Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər Ermənistan-Türkiyə əməkdaşlığına dair məsələləri müzakirə ediblər.
Ararat Mirzoyan və Hakan Fidan regional əməkdaşlıq məsələləri və çoxtərəfli platformalar barədə fikir mübadiləsi də aparıblar.