• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Nizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdir

Gündəm / Cəmiyyət

Bu gün, 12:37

Nizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdir

Nizami rayonu ərazisində Naxçıvanski küçəsində Heydər Bağı-Park Bulvarı tərəfindən tikili və avadanlıqların cari təmirinin satın alınması üzrə 16.09.2026-cı ildə başladılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqənin qalibi “BARSEL” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 20.402,2 manat dəyərində satınalma müqaviləsinin bağlanılması gözlənilir. Məlumat satınalmaların portalında 22.10.2026-cı ildə dərc edilib.

Şərtlər toplusuna görə qalib MMC Heydər Bağı-Park Bulvarını 20 ədəd rəngsaz üçün 100 metrəlik skoçla, 750 bağlama 400 marka sementlə, 450 litr antipas boya ilə, 750 kq şəffaf lakla, 450 kq qara boya ilə, 70 ədəd 16,25,32 amper avtomat çevirgəclə, 320 bağlama kafel-metlaq yapışdırıcısı və digər bu kimi mallarla tə chiz etməlidir.

Qeyd edək ki, Heydər Bağı-Park Bulvarı “BARSEL” MMC ilə bir müqavilə də 22.09.2026-cı ildə bağlayıb. Müxtəlif tipli malların satın alınması üzrə olan bu kotirovkanın dəyəri 26.467,99 manat təşkil edib. Kotirovkanın icrasına 22.09.2026-cı ildə başlanıb, elə həmin gün də bitib.

Bu kotirovkanın şərtlər toplusuna görə qalib MMC Heydər Bağı-Park Bulvarını 700 paçka A4,80qr,1/500 vərəq, parlaqlığı 146% ağ kağızla, 120 ədəd sadə karandaşla, 500 ədəd mavi, diyircəkli gel qələmlə, 60 ədəd qayçı ilə, 200 qutu yapışqanlı qeyd kağızı ilə, 40 ədəd dəmir xətkeşlə, 3 ədəd drellə, 3 ədəd dezinfeksiya aparatı ilə, 3 yerqazanla, 15 dəst yaz-yay mövsümü üçün geyim dəsti, 15 dəst payız-qış mövsümü üçün geyim dəsti ilə, 26 dəst yaz-yay mövsümü üçün qadın geyim dəsti, 26 dəst payız-qış mövsümü üçün qadın geyim dəsti, 30 cüt mövsümi kişi ayaqqıbaları, 52 cüt qadın ayaqqabısı ilə, 80 ədəd payız-qış mövsümü üçün poliver, 101 cüt rezin qaloş, 45 dəst komb inizon və digər bu kimi mallarla təchiz edib.

Qeyd edək ki, Heydər Bağı-Park Bulvarı “ALAZAN-A” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 01.12.2025-ci ildə abadlaşma xidmətinin satın alınmas üzrə 24.740 manat dəyərində, 25.06.2024-cü ildə isə mal-materialların satın alınması üzrə 13.850,2 manat dəyərində müqavilələr bağlayıb.

Heydər Bağı-Park Bulvarı 22.10.2025-ci ildə tikili və avadanlıqların cari təmirinin satın alınması üzrə “KARPİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 28.196 manat dəyərində müqavilə bağlayıb. Şərtlər toplusuna görə qurum 370 m(2), qalınlığı 30 mm aqlay daşı, 450 m(2), qalınlığı 80 mm döşəmə daşı, 350 bağlama 400 marka sement alıb.

Qurum tikili və avadanlıqların cari təmirinin satın alınması üzrə 29.753,5 manat dəyərində bir müqavilə də “QİBSON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24.09.2024-cü ildə bağlayıb. Şərtlər toplusuna görə qurum 640 m(2), qalınlığı 25 mm aqlay daşı, 950 m(2), qalınlığı 30 mm döşəmə daşı, 400 bağlama 400 marka sement alıb.

Qeyd edək ki, Heydər Bağı-Park Bulvarı 14.08.2025-cü ildə müxtəlif tipli malların satınalınması üzrə “FILTRON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.780 manat dəyərində müqavilə bağlayıb. Şərtlər toplusuna görə qurum işçi üçün xüsusi geyim dəsti, yay qış mövsümü üçün müxtəlif geyim dəstləri, 550 paçka A4,80qr,1/500 vərəq, parlaqlığı 146% ağ kağız və bu kimi eyni malları alıb.

Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da göründüyü kimi, Heydər Bağı-Park Bulvarı 2024-2026-ci illərdə 1500 bağlama 400 marka sement, bir il ərzində isə 1250 paçka A4,80qr,1/500 vərəq, parlaqlığı 146% ağ kağız alıb.

Göründüyü kimi Nizami rayonu ərazisində Naxçıvanski küçəsində Heydər Bağı-Park Bulvarı son iki ildə tikili və avadanlıqların cari təmirinin və müxtəlif tipli malların satın alınması üzrə 160 min manatdan çox dövlət vəsaiti xərcləyib.

Qeyd edək ki, Heydər Əliyevin anadan olmasının 75 illiyi münasibətilə 1998-ci ildə salınan bu parkda aparılan yenidənqurma işləri ən yüksək səviyyədə həyata keçirilmişdir. Əhalinin sıx yaşadığı bu ərazidə sakinlərin istirahətinin təşkili üçün hər cür şərait yaradılmışdır. Ərazisi 56 min kvadratmetr, uzunluğu 800, eni 70 metr olan parkda fəvvarələr kompleksi yaradılmış, musiqili fəvvarə quraşdırılmışdır. Burada inşa olunan terrasın sahəsi min kvadratmetrdən çoxdur.

Maraqlıdır uzunluğu 800, eni 70 metr olan parkda bu qədər təsərrüfat maları harada işlənir. Park Bulvarın ümumiyyətlə neçə işçisi olması barədə məlumat yoxdur. Ofisdə çalışanların sayı bəlli olmayan 1250 paçka paçka ağ kağız harada işlədilir.

Qurumun müqavilə bağladığ MMC-lərə gəlincə.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BARSEL” (VÖEN: 2904824291) Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.03.2018-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, 13 MKR, ev.22B, m.25, qanuni təmsilçisi kimi isə Mustafayev Orxan Elsevər oğlu qeyd olunub.

Mustafayev Orxan Elsevər oğlu həm də Heydər Bağı-Park Bulvarın müqavilə bağladığı “ALAZAN-A” MMC-nin qanuni təmsilçisidir. “ALAZAN-A” MMC-nin hazırda dövlətə 41884.45 manat vergi borcu var.

Qeyd edək ki, Heydər Bağı-Park Bulvarın direktoru İlham Quliyevdir. O, sözügedən vəzifədə 2015-ci ilin iyunundan çalışır. Heydər Əliyevin anadan olmasının 75 illiyi münasibətilə 1998-ci ildə salınan bu Park Bulvarda aparılan işlərindən sonra 15 sentyabr 2012-ci ildə yenidən sakinlərin istifadəsinə verilib.

Maraqlı orasıdır ki, bu kiçik bir əraziyə hər il təmir adı altında dövlət vəsaiti ayrılır. Amma göz qabağında olan parkda bu təmir işlərinin harada aparıldığı bəlli deyil. Həmçinin alınan təsərrüvat və ofis malları. Bunlar harada istifadə olunur, bazarda, yoxsa…

Görəsən Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun bütün bunlardan xəbəri varmı. Başı Nizami rayonunda hər gecə aparılan tikinti işlərinə qarışmasına baxmayaraq Coşqun Cəbrayılovun da buradan payı olmamış deyil.

Aktualinfo.net

Oxunub: 0
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

1-11-2024, 16:06

SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ... - Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO

Gündəm / Cəmiyyət

21-05-2025, 15:43

Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

19-12-2024, 15:17

İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...

Gündəm / Cəmiyyət

20-02-2025, 12:06

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…-DETALLAR

Gündəm / Araşdırma

21-02-2025, 11:25

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

Gündəm / Araşdırma

8-09-2023, 10:27

Coşqun Cəbrayılovun ÖZÜ PROBLEMƏ ÇEVRİLİB... - NARAZILIQ VAR!

Gündəm / Cəmiyyət

30-04-2024, 15:11

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində satınalma qanunlarının pozulmasına kimlər rəvac verir

Gündəm / Cəmiyyət

14-08-2025, 10:43

QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR

Gündəm / Cəmiyyət

24-01-2025, 10:15

QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı

Gündəm / Araşdırma

25-08-2025, 17:38

Rafiq Qarayevə yenidən 200 min manatlıq tender verildi: “RR TRAVEL COMPANY” Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməmişdir

Gündəm / Cəmiyyət

25-08-2025, 15:38

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Gündəm / Araşdırma

7-06-2024, 11:53

Rafil Hüseynov Ağcabədini kimə tapşırıb?

Gündəm / Cəmiyyət

8-07-2024, 15:58

“Azərişıq” dövlət satınalmalarını “Harmony İndustrial Group” MMC ilə rəsmən belə saxtalaşdırır

Gündəm / Araşdırma

4-12-2023, 11:29

Üzümçülük və Şərabçılıq İnstitutu açıq-aşkar talanır – Bu dəfə də Məcnun Məmmədovun nəzərinə

Gündəm / Cəmiyyət

8-01-2025, 15:17

“RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb?!-İLGİNC FAKTLAR

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
BU NƏDİ BELƏ: Mərkəzi Bank nəyi təbliğ edir? - “Heç kəsə yazığınız gəlməsin” –
Müştərinin pulunu al, vaxtını al, sonra da günahkar çıxar! - Aplus Marketdə “endirim oyunu”
Mikayıl Cabbarov sevimli kadrı haqqında nə düşünür? - Xankəndidə “yanan” Elçin Yusubovun yeni ünvanı hara olacaq?
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR! - FOTO
Hadisə
24-10-2026, 17:30
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
24-10-2026, 11:48
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
6-10-2026, 17:39
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
4-10-2026, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Son xəbərlər
  • Dünən, 20:52
    Ömrün onillikləri
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 13:14
    Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
  • Bu gün, 13:02
    Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
  • Bu gün, 12:37
    Nizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə