əlavə bir çıxış yaradır. Bu, Azərbaycan ərazisindən İrana iki paralel Astara və Culfa-Naxçıvan-Zəngəzur vasitəsilə birbaşa bağlantı yaradacaq.

Beləliklə, marşrut tək xəttdən asılı qalmayacaq, tranzit yük axını daha dayanıqlı və idarəolunan olacaq.

İkincisi, Zəngəzur dəhlizinin açılması tranzit vaxtının və yükün bölüşdürülməsinin optimallaşdırılması baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu isə Şimal–Cənub dəhlizinin ümumi effektivliyini artıran əsas amildir.

Üçüncüsü, Zəngəzur dəhlizi, faktiki olaraq, Cənubi Qafqazda uzun illər bağlı qalmış nəqliyyat əlaqələrini bərpa edir. Bu dəhlizin açılması Azərbaycan–Naxçıvan quru əlaqəsinin bərpası, Naxçıvanın Türkiyə və İranla inteqrasiya imkanlarının genişlənməsi, region daxilində ticarət dinamikliyinin artması kimi mühüm nəticələrə səbəb olacaq.

Dördüncüsü, Zəngəzur dəhlizi Şimal–Cənub dəhlizinin strateji çəkisinin artıracaq. Bu da öz növbəsində dəhlizi yalnız regional deyil, qlobal logistika sisteminin strateji elementi edir.

Beşincisi, Zəngəzur dəhlizi siyasi deyil, iqtisadi xarakterli layihədir və Şimal-Cənub dəhlizi ilə birlikdə regional qarşılıqlı asılılığı artırır, gərginlikləri azaldan iqtisadi inteqrasiyanı gücləndirir, Azərbaycan–İran–Rusiya əməkdaşlığının daha sistemli olmasına,Cənubi Qafqazda sabitlik, etimad və tərəfdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycanın təşəbbüslərinin regionda yaratdığı yeni geosiyasi və iqtisadi reallıqlar bu prosesin mühüm siyasi komponentini təşkil edir. Prezident İlham Əliyevin tranzit siyasəti sayəsində Azərbaycan təkcə coğrafi qovşaq deyil, həm də etibarlı logistika tərəfdaşı kimi mövqeyini gücləndirir. Vaxtilə Bakı–Tbilisi–Qars layihəsinə qarşı çıxanların sonradan onun əhəmiyyətini etiraf etməsi kimi, bu gün Zəngəzur dəhlizinə maneçilik yaradan aktorlar da bu dəhlizin regional iqtisadiyyat və əməkdaşlıq üçün nə qədər önəmli olduğunu anlayırlar.

Nəticə etibarilə, “Şimal–Cənub” dəhlizinin qərb seqmentinin gücləndirilməsi Cənubi Qafqazda sülh, sabitlik və qarşılıqlı iqtisadi asılılığın artmasına xidmət edən strateji elementə çevrilir. Azərbaycan regional əməkdaşlığı genişləndirən yeni real reallıqlar yaradır və bu reallıqlar artıq beynəlxalq tərəfdaşlar tərəfindən də getdikcə daha çox qəbul olunur.

Oxunub: 1 406
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Siyasət

10-11-2025, 10:15

Ermənistanın kapitulyasiya aktına imza atmasından 5 il ötür

Gündəm / Siyasət

7-10-2025, 16:15

TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib, Prezident çıxış edib - VİDEO - YENİLƏNİB-4

Gündəm / Siyasət

23-05-2025, 16:06

Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL

Gündəm / Araşdırma

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Siyasət

13-11-2024, 15:53

Azərbaycanın daha bir beynəlxalq uğuru – davam edən COP29 - ŞƏRH

Gündəm / Siyasət

15-10-2024, 15:02

Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider

Gündəm / Araşdırma

15-10-2024, 14:42

Paşinyanın bir-birini təkzib edən Zəngəzur bəyanatları... - Baş nazir kimi aldadır?

Gündəm / Siyasət

8-10-2024, 19:21

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - YENİLƏNİB

Gündəm / Siyasət

30-09-2024, 20:19

İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə

Gündəm / Araşdırma

4-06-2024, 09:26

Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!

Gündəm / Cəmiyyət

9-05-2024, 14:17

Böyük güclərin ticarət yolları uğrunda savaşı qızışır - Azərbaycanın mövqeyi...

Gündəm / Siyasət

6-04-2024, 15:46

İran İsrailə birbaşa zərbə endirə bilər? - TƏHLİL

Gündəm / Cəmiyyət

22-11-2023, 09:50

"Çinar Trans" MMC-nin sürücüsü vətəndaşı KOMAYA SALIB, 8 AYLIQ YATAQ XƏSTƏSİ EDİB

Gündəm / Araşdırma

12-10-2023, 10:26

“Gəncə Nəqliyyat” MMC kimə və nəyə xidmət edir? – Niyazı Bayramova sual olunur

Gündəm / Cəmiyyət

7-06-2023, 18:38

TƏHSİLİN ƏDALƏTİ BUDURSA... - İTTİHAM VAR!

Araşdırma
Cavid Qurbanov Mariana Vasilevaya niyə vəzifə verdi? -Pərdəarxası səbəblər
KTM bizi necə lağa qoydu? - Milyonlar ayrılan səhiyyə və PVC su borusundan xərək...
Naxçıvanda Fuad Nəcəfli Dövrünün Rəzalət Xronikası-Batabatda Şərab Süfrələri, Dövlət Postunda Savadsız Xanımlar!
"Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" – Vətəndaşdan Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
"AzParking" vətəndaşları soyur - Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - Video
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir?
Hadisə
19-07-2026, 15:30
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
7-07-2026, 11:43
İkinci kurs tələbəsi vəfat etdi
7-07-2026, 11:17
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
4-07-2026, 13:38
Sürdüyü maşında öldü
1-07-2026, 14:57
Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? - RƏQƏMLƏR
28-06-2026, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 19:00
    Biznes Şurası - Bakı və Berlin arasında iqtisadi dialoqun yeni səviyyəsi kimi
  • Dünən, 18:16
    Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
  • Dünən, 18:02
    GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
  • Dünən, 18:00
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb
  • Dünən, 17:37
    Baku TV-nin çəkiliş qrupu Bioloji Təbabət Klinikasının qarşısında hücuma məruz qalıb.
  • Dünən, 17:12
    Ömürlük əlil və azyaşlı uşaq avtobus sürücüsünün kobud davranışı ilə üzləşdi – BakuBus-dan araşdırma tələb olunur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə