Ukraynanın Belarusdakı müvəqqəti işlər vəkili İvan Novitski Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə brifinqdə XİN-in mətbuat katibi Ruslan Varankov məlumat verib.
Çağırışın səbəbi RF-nin Bryansk vilayətində Belarus avtomobilinə edilən növbəti dron hücumudur.
"Avtomobilin mənsubiyyəti aydın idi və Belarus tərəfinin bu hücumu qəsdən edilmiş kimi qiymətləndirmək üçün əsasları var", - o bildirib.