• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Məktəblərin, məktəblilərin təhlükəsizliyi - tələb olunan yeni yanaşma

Siyasət

Bu gün, 18:00

Məktəblərin, məktəblilərin təhlükəsizliyi -  tələb olunan yeni yanaşma


Bu günlərdə Keniya məhkəməsi xristian dininin təbliğatçısı sayılan Pol Makkenzi və onun 28 əlaltısı 190 uşağın ölümündə təqsirli biliniblər. Onlar "Beynəlxalq xoş xəbər kilsə" sektasının üzvləri olublar. Bu cinayət işi üzrə hökmün noyabrın 6-da elan ediləcəyi gözlənilir.

Makkenzi 2003-cü ildə bu sektanı qurub. O, ardıcıllarını "İsa ilə görüşmək" üçün aclıqdan ölməyə təhrik edirmiş. Sektanın mərkəzi Hind okeanı sahilindəki Malindi kurortu yaxınlığında Şakahola meşəsində yerləşirmiş. Həmin ərazidə Makkenzi ardıcılları üçün ekstremal aclıq sistemi yaradıbmış. Orada "strukturlaşdırılmış ölüm iyerarxiyası"ndan bəhs edirmiş. Əvvəlcə uşaqlar, sonra yeniyetmələr, qadınlar və yalnız sonda kişilər ölməli imiş. Bəzi hallarda uşaqlar valideynlərinin gözü qarşısında yeməkdən məhrum edilirmiş.

Təbliğatçı 2023-cü ilin aprelində hüquq müdafiəçilərinin şikayətlərindən sonra həbs edilib. Keniya mediası bu işi "Şakahola meşəsində qırğın" adlandırıb. Sektanın bəzi üzvlərini xilas etmək mümkün olub. Meşədə çoxsaylı kütləvi məzarlıqlar tapılıb. Ekspertizanın nəticələrinə görə, uşaqlar əsasən aclıqdan, bir sıra hallarda isə asfiksiya, boyun sıxılması və kəllə-beyin travmalarından ölüblər. Sektanın qurbanlarının ümumi sayının 400 nəfəri keçəcəyi ehtimal olunur.

Bu hadisə, istər-istəməz, Kanadada kilsədə hindu uşaqların işgəncələrə məruz qalmaları və qətlinə dair məlumatları yada salır. Yerli hindu qəbilələrin uşaqları XIX–XX əsrlərdə dövlət internat-məktəbləri sisteminə ("Residential Schools") cəlb edilirdi. Bu internatların əksəriyyəti Katolik Kilsəsi tərəfindən idarə olunurdu. Bu tədris müəssisələri dövlət tərəfindən namliyyələşdirilirdi. Sistemin qurbanları yalnız yerli hindular, inuitlər (eskimoslar) və metislərin uşaqları olurdu. Onlar sərt assimilyasiya məqsədilə ailələrindən zorla alınırdı. Bununla uşaqlarda hinduluq kimliyini öldürmək məqsədilə dindən istifadə edilirdi. Bu, Kanadada rəsmi olaraq mədəni genosid kimi tanınıb.

2021-ci ildə georadarların köməyi ilə keçmiş internatların ərazilərində yetkinlik yaşına çatmayanların qalıqları olan yüzlərlə adsız dəfn yeri aşkar edilib. Araşdırmalara əsasan, sistemin mövcud olduğu müddət ərzində internatlarda altı mindən çox uşaq həyatını itirmiş sayılır.

Təxminən 100 il əvvəl Kanadada milli assimilyasiya məqsədilə dindən alət olaraq istifadə edilib. Həmin hadisələrdən bir əsr sonra bənzər hadisə Afrikada, Keniyada baş verib.

Hər iki hadisə dindən heç də insanların kamilləşməsi üçün istifadə edildiyini göstərmir. Bu kimi hallarda din siyasətin aləti rolunda çıxış edir. Odur ki, dinin uşaqlar, məktəblilər arasında yayılmasında da bu hədəf əsas sayılır. Nəticədə belə uşaq və ya məktəblilərdən gələcəkdə dinlə bağlı aksiyalarda, tədbirlərdə, siyasi oyunlarda istifadə olunur.

Din insanların tapındığı, mənəvi dəyərləri özündə əks etdirən başlıca mənbə sayılır. Maddi, mənəvi, ruhani və başqa sahələr üzrə problemlərə yanaşmada onun rolu olsa da, təəssüf ki, bu imkanlardan bir sıra dövlətlər, qruplar, qurumlar və şəxslər öz mənafelərini, iddia və hikkələrini həyata keçirirlər.

Bəzi hallarda ölkələr, dini-siyasi-ideoloji cərəyanlar, qruplar və başqaları məktəbləri əsas hədəf kimi seçirlər. Onlar məktəblilərə bütün hallarda potensial sosial kadr bazası olaraq baxırlar. Bu məqsədlə daim məktəblərə, dərsliklərə müdaxilələr edilir.

Ona görə də cəmiyyətlərdə bu istiqamətdə daim mübahisə baş verir.

Uşaqlar saf olduğundan onlarda rəy formalaşdırmaq asan olur. Bir sıra konfessiyalarda və ya ənənəvi dini baxışlarda fiziki təsir bəzən dini və ya patriarxal əxlaqla əsaslandırılır. Günah hissinin aşılanması, "cəhənnəm əzabı" qorxusu, tənqidi düşüncənin boğulması, dünyəvi cəmiyyətdən və ya yaşıdlardan təcrid edilmə, zorakılıq birbaşa qınanır. Lakin bu hallar bəzən uşaqlara qarşı zorakılıq və təcavüz faktı ilə nəticələnir. Müxtəlif dinlərə məxsus tədris mərkəzlərində bu istiqamətdə baş vermiş cinayətlərə dair çoxsaylı faktlar mövcuddur.

Uşaqlar bu kimi zorakılıqları, amansız rəftarları gizlədirlər

Dini mərkəzlər, yaxud məktəblərdə yetkinlik yaşına çatmayanların dünyagörüşünə sistemsiz, qanunsuz müdaxilə sonradan cəmiyyətdə təhlükəsizlik baxımından ciddi problemlər yaradır, ziyanlı tendensiyaya səbəb olur.

Müasir dövrdə məktəblilərin, o cümlədən yeniyetmələrin düşüncəsinə, təlim-tərbiyəsinə təsir göstərən başlıca amillərdən biri də sosial şəbəkədir. Bu virtual məkanda müxtəlif platformaların yaydığı materiallar onların düşüncəsinə, hətta davranışına belə müsbət və mənfi mənada təsir göstərir. Onların sosial şəbəkədən istifadəsinə nəzarət etməkdə çətinliklər var. Ona görə də bu informasiya vasitəsi yeni nəslin formalaşmasında aparıcı rollardan birini oynayır.

Bu istiqamət məktəblilərin bütün istiqamətlərdə düşüncəsinə, davranışına təsir etmək gücünə malikdir. Sosial şəbəkə məktəblərdə, evlərdə, cəmiyyətdə gizli yan təsir mənbəyidir. Məktəblərdə baş verən, yaxud baş vermiş cinayət hadisələrin, neqativ halların yönləndiricisi bu fəza aləmi, ünvanlı efirlərdir.

Onun yan tasirlərindən hələ ki xilas olmaq mümkün deyil. Ona görə də sosial şəbəkədəki zərərli informasiya və materiallardan məktəblilərin, yeniyetmələrin qorunması zərurəti yaranıb.

Bu baxımdan, məktəblərə, təhsil ocaqlarına adi tədris müəssisəsi kimi yanaşmaq müasir dövrün ən böyük yanlışlıqlarından sayılır.

Bəzi hallarda uşaqların müxtəlif dini cərəyanların təsiri altına düşməsində valideynlər əsas rol oynayır. Onlar dindən xəbərsiz yetkinlik yaşına çatmayan övladını özlərinin dini ehkamlarına tabe olmağa məcbur edirlər. Bu da uşaqlarda psixoloji zərbələrlə nəticələnir.

Müxtəlif dini cərəyanların təmsilçilərinin terror törətməsində, yaxud belə qruplaşmalara qoşulmada uşaqlıqdan qalma dini natamamlıq kompleksinin də rolu olduğu istisna edilmir. Bu baxımdan, məktəblərin dinlə bağlı yan təsirlərdən qorunması dövlətin və yetişməkdə olan nəslin təhlükəsizliyi üçün vacib amillərdəndir.

Dövlətlərin və cəmiyyətlərin inkişaf səviyyəsindən asılı olmayaraq, uşaqların yuxarıda qeyd etdiyimiz istiqamət üzrə təsir dairəsinə düşməsi və onların qurbanı olması hallarına rast gəlinir. Bu istiqamətdə valideynlərin laqeydliyi də rol oynayır. Odur ki, ailə, məktəb və asayiş keşikçilərinin əməkdaşlığına ehtiyac yaranır. Məktəbin və məktəblilərin təhlükəsizliyi həm də ictimaiyyətin, vətəndaş cəmiyyətlərinin bu istiqamətdə fəallığına bağlıdır.(Report)

Oxunub: 0
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Siyasət

10-10-2026, 11:19

İlham Əliyev SƏRƏNCAM İMZALADI

Gündəm / Araşdırma

1-02-2025, 15:49

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq

Gündəm / Siyasət

8-05-2023, 18:22

Prezident və xanımı Əhmədbəyli-Füzuli-Şuşa yolunda görülən işlərlə tanış olublar - FOTOLAR

Gündəm / Cəmiyyət

8-01-2026, 12:29

“SAB” müştəriləri belə aldadır
“SAB” müştəriləri belə aldadır
“SAB” ət və süd məhsulları brendi məhsullarının adı və etiketində istehlakçıları aldadır. “SAB”ın hind toyuğu adı ilə təqdim etdiyi hisə verilmiş və qablaşdırılmış ət məhsulu əslində hind toyuğu ətindən hazırlanmır. Qablaşdırmanın üzərində böyük hərflərlə hind toyuğu sözü bu məhsulun hind toyuğu ətindən hazırlandığı təsiri bağışlasa da, əslində belə deyilmiş. Çünki məhsulun etiketində tərkibində hind toyuğu əti olmadığı açıq görünür. Məhsulun etiketinə əsasən onun tərkibi – mal əti, toyuğun döş əti, buğda unu, kərə yağı, xörək duzu, ekstrak ədviyyatlar: hil, muskat, istiotdan ibarətdir. Tərkibdən də göründüyü kimi hind toyuğu adı ilə satılan bu məhsulda hind toyuğundan əsər-əlamət yoxdur. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu kimi hallara qarşı tez-tez reyd və yoxlamalar keçirir. AQTA məhsulun adında başqa, etiketindı və tərkibində başqa ət aşkarladığı zaman bu uyğunsuzluğa görə müəssisəni cərimələyir, sözügedən müəssisənin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görür və məhsulun istehsalına qadağa qoyur. Sözügedən müəssisə ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Qarşı tərəfi dinləməyə hazırıq. Qeyd edək ki, “SAB” brendi altında ət və süd məhsulları istehsal edən müəssisə “Zəhmət-Ruzi” MMC-dir. MMC-nin Baş icraçı direktoru Elnur Badalovdur.
“SAB” müştəriləri belə aldadır “SAB” müştəriləri belə aldadır “SAB” müştəriləri belə aldadır

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Özəl

24-04-2024, 16:17

AĞIR KİŞİLƏR

Gündəm / Siyasət

3-03-2026, 15:45

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI

Gündəm / Cəmiyyət

7-02-2025, 10:49

`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...

Gündəm / Siyasət

30-01-2024, 17:17

Bu məhkəmələrə hakimlər təyin edildi

Gündəm / Cəmiyyət

30-12-2025, 16:16

Yanvarda hava necə olacaq?

Gündəm / Cəmiyyət

27-10-2025, 18:43

“Etimad KİDS” bağçasında uşağın başı yarıldı, ailəsinə xəbər verilmədi

Gündəm / Siyasət

19-11-2024, 17:09

İlham Əliyev onları hakim təyin etdi - SİYAHI

Araşdırma

10-01-2024, 11:15

“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI... - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

17-07-2024, 09:51

Məhkəmə iş adamını zərərçəkən kimi tanıdı, amma… - NARAZILIQ VAR...

Siyasət

11-10-2023, 15:32

İlham Əliyev yeni məhkəmə hakimləri TƏYİN ETDİ

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
“Pilgrim Education” MÜƏMMASI... - hələ davam edir...
Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...
Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Hadisə
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
6-10-2026, 17:39
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
4-10-2026, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:21
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:16
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Son xəbərlər
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 19:00
    Türkiyə sərhədlərin təhlükəsizliyi təmin edilənədək qoşunlarını Suriya və İraqda saxlayacaq
  • Bu gün, 18:30
    Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
  • Bu gün, 18:00
    Məktəblərin, məktəblilərin təhlükəsizliyi - tələb olunan yeni yanaşma
  • Bu gün, 17:30
    Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə